18 Mart 2016 Cuma

Təkamülçülərin Tapılan Skelet Qalıqları Məlumatlarına Aid Yalançı Şərhləri

Təkamülçülərin Tapılan Skelet Qalıqları Məlumatlarına Aid Yalançı Şərhləri

java adamı, saxta şəkil
(sol) Steven M.Stonley (Human Origins) tərəfindən çəkilmiş şəkil
(sağ)Mourice Vilson (From Age to Adam: the Search for the Ancestry of man) tərəfindən çəkilmiş şəkil
İnsan təkamülü əfsanəsinin təfərrüatını araşdırmadan öncə cəmiyyətin əsas hissəsinin yarımeymun-yarıinsan varlığın mövcud olması ilə razılaşdığı təbliğat metodlarına toxunmaq lazımdır. Bu təbliğat metodu arxeoloji tapıntılar əsasında düzəldilmiş "rekonstruksiyalardan" ibarətdir. Rekonstruksiya - "bərpa olunma", yəni heyvanın yalnız bir sümüyü tapıldığı halda onun rəsminin və ya maketinin düzəldilməsi deməkdir. Sizin bəlkə də qəzetlərdə, jurnallarda yaxud da filmlərdə gördüyünüz meymunabənzər insan rekonstruksiya yolu ilə düzəldilib. Əksər hallarda daşlaşmış qalıqlar dağınıq və natamam halda tapılır və buna görə də bunlara arxalanaraq nəyisə zənn etmək xəyala qapılmaq kimi bir şeydir. Bu səbəbdən təkamülçülərin bu qalıqlar əsasında həyata keçirdiyi rekonstruksiyalar təkamül ideologiyasının tələblərinin yerinə yetirilməsinə yönəldilib. Harvard Universitetinin antropoloqu Devid Pilbim bu faktı xüsusilə vurğulayır: "Paleoantropologiya sahəsində nəzəriyyə hər zaman səhih faktlar üzərində üstünlük qazanıb".54
Rekonstruksiyaların məqsədi təsir altına daha asanlıqla düşən insanların görmə hisslərinə nüfuz etməkdən ibarətdir və beləliklə də onları bu məxluqların keçmişdə var olmasına inandırmaqdır. Burada onu da vurğulamaq lazımdır ki, sümük qalıqlarının üzərində aparılan tədqiqatlar nəticəsində konkret obyektin yalnız ümumi cizgilərini müəyyən etmək olar. Xassələrin daha müfəssəl müəyyən olunması üçün parçalanmaya tez məruz qalan yumşaq toxumaların olması labüddür. Təkamül tərəfdarı yumşaq toxumaya öz mülahizəsi ilə istədiyi formanı asanlıqla verə bilər. Harvard Universitetindən Ernst A.Xuten bu halı belə izah edir:
"Yumsaq toxumaların "təkrar istehsalı" çox riskli bir işdir. Dodaqların, gözlərin, qulaqların və burun kimi orqanların onların altında yerləşən sümüklə heç bir əlaqəsi yoxdur. Yəni siz neandertal insanın kəlləsini hər hansı bir meymunun və ya filosofun başına eyni uğurla oxşada bilərsiniz. Qədim insanların qalıqlarına əsaslanan bu cür rekonstruksiyalar heç bir elmi dəyər daşımır və onlardan xalq kütləsini idarə etmək üçün istifadə olunur. Buna görə də onlara etibar etməyə dəyməz".55
Eyni Bir Kəllədən Istifadə Olunmaqla Hazırlanan Üç Müxtəlif
kəllə, saxta şəkillər
Təkamülçülər qədim insanın zahiri quruluşunun rekonstruksiyasında əndazəni o qədər aşırlar ki, hətta tamamilə müxtəlif olan iki-üç cür üzü eyni kəlləyə quraşdıra bilirlər. Avstralopitek Robustus (Avstralopithecus robustus və ya Zinjanthropus) kəlləsindən zahiri görünüşün bərpa olunmasında istifadə edilmişdir. Belə ki, eyni kəllə üç müxtəlif rekonstruksiyaların ortaya çıxmasına səbəb olmuşdur, bu isə təkamül nəzəriyyəsi tərəfdarlarının "sübutları"nın uyduruma olmasının aşkar dəlilidir. Qalıqların subyektiv olaraq şərh olunması və mifik rekonstruksiyaların düzəldilməsi təkamülçülərin saxtakarlıqlarının hansı miqyasda olmasının parlaq nümunəsidir. Lakin bu nümunə təkamüçülərin öz nəzəriyyəsinin yararlı olmasını sübut etmək üçün əl atdığı ən kobud saxtakarlıqlardan biridir.
Təkamülçülər bu mövzuda o qədər irəli gedirlər ki, eyni kəlləyə bir-birindən çox fərqli üzlər yakıştırabilmektedirler. Australopithecus robustus (Zinjanthropus) adlı qalıq üçün çəkilən bir-birindən tamamilə fərqli üç ayrı rekonstruksiya (üstdə), bunun məşhur bir nümunəsidir.
Fosillərin tərəfli şərh olunması ya da xəyali düzəlişlər edilməsi, təkamülçülərin yalana nə cür sıx şəkildə müraciət etdiklərini göstərən dəlillər arasında sayıla. Ancaq bunlar, təkamül nəzəriyyəsinin tarixində rast gəlinən bəzi konkret saxtakarlıqlarla karşılaştırıldıklarında, yenə də çox adi qalırlar.
xəyali Şəkillər
lucy 
xəyali Şəkillər 
xəyali Şəkillər 
1.National Geograrhik, mart 1996-cı il
2.Junior Larousse, 1-ci cild, səh. 94
3.Gehemnisee der Urzeit und Menschen, səh. 200
4.Junior Larousse, 1-ci cild, səh. 96
Uydurulmuş şəkillər: təkamülçülər öz nəzəriyyəsini isbat etmək üçün bilərəkdən özlərinə sərfəli olan görkəmi insanın qalıqlarda qalmayan forma və xassələrinə verirdilər, məsələn, burunun və dodaqların quruluşu, saçlar və saç düzümü, qaşların forması. Bundan əlavə, onlar tərəfindən uydurulmuş məxluqlar ailə çevrəsində, ovda və həmçinin gündəlik həyatın başqa epizodlarında təsvir olunurdular. Ancaq bu şəkillər yalnız fantaziyanın məhsuludur. Təkamülçülərin rekonstruksiyalarını təsdiq edən bir dənə də qədim insan qalıqları tapılmayıb.

Hiç yorum yok:

Yorum Gönder