18 Mart 2016 Cuma

Terrorizmin Gerçək İdeoloji Əsaslari: Darvinizm və Materializm

Terrorizmin Gerçək İdeoloji Əsaslari: Darvinizm və Materializm

İnsanların çoxu elə hesab edir ki, həvəskar təbiətşünas olan Çarlz Darvin tərəfindən ilk dəfə irəli sürülən təkamül nəzəriyyəsi həqiqi real hadisələrə, təcrübələrlə sübut olunan faktlara və elmi əsaslara dayanır. Amma əslində Çarlz Darvin heç də bu nəzəriyyənin banisi deyil və bu günə qədər bu nəzəriyyəni dəstəkləyən və sübut edən heç bir elmi fakt yoxdur. Təkamül təlimi materialist fəlsəfənin müasir elmə və təbiət qanunlarına uyğunlaşdırılmış qədim və primitiv ehkamlarına əsaslanır.
Yalnız bu mifik ideyaya kortəbii və fanatik bağlılıq nəticəsində yayılan və hakim olan bu əsassız nəzəriyyə bir çox fəlakət, zülm və bədbəxtliklərin əsas səbəbi olmuşdur. Təkamül təlimi fikirlərinin və materializm fəlsəfəsi ideyalarının insanların şüuruna yeridilməsi Allahın şərəfli məxluqu olan insanın rolunun və yerinin başqa cür qiymətləndirilməsinə səbəb olmuşdur. Əgər əvvəllər insanlar "Allahın məxluqu olan insanın rolu, həyatının məqsədi və insanın Allah qarşısındakı borcu nədir" sualına "İnsan Allah tərəfindən yaradılıb və Allah tərəfindən qoyulan əxlaqi qayda-qanunlar çərçivəsində yaşamalıdır" cavabını verirdisə, indi cavab tamamilə fərqlidir: "İnsan yer kürəsində təsadüf nəticəsində meymundan əmələ gəlmiş, bu əmələ gəlmə prosesi mərhələlərlə, yalnız ən güclü və daha yaxşı uyğunlaşan növün yaşaya biləcəyi yaşamaq uğrunda mübarizə yolu ilə baş vermişdir". Ətrafımızdakı mərhəmətsizlik, zülm, ədalətsizlik insanlığın ən böyük aldanışının acı bir nəticəsidir, çünki darvinizmin "elmi" nəzəriyyəsi faşizm, kommunizm, irqçilik, maoçuluq və bir çox başqa diktator, totalitar rejimlərin yaranması üçün münbit ideoloji zəmin hazırlamışdır. Bu rejimlərin ideoloji təməlində yaşamaq uğrunda mübarizə və münaqişə əsas amillərdəndir.
Biz bu məqalədə təkamül nəzəriyyəsinin bəzi gizli aspektlərini, onların XIX əsrdən başlayaraq insanlıq tarixindəki rolunu incələməyə, əsrimizin ən böyük problemlərindən olan terrorizmlə darvinizm arasındakı gizli əlaqəni meydana çıxarmağa çalışacağıq.

Darvinizmin ən böyük yalanı: "Həyat mübarizədir"

terror
Darvin öz təliminin əsas postulatlarından birini aşağıdakı şəkildə ifadə edib: "Canlı orqanizmlərin yer kürəsindəki inkişafı yaşamaq uğrunda mübarizə ilə əlaqədardır. Bu fasiləsiz mübarizə nəticəsində ən güclü fərd qalib gəlir və zəiflər məğlubiyyətə və məhvə məhkum olurlar".
Darvinin təliminə görə, təbiətdə amansız, fasiləsiz mücadilə, yaşamaq uğrunda mübarizə gedir. Daha güclü və mühitə daha tez uyğunlaşan üzvi maddələr və orqanizmlər zəiflərə üstün gəlir və bu da güclü orqanizmlərin sonrakı mövcudluğunu təmin edir. Darvin yazdığı "Növlərin mənşəyi" adlı kitabında böyük bir fəsli bu mövzuya həsr edib və onu "Təbii seçmə və ya daha çox uyğunlaşanların həyatda qalması" adlandırıb.
Darvin bir qədər də irəli gedərək yaşamaq uğrunda mübarizə təliminin insanlara aid olduğunu iddia etmişdir. Bu fantastik düşüncəyə görə, "imtiyazı olan üstün irqlər" yaşamaq uğrunda mübarizədə qalib gəlirlər. Darvinin iddiasınca, bu "üstün irqlər" ağ avropalılardır, Afrika və Asiya irqləri isə yaşamaq uğrunda mübarizədə məğlubiyyətə məhkum aşağı irqlərdir. Darvin bu fikirləri ilə kifayətlənmədi və bir qədər də uzağa gedərək hətta iddia etdi ki, Afrika və Asiya irqləri tezliklə ümumiyyətlə məhv olacaqlar:
"Jalınz əsrlərlə ölçülə bilən yaxın gələcəkdə üstün və sivil irqlər vəhşi irqləri tamamilə qıracaq və onların yerinə məskunlaşacaqlar. Eyni zamanda antropomorf, yəni insanabənzər meymunun da nəsli kəsilər. İnsanla onun ən yaxın əcdadı arasındakı fərq sürətlə artacaq, mədəni, sivil insanlarla vəhşilər arasındakı fərq təxminən Qafqaz xalqları və hibbon meymunları arasındakı fərq qədər olacaq. Müasir dövrdə bu fərqə bənzər fərq zəncilər və Avstraliya aborigenləri ilə qorilla arasında mövcuddur".1
Uzun müddət darvinizmin gizli aspektlərini tədqiq edən hind antropoloqu Lalita Vidyarti Çarlz Darvinin təkamül nəzəriyyəsinin ictimai elmlərə zorla qəbul etdirilməsini belə izah edir:
"Darvinin təlimi olan daha güclünün və daha tez uyğunlaşanın yaşayacağı fikri ictimai elmlərlə məşğul olan alimlər tərəfindən çox isti qarşılandı və onlar inandılar ki, insanlıq ağ irqin mədəniyyətinin sayəsində bugünkü inkişaf və tərəqqiyə çatmışdır. XIX əsrin ikinci yarısına doğru Qərb alimlərinin böyük əksəriyyəti irqçilik fikirlərini qəbul etdi".2

Darvinin "ilham" qaynağı: Tomas Maltusun amansızlıq nəzəriyyəsi

thomas malthus
Darvin öz nəzəriyyəsini meydana çıxararkən o dövrdə məşhur olan müasiri, tanınmış Britaniya iqtisadçısı Tomas Maltusun "Populyasiya prinsipləri haqqında esse" adlı kitabından ilham almışdı. Maltus bu kitabında öz riyazi hesablamalarını göstərmiş, bu hesablamalar əsasında belə nəticəyə gəlmişdi ki, insanların Yer kürəsindəki sayı həddindən artıq çoxdur və insanların bu artımının qarşısı alınmalıdır. Bu iqtisadçının fikrincə, təbii fəlakətlər, müharibələr, aclıq və epidemiyalar labüddür, çünki müəyyən qədər insan ölməlidir ki, bəşəriyyətin digər qismi daha yaxşı yaşaya bilsin. Bəşəriyyətin yaşaması yalnız bu "permanent (fasiləsiz) müharibələrin" baş verməsindən asılıdır.
Daha öncə qeyd etdiyimiz kimi, Maltusun ideyaları XIX əsrdə Avropanın intellektual dairələrində geniş yayılmışdı. Maltusun Avropa həyat tərzinə nəzərən götürülən əhalinin sayı barədəki düşüncələri "Nasistlərin gizli elmi tədqiqatları" adlı məqalədə belə bildirilir:
"XIX əsrin birinci yarısında Avropanın hakim siniflərindən olan nümayəndələr Maltusun kasıblar arasında ölüm hallarının artırılması mövzusundakı məsləhətlərini müzakirə etmək üçün toplandılar: "Kasıblar arasında sanitariya və təmizliyin artırılması əvəzinə biz onların arasında gərək tam əksini yayaq. Şəhərlərdəki küçələri gərək dar düzəldək, evlərdəki fərdlərin sayını sıxlaşdıraq, yoluxucu xəstəliklərin qayıtmasını təmin edək. Şəhərlərdən kənarda, durğun suların yanında və ya bataqlıqlara yaxın yerdə, yaşamağa yararlı olmayan yerlərlə yeni məskənlərin salınmasını təşviq etməliyik" və s.3
Bu amansız və qəddar siyasət nəticəsində zəiflər və yaşamaq uğrunda mübarizədə uduzanlar məhv edilər, əhalinin sürətlə artmasının qarşısı alınardı. "Kasıbların sıxışdırılması" adlandırılan bu siyasət XIX əsrdə İngiltərədə faktiki olaraq həyata keçirilmişdi. Əhalinin kasıb təbəqələrinə tətbiq olunan qayda ilə 8-9 yaşlı uşaqlar kömür mədənlərində gündə 6 saat işləməyə məcbur edilir və minlərlə uşaq həddən artıq çətin yaşayış şəraitinə dözməyərək tələf olurdu. Maltusun beyninin məhsulu olan "yaşamaq uğrunda labüd mübarizə" fikri milyonlarla ingilisin həyatına dəhşətli əzab-əziyyət gətirdi.
Darvin bu ideyalarının təsiri altında daimi münaqişənin bir təbii hadisə olduğunu iddia edən nəzəriyyəsini hazırladı. Bu nəzəriyyəsində o, iddia edirdi ki, yaşamaq uğrunda mübarizədə həmişə ən güclü olan və daha çox uyğunlaşan qalib gəlir. Amma əxlaqi dəyərlər, mənəviyyat, dinlər və inam bu məsələdə Darvinin əsas düşmənləri idi. Çünki bunlar Darvinin "yaşamaq uğrunda mübarizə" ideyasının yayılması qarşısında əsas maneə idilər. Buna görə də yeni "elmi" şüar uydurulmağa başlandı. Darvin bütün savadlı və maarifpərvər insanları Yerin Allah tərəfindən yaradılması kimi "sadəlövh" fikirlərdən əl çəkməyə və müasir "elmi" kəşflərə inanmağa çağırdı.
Cəmiyyətin və fərdlərin şüuruna qəddarlıq, zorakılıq, yaşamaq uğrunda mübarizə aparmağın və zəiflərin məhv edilməsinin lazımlılığı fikrini yeridən bu yanlış ideyaların yayılmasının zərərini bəşəriyyət XX əsrdə dəhşətli şəkildə gördü.
Hitler, faşizm
Əgər XIX əsrdə darvinizm ideyaları irqçiliyin bəraətləndirilməsi üçün zəmin rolunu oynayırdısa, XX əsrdə bu ideyalar nasizmin formalaşmasına və yaranmasına şərait yaratdı. Nasizm ideologiyası tamamilə darvinizmin "elmi qanunları"na əsaslanırdı. Adolf Hitler və Alfred Rozenberq tərəfindən hazırlanan proqram xarakterli məqalələrdə ən çox istifadə olunan məfhumlar Darvinin "Növlərin təbii seçmə yolu ilə əmələ gəlməsi" kitabında ifadə etdiyi "təbii seçmə", "irqlər arasında yaşamaq uğrunda mübarizə" konsepsiyaları idi.
Hitlerin "Mənim mübarizəm" ("Mein Kamrf") kitabında da Darvinin ideyaları və ən güclü olanın xilas olması məfhumu əsas ideoloji dayaqlardandır. Hitler bu kitabında irqlər arasındakı mübarizə barədə belə deyir: "Təbiət tərəfindən müəyyən olunmuş irqi iyerarxiyaya əsaslanaraq yeni minillik imperiyada bəşəriyyət bu günədək görünməmiş yüksəkliyə qalxardı".
1933-cü ildə Nasional Sosialist Fəhlə Partiyasının Nürnberq şəhərində keçirilən qurultayında Hitler açıq şəkildə deyirdi:
"...ali ari irq bütün aşağı irqləri özünə tabe etməlidir... Bu, təbiət tərəfindən müəyyən olunmuş qanundur, həyatın yeganə məntiqi qanunu budur".4
Tarixçi R.Hikman faşizmin formalaşmasında darvinizmin təsirini belə izah edir:
"Hitler təkamül nəzəriyyəsinin ardıcılı, tərəfdarı və qatı təbliğatçısı idi. Əgər kitabında açıqca görünən psixoloji sapmalarını və komplekslərini saymasaq, onun "Mənim mübarizəm" əsərində təkamül nəzəriyyəsi dəqiq ifadə və izah edilmişdir. Bu əsərində təbii seçmə, güclü irqlərin yaşamasının, zəif irqlərinsə məhv edilməsinin gərəkliliyi, seçmə yolu ilə ən yaxşının ortaya çıxarılması tezisləri xüsusilə vurğulanmışıdır".5
Darvinizm ideyalarından qidalanan və bu ideyaları canfəşanlıqla təbliğ edən Hitler insanlığı miqyası dəhşətli doğuran müsibətlərə düçar etdi. Bəşər tarixi o günə qədər belə qanlı zülm, kütləvi insan qırğını görməmişdi. Bir çox siyasi və sosial qruplar, xüsusilə yəhudi xalqı Hitlerin "seçməsinə, seleksiyasına" düçar olmuş, minlərlə insan düşərgələrdə öldürülmüş, qəddar işgəncələrə məruz qalmışdır.
Nasist işğalı ilə başlayan II dünya müharibəsi 55 milyon insanın həyatına son qoydu. Amma çox az insan bilir ki, bu dəhşətli faciənin əsas ilkin səbəblərindən biri həvəskar ingilis təbiətşünası Çarlz Darvinin yalan fikirləri olmuşdur.

Qanlı alyans: Darvinizm və kommunizm

Faşistlər sosial darvinizmin sağ qanadını təşkil etdiyi bir vaxtda kommunistlər də onun sol qanadında qərar tutdular.
Kommunistlər həmişə darvinizmin ən sadiq və ən qatı tərəfdarı olmuşlar. Kommunizmlə darvinizmin qarşılıqlı əlaqələrinin yaranma tarixi bu iki cərəyanın baniləri arasındakı şəxsi tanışlıq və əlaqədən başlayır. Kommunizmin baniləri olan Karl Marks və Fridrix Engels Darvinin "Növlərin mənşəyi" kitabının ilk nəşrini oxuyanda heyrətə gəldilər və kommunizm üçün təbiətşünaslıq sahəsində gözəl bir əsas ola biləcəyindən bu kitaba valeh oldular. K.Marks hətta öz "Kapital" əsərinin almanca ilk nəşrini Darvinə həsr etdi və kitabın ilk səhifəsində "Çarlz Darvinə sadiq pərəstişkarından" sözlərini yazdı. Öz növbəsində Engels də özünün "Təbiətin dialektikası" əsərində Darvini çox yüksək qiymətləndirmiş və bu nəzəriyyənin inkişafına öz töhfəsini vermək cəhdi ilə kitabının bir başlığını - "İnsanın meymundan əmələ gəlməsində əməyin rolu" hissəsini buna həsr etmişdi.
Marks və Engelsin davamçıları olan sovet kommunistləri Plexanov, Lenin, Trotski və Stalin də Darvinin təkamül nəzəriyyəsini yekdilliklə, qeyd-şərtsiz qəbul etmişdilər. Rusiya kommunizminin banilərindən sayılan Plexanov marksizmi "Darvinizmin ictimai elmlərə tətbiqi" kimi qiymətləndirirdi.6
Lev Trotski deyirdi: "Darvinin kəşfi dialektikanın üzvi materiya sahəsində ən böyük qələbəsidir".7
"Darvinist təhsil" kommunist kadrların hazırlanmasında ən mühüm rol oynamışdı. Məsələn, tarixçilər maraqlı bir fakta diqqət çəkirlər. Stalin gənc yaşlarında çox dindar adam idi, lakin Darvinin kitablarını oxuduqdan sonra o, dindən uzaqlaşdı və qatı ateist oldu.8
Çində kommunist hakimiyyətini təsis edən və milyonlarla həmvətənini məhv edən Mao Tszedun açıq deyirdi ki, "Çin sosializmi Darvin ideyalarına və təkamül nəzəriyyəsinə əsaslanır".9
Harvard Universitetinin (ABŞ) tarixçisi Ceyms Riiv Pusey özünün "Çin və Çarlz Darvin" əsərində darvinizmin Çində kommunizmin yaranmasındakı və Mao Tszedunun siyasətindəki təsirini dərindən araşdırmışdı.10
Bu tarixçi bütün bunlardan sonra belə nəticəyə gəlir: "Təkamül nəzəriyyəsi ilə kommunizm arasında qırılmaz əlaqə var. Canlı həyatın təsadüfən əmələ gəldiyini iddia edən təkamül nəzəriyyəsi bu iddiası ilə bütün ateist ideologiyalar üçün çatışmayan elmi zəmini hazırladı. Kommunizm bir ateist fəlsəfədir. Darvinizm və kommunizm arasındakı qırılmaz əlaqənin səbəbi də elə budur. Bundan başqa, təkamül nəzəriyyəsi həyatın və inkişafın yeganə hərəkətverici amili kimi daimi münaqişə və mübarizəni görür və bununla da kommunizmin fundamental konsepsiyası olan dialektika fikrini təsdiqləyir".
Əgər düşünsək ki kommunistlərin dialektik münaqişə konsepsiyası uğrunda XX əsrdə 120 milyondan çox insan həlak olub, bəlkə onda darvinizmin insanlığa gətirdiyi bəlaları daha aydın təsəvvür edə bilərik.

Darvinizm və terrorizm

Göründüyü kimi, darvinizm XX əsrdə insanlığa saysız bəlalar gətirən azğın və qəddar ideologiyaların elmi təməli olmuşdur. Amma əks fikirlərlə və ona qarşı çıxanlarla mübarizə aparmaq üçün darvinizmin də öz "etik normaları", qaydaları var. Bu "etika" və metodların əsas konsepsiyası "bizdən olmayanlarla" mübarizə aparmaqdır. Bu "etik normanı" başqa cür də izah etmək olar. Dünyada müxtəlif əqidələr, dini baxışlar və fəlsəfi cərəyanlar var. Bu və ya digər dini və fəlsəfi cərəyanın tərəfdarları bir-birinə iki üsul əsasında münasibət göstərə bilərlər:
1. Onlar mövcud fikir və əqidə müxtəlifliyinə hörmətlə yanaşa, digər fikrin tərəfdarı olan insanlarla insani prinsiplər əsasında dialoq qurmağa çalışa bilər.
2. Onlar münaqişə və mübarizə yolunu seçir, öz üstünlüklərini təmin etmək üçün digər əqidə və fikirdə olan insanları məhv etməyə cəhd göstərə bilərlər.
Bizim terrorizm adlandırdığımız vəhşilik bu ikinci yolun təzahüründən başqa bir şey deyil.
11 sentyabr hücumu
Dünyanın hər yerində terror tətbiq, hansı ideologiyaya sahib olsalar olsunlar, gerçəkdə bir Darwinisttirler. Darvinizm, qarşıdurmanı qızışdıran tək fəlsəfədir.
Darvinizm ideyaları insanların şüurunda çox sürətli bir şəkildə nüfuz etdi. Bəşəriyyətin XX əsr tarixi fərqli şəkildə düşünənlərlə bu cür mənasız, amansız və mərhəmətsiz müharibə və münaqişə nümunələri ilə doludur. Özünün həyat məqsədini terrorizmə və mərhəmətsizliyə bağlayan fərd və qruplar darvinizm ideologiyası haqqında heç bir şey eşitməyə bilərlər, lakin onlar sonda təməli darvinizmdə gizlənən nəzər nöqtəsi ilə razılaşırlar. Bu ideologiyanın ardıcıllarını darvinizmin "dünyada ən güclülər qalib gəlir", "böyük balıq kiçik balığı udur", "müharibə qəhrəmanlıqdır" və "mübarizə inkişafın hərəkətverici qüvvəsidir" şüarlarına inanmağa məcbur edirdilər. Əgər darvinizmi götürsək, yerdə yalnız quru şüarlar qalar.
Həqiqətən də əgər darvinizmi bir kənara qoysaq, mübarizə fəlsəfəsi adında heç nə qalmaz. Yer kürəsi əhalisinin böyük hissəsinin dini olan İslam, xristianlıq və iudaizm hər cür zorakılığı rədd edir, dünyaya harmoniya və sülh gətirir, qəddarlığını və amansızlığın hər cür təzahürünə qarşı çıxır, zülmə və günahsız insanların qətlinə icazə vermir. Qəddarlıq və zorakılıq Allahın insanlara təbliğ etdiyi yaxşılığı və əxlaqı məhv edən amillərdir. Amma darvinizm münaqişəni inkişafın təbii hərəkətverici qüvvəsi, zorakılığı isə Yer kürəsindəki tarazlığın tənzimlənməsini təmin edən labüd bir mexanizm hesab edir.
İslam, xristianlıq və yəhudilik dinləri örtüyü altında öz dəhşətli cinayətlərini törədən terrorçuların əslində dinlə heç bir əlaqəsi yoxdur. Əqidəsi nə olursa olsun, heç bir dindar, mömin insan dünyada ən böyük və dəhşətli günahlardan olan günahsız insanı öldürmək cinayətini qətiyyən törədə bilməz. Bu əməlləri törədənlər dinin müqəddəs şüarlarından istifadə edərək əsl üzlərini gizlədirlər. Terrorçular öz cinayətlərini dini təmizləmək adı və bəhanəsi ilə törətsələr də onlar əslində dinin əxlaqi dəyərlərini yıxmağa çalışan, insanlara darvinizm ideyalarını təlqin etmək istəyən ateistlərdir. XX əsrin ən dəhşətli xəstəliyi olan terrorizmin kökləri davakar və mürtəce ateizmdə gizlənir və tam əksinə olaraq heç bir dini əsasa söykənmir. Ateizmin sinonimi isə "darvinizm və materializmdir".

İslamın həqiqi əxlaqi dəyərləri

Bəzi insanlar İslamın nə olduğunu bilmədən İslam adına hərəkət etdiklərini iddia edirlər. İslama özlərini müsəlman adlandıran bu və ya digər insanların əməllərinə görə qiymət vermək olmaz. Bizə İslamın nə olduğunu göstərən bircə mənbə var - bu mənbə bəşəriyyətə 14 əsr əvvəl Allah tərəfindən göndərilmiş Qurani-Kərimdir.
Qərbdə İslam haqqında mövcud olan bilik və təsəvvürlər əsl İslama, Quran əxlaqına əksər hallarda uyğun gəlmir. Quranda əsl insani dəyərlər olan yüksək əxlaq, mərhəmət, səbr və fədakarlıq tərənnüm olunur. Quranın qanunları əsasında yaşayan müsəlman alicənablıq, səbrlilik və yüksək əxlaq nümunəsidir. O, ətrafındakı insanlara sülh, sevgi, hörmət və həyat eşqi verir.

İslam sülh, xoşbəxtlik, rifah və səadət dinidir

Ərəb dilində İslam sözünün bir mənası da sülhdür. İslam dini insanlığa mərhəmət, sülh və xoşbəxtlik gətirmək məqsədi ilə nazil olmuş dindir. Quranda Uca Allah insanları yüksək insani dəyərlərə - mərhəmət, səbr, şəfqət, sülh və həmrəylik şəraitində yaşamağa çağırır:
Ey iman gətirənlər, hamınız bir yerdə sülhə gəlin, şeytanın yoluyla getməyin, çünki o, sizin açıq düşməninizdir" ("Bəqərə" surəsi, 208).
Quran bizə onu da öyrədir ki, bütün bəşəriyyət yalnız səmimi olaraq bütün qəlbi ilə İslamı qəbul etsə və Allahın qoyduğu qanun və nizamlara uysa, əsl xoşbəxtlik və firavan həyat əldə edə bilər.

Uca Allah zülmü qətiyyətlə pisləyir

irqçilik
Allah insanları sülhə və təhlükəsizliyə çağırır, dinsiz ideologiyalar isə insanları döyüşə, qarşıdurmaya və terrora təşviq edirlər.
Hər şeyə qadir Allah insanlara zülmdən uzaq durmağı əmr edir, yaxınlarına qarşı şəkkaklığı və etibarsızlığı qadağan edir, əxlaqsızlığı, zülmkarlığı, qəddarlığı və nahaq qan axıdılmasını qətiyyətlə pisləyir. Bu əmr və qanunları pozan şəxs Yaradana qarşı cinayət törətmiş və şeytana qulluq etmiş olur. Bunu Quran ayələri də təsdiqləyir. Uca Allah insanları onun iradəsinə qarşı çıxmamağa və zülm etməməyə dəfələrlə çağırır. Buna misal olaraq yalnız bir neçə ayəni göstərək:
"Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirməsini əmr etdiyi şeyləri qıranlar, yer üzündə fitnə-fəsad salanlar isə lənətə düçar olacaqlar. Onları axirətin pis aqibəti gözləyir" ("Rəd" surəsi, 25).

"Allahın sənə verdiyindən özünə axirət qazan. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi sən də yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz" ("Qəsas" surəsi, 77).
Allah insana zərər verə biləcək hər şeyi qadağan etmişdir. Terrorizm və zülmkarlıq Allaha qarşı işlənmiş ən böyük cinayətlərdəndir. Həqiqi müsəlman dünyaya sülh və harmoniya gətirir və dünyanın yaxşılaşmasına xidmət edir.

İslam dözümlülüyün və söz azadlığının tərəfindədir

İslam yaşamaq, söz və iradə azadlığını qoruyan bir dindir. Bu din bütün münaqişə və ziddiyyətləri qətiyyətlə pisləyir, əxlaqsızlığı, alçaqlığı, rəzaləti və ya insanların bir-birinə münasibətində qeybəti və dedi-qodunu rədd edir.
İslam terroru və zorakılığı nəinki qadağan edir, o, hətta az miqdarda təzyiqə və insanın fikrini başqa birisinə məcburən qəbul etdirməyə belə mənfi münasibət bəsləyir:
"Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq azğınlıqdan fərqlənir. Hər kəs şeytanı inkar edib Allaha iman gətirərsə, o, artıq ən möhkəm bir işdən yapışmış olur. Allah eşidən və biləndir" ("Bəqərə" surəsi, 256).

"Sən ancaq öyüd verənsən. Sən onların üzərində hakim deyilsən! ("Ğaşiyə" surəsi, 21-22).
Dini zorla qəbul etdirmək İslamın prinsiplərinə ziddir, çünki həqiqi iman yalnız könüllü şəkildə və vicdan azadlığı əsasında əldə edilir. Əlbəttə, müsəlmanlar bir-birini Quran əxlaqı ilə yaşamağa çağıra bilər, amma müsəlman heç bir zaman öz dinini başqalarına məcburən qəbul etdirməz. Hər bir insanın Allahın qanunlarına uyğun şəkildə və ya öz istədiyi kimi yaşamaq arasında seçim etmək hüququ var.
Gəlin bir anlığa özümüzə elə bir dünyanı təsəvvür edək ki, orada insanları dini əxlaq qanunları ilə yaşamağa məcbur edirlər. Belə tənzimlənmiş cəmiyyət də İslama ziddir, çünki iman və Allaha itaət yalnız səmimi olaraq Allah üçün işləndiyi vaxt qiymət qazanır. İslam qorxu səbəbi ilə olan inancı rədd edir. Həqiqi İslam yalnız söz azadlağı və hürriyyət olan yerdə mövcud ola bilər.

Allah günahsız insanların öldürülməsini qadağan edir

uşaqlar
Qurana görə, günahsız insanların öldürülməsi ən böyük günahlar arasındadır:
"...Yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz onlara açıq möcüzələrlə gəlmişdilər. Bundan sonra da onların bir çoxu yer üzündə  həddi aşdılar" ("Maidə" surəsi, 32)
"Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməz, zina etməzlər. Hər kəs bunu etsə, cəzasını çəkər" ("Furqan" surəsi, 68).
Müqəddəs yazılarda da deyildiyi kimi, günahsız insanı öldürən şəxsi cəza gözləyir. Bir insan canına qıymaq bütün insanlığı öldürməkdən heç də yüngül günah deyil. Allahın qanunlarına əsaslanan həqiqi möminlər öz yaxınlarına zərər vurmurlar. İslam dininə xidmət etmək bəhanəsi ilə özlərinə bəraət qazandıranları isə Allahın cəzası gözləyir. Bizim hər birimiz öləndən sonra etdiyimiz əməllərə görə Allah qarşısında cavab verəcəyik.

Allah insanları mərhəmətə və şəfqətə çağırır

Bu ayədə əsl müsəlmanın əxlaqi keyfiyyətləri belə təsvir olunur:
"...Sonra da iman gətirən və bir-birinə səbr və mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır. Onlar əməl dəftərləri sağ əllərinə verilənlərdir" ("Bələd" surəsi, 17-18).
İnsanların bir-birini mərhəmət və şəfqətə çağırması Allahın ən mühüm əmrlərindəndir. Allahın rəhməti və mərhəməti digər insanlara qarşı mərhəmət və şəfqət duyanlaradır. Qurandan da aydın olduğu kimi, İslam müasir, mütərəqqi və maarifpərvər dindir. Əsl müsəlman öz ölkəsinin həyatında aktiv iştirak edir, ətrafındakı insanlara qarşı mülayim, xeyirxah, savadlı və vicdanlıdır.
Quran əxlaqı ilə tərbiyələnmiş savadlı müsəlman insanlara yalnız sevgi və sülh gətirə bilər, o, hətta öz ideyasından fərqli olan digər ideyalara da hörmətlə yanaşır, incəsənətə və mədəniyyətə qiymət verir. Bütün münaqişəli vəziyyətlərdə o, hər zaman vasitəçi və sülhyaradıcı kimi çıxış edir. Düşünün, əgər hər bir müsəlman öz qəlbində yuxarıda sadalananlara uyğun olduğunu deyə bilsə, onun yaşadığı cəmiyyət ən inkişaf etmiş, sakit və firavan cəmiyyət olar.

Allah mərhəmətə və dözümlülüyə çağırır

"Əraf" surəsində Allah belə buyurur:
"Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər" ("Əraf" surəsi, 199).
Qurani-Kərim mərhəməti və dözümlülüyü İslamın ən mühüm şərtlərindən biri kimi vurğulayır.
Tarix göstərir ki, əsl müsəlmanlar özlərinin ictimai həyatında bu əmrə həmişə riayət edirlər. İslamın hakim və dövlət dini olduğu yerlərdə digər din və düşüncələrin nümayəndələri özlərini əmin-amanlıqda hiss etmiş, öz mədəniyyətini, etnik özgürlüyünü və dilini qoruyub saxlamaq üçün münbit zəmin əldə etmişlər. Buna misal olaraq Osmanlı imperiyası göstərilə bilər. Bu dövlətin Kiçik Asiyanın və Yaxın Şərqin böyük hissəsində, həmçinin Avropanın bir çox ölkələrində 700 illik hökmranlığı belə dözümlülük və bu dövlətdə yaşayan xalqlara və mədəniyyətlərə göstərilən yüksək münasibət sayəsində mümkün olmuşdur. Müsəlmanlar bəşəriyyətə xeyirxahlıq, sülh, mərhəmət və dözümlülük gətirmişlər.
Quranın müsəlmanlara öyrətdiyi bu böyük mərhəmət və dözümlülük bütün insanlığa sülh və əmin-amanlıq gətirə bilər. Quranda məhz belə bir dözümlülüyə çağırılır:
"Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et. Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən" ("Fussilət" surəsi, 34).

Nəticə

Yuxarıda sadalananlardan bu nəticəyə gəlmək olar ki, İslamın öyrtədiyi əxlaq sülh, əmin-amanlıq və ədalətdir. Bu gün dünyada "İslam terrorizmi" adlandırılan vəhşiliyin İslamla və Quranla heç bir əlaqəsi yoxdur. Bu, din adından istifadə edən və ona ləkə yaxan cinayətkarların əməlləridir. Bizim borcumuz insanlar arasında İslam adı altında ədavət yayan bu cinayətkarları cəzalandırmaqdır.
Quranda əxlaq prinsiplərini öyrədən İslam heç bir zaman zorakılığa və terrora çağıra bilməz, əksinə, İslam bəşəriyyəti bu bəladan qurtarmağı əmr edir

Niyə Məhz Təkamül Nəzəriyyəsi?

Niyə Məhz Təkamül Nəzəriyyəsi?

karl marksdas kapital, marks
Dialektik materializmin əsasını qoymuş Karl Marks açıq bəyan edirdi ki, Darvinin təkamül nəzəriyyəsi materialist dünyagörüşünün yaranması üçün elmi platformanı təmin etmişdir. Təkamül ideyasının tərəfdarı olan K.Marks Darvinə özünün "Kapital" əsərini həsr etmişdir. Marks kitabın birinci alman nəşrinin üz qabığında belə yazmışdır: "Çarlz Darvinə alovlu pərəstişkarından".
Bir çox insanlar "darvinizm" və ya təkamül nəzəriyyəsi kimi anlayışları eşitdikləri zaman elə sanırlar ki, bu terminlər ancaq biologiya sahəsinə aiddir və onların həyatı ilə heç bir əlaqəsi yoxdur. Əslində isə bu, böyük səhvdir. Belə ki, təkamül nəzəriyyəsi bioloji anlayışdan çox XX əsr boyunca dünyanı idarə edən və milyonlarla günahsız insanı həyatdan aparan qanlı, allahsız ideoloji sistemin bütün dünyada yaranmasını və yayılmasını hazırlayan bir təlimdir. Bu ideologiyanın adı materializmdir. Bu sistem iddia edir ki, yer üzündəki bütün canlıların əsasını maddə təşkil edir. Həyatın əmələ gəlməsi isə bir sıra şüursuz, cansız maddələrin təsadüfi birləşməsi nəticəsində baş vermişdir. Bu iddiaları ilə onlar dünyamızı ən ali bir şəkildə yaradan Uca Yaradanın varlığını inkar edirlər.
Materializmin bu postulatı insanın düşüncəsinə planlı bir şəkildə yeridilir, onu eqoist bir varlığa, yalnız şəxsi mənfəətlərini düşünən lovğa və nəzakətsiz insana çevirir. Ulu Tanrı tərəfindən göndərilmiş əxlaqi, dini ehkamları, həyatın həqiqi dəyərlərini inkar etdirir. Materializm ideyaları öz zəhərli və dərin köklərini insanın şüuruna salaraq Yaradan tərəfindən insana bəxş edilən ruhun təmizliyinə xələl gətirir. XIX əsrdə materialist düşüncənin kütləvi şəkildə yayılması dini-əxlaqi ehkamların və insanların həyatının ülvi mənasının süqutunun başlanğıcı oldu. Məsələnin təhlükəli cəhəti burasındadır ki, materializm öz mənfi təsirini yalnız ayrı-ayrı fərdlərə deyil, bütünlüklə cəmiyyətə göstərir. Materializm cəmiyyətin inam və mənəviyyatının əsaslarını sarsıdıb bütünlüklə cəmiyyət və dövlətin qanunlarını, mənəvi dəyərlərini, müqəddəs dini ehkamları ayaq altına alaraq öz şəxsi mənfəətlərini əldə etmək üçün hər şeyə hazır olan, ilk növbədə öz eqoist məqsədlərinin qayğısına qalan hissiyyatsız və qəlbsiz xüsusiləşmiş şəxslərin cəmiyyətini yaratmışdır. Vətənə məhəbbət, ədalət, dövlətçilik ideyalarına hörmət və bağlılıq, qardaşlıq, fədakarlıq, namus və əxlaq anlayışları olmayan cəmiyyət yox olmağa məhkumdur. Beləliklə, materializm bütün insanlığa, istənilən ölkənin sosial-siyasi quruluşuna böyük bir təhlükədir.
Materializm ideologiyasının özəyində gizlənən təhlükələrdən biri də ondan ibarətdir ki, bu fikirlər "parçala və hökm sür" ideologiyası və anarxiyanın inkişafı üçün bir mənbədir. Bu ideologiyaların biri də materialist fəlsəfənin inkişafının labüd siyasi nəticəsi olan kommunizmdir.
Kommunizm hər insan üçün müqəddəs olan ailə, vətən, inam kimi anlayışları kökündən yıxaraq unitar, güclü və yüksək əxlaqlı dövlətə qarşı yönəlmiş bir fundamental ideologiyanı təcəssüm etdirir.
Təkamül nəzəriyyəsi tarixin bu mərhələsində böyük əhəmiyyət kəsb edir, çünki kommunist ideologiyasının bünövrəsi olan materializmin "elmi" əsasını təşkil edir. Təkamül nəzəriyyəsinin postulatlarını özünə ideoloji əsas kimi qəbul edən kommunizm öz ideyalarını yeganə həqiqət olaraq təqdim etməyə və yüksəltməyə can atır. Belə ki, məsələn, kommunist ideologiyasının əsasını qoyan Karl Marks Çarlz Darvinin "Təbii seçmə yolu ilə növlərin yaranması" kitabı haqqında belə deyirdi: "Bizim təbiət tarixinə dair baxışlarımızı özündə əks etdirən kitab məhz budur".1
Müasir fundamental elm materialistlərin, eləcə də Marksın ideya, iddia və dəlillərini yıxaraq materializmin elmi dayağı olan təkamül nəzəriyyəsinin XIX əsrin ehkamçı yalanından başqa bir şey olmadığını sübut etdi. Müasir elm şüursuz maddənin aliliyini inadla müdafiə edən materialistlərin iddialarının əsassız olduğunu sübut edib və sübut etməkdədir. Elmin bütün sahələrində aparılan tədqiqatlar bizə göstərir ki, bütün canlılar ali yaradılışın nəticəsidir.
Bu kitabın məqsədi təkamül nəzəriyyəsinin bütün postulatlarını rədd edən elmi dəlilləri oxucuların nəzərinə çatdırmaq, eləcə də bu nəhəng fırıldağın həqiqi üzünü və gizli təsirlərini göstərməkdir. Bu kitabda yığılmış bütün materiallar müasir elmlə sübut edilmiş faktlardır, belə ki, hətta təkamül nəzəriyyəsinin ən alovlu tərəfdarları belə gətirilmiş sübutların doğruluğuna etiraz edə bilməzlər. Təkamülçülərin hər bir yeni əsassız iddiası onların ideyalarının tam iflasına doğru atılmış yeni bir addım olacaq və onları həyatın Allah tərəfindən yaradılmasını qəbul etməyə məcbur edəcək.

Təlqin Edilən Yanlış Fikirlərdən Qurtulmaq

Təlqin Edilən Yanlış Fikirlərdən Qurtulmaq

Bir çox insanlar elə hesab edir ki, hər hansı bir elmi dərəcəyə layiq görülmüş alimin dediyi hər şey ən son mərhələdə olan həqiqətdir. Biz adətən fikirləşmirik ki, hər bir alimin adi insanda olduğu kimi öz mənfi rəyi və ideologiyası var. Belə ki, təkamül nəzəriyyəsinin tərəfdarı olan alimlər öz iddialarını guya elmi açıqlamalarla əsaslandırır, əslində isə onlar yalnız öz şəxsi baxışlarını və subyektiv rəylərini kütlənin şüuruna yeridirlər. Onlar təsadüfün nizamsızlıq və qarışıqlıqdan başqa heç bir nəticəyə gətirməyəcəyini çox gözəl anladıqları halda bütün kainatda mövcud olan bütün canlılara və qeyri-canlılara aid  olan mükəmməl harmoniya, dizayn və planlı həyatın təsadüf nəticəsində əmələ gəldiyini yenə də iddia edirlər.
Bu bioloqların hər biri mikroskopa baxıb qarşısındakı orqanizmin bir tikinti materialı olan zülal molekulunun quruluşunun təkrarolunmaz mükəmməlliyini görməli, belə bir mükəmməlliyin öz-özünə əmələ gələ bilməyəcəyini bilməlidir. Amma bütün bu faktlara baxmayaraq bu alimlər inadla israr edirlər ki, ilk canlı hüceyrə milyardlarla illər bundan əvvəl primitiv dünya şərtləri çərçivəsində hadisələrin təsadüfi çulğaşması nəticəsində əmələ gəlmişdir. Bundan başqa, onlar bu mənasız iddia ilə kifayətlənməyərək bir qədər də irəli gedərək bildirirlər ki, bir deyil, milyonlarla zülal molekulu öz-özünə əmələ gəlmiş, sonra isə ağlasığmaz və müəmmalı bir şəkildə bir yerə toplaşaraq ilk canlı hüceyrəni əmələ gətirmişlər. Sözügedən insanlar "təkamülçü alimlərdir".
Onda bunu necə anlamaq olar ki, elə həmin bu alim boş bir sahədə üst-üstə qoyulmuş üç kərpic gördüyü zaman heç vaxt düşünməz ki, bu kərpiclər özü-özünə əmələ gəlmiş və düzülmüşlər. Bunun belə olduğunu iddia edəni isə dəli kimi qəbul edərlər.
Belə çıxır ki, ətrafındakılara məntiqli qiymət verə bilən insanlar həyatın yaranması barədəki mövzu və təcrübələrə məntiqsiz qiymət verirlər?
Bəzi alimlərin bu hərəkətlərini çətin ki, elmi saymaq mümkün olsun. Belə ki, fundamental elmin prinsiplərinə görə, əgər hər hansı bir faktın iki ehtimal edilən səbəbi varsa, onların ikisinin də tədqiq edilməsi lazım gəlir. Əgər səbəblərdən birinin ehtimalı digərindən, məsələn, 1 faiz azdırsa, o zaman şübhəsiz ki, yüksək ehtimalı olanı (99 faizlini) tədqiq etmək daha məntiqlidir. Gəlin bu sarsılmaz elmi prinsipi yadda saxlayaq və bir az düşünək. Elmdə həyatın yaranması ilə bağlı iki versiya var: birincisinə görə, bütün canlı orqanizmlər onların mükəmməl kompleks quruluşları ilə Allah tərəfindən yaradılmışdır; ikinci versiyaya görə, yer əzəldən mövcud olmuşdur və onun üzərində olan bütün canlılar öz-özünə, bir sıra təsadüflər nəticəsində əmələ gəlmişlər. Sonuncu iddia təkamül nəzəriyyəsinin tərəfdarları tərəfindən dəstəklənir.
Elmi faktlara, məsələn, molekulyar biologiyaya müraciət etdiyimiz zaman görərik ki, canlı hüceyrənin və ya hüceyrənin tərkibində olan milyonlarla mikroskopik zülal molekulundan hər hansı birinin təsadüfən əmələ gəlməsi qeyri-mümkündür. Amma təkamül nəzəriyyəsinin tərəfdarları bunun əksini iddia edirlər. Kitabın sonrakı fəsillərində biz həyatın öz-özünə yaranmasının qeyri-mümkünlüyü faktını sübut edən ehtimali hesablamaları sizin diqqətinizə çatdıracağıq. Bu hesablamaların sonucunda canlıların təkamül nəticəsində əmələ gəlməsi ehtimalı sıfra enir.
Bu halda birinci ehtimalın doğruluğu 100 faizə bərabərdir. Bu isə o deməkdir ki, bütün canlı orqanizmlər şüurlu bir şəkildə yaradılmış, başqa sözlə, böyük Qüdrət və Hikmət sahibi olan Allah tərəfindən yaradılmışdır. Bu həqiqət yalnız inanc deyil, həm də ağlın və elmin üzə çıxardığı faktdır. Təkamülçü alimlər belə inkaredilməz nəticə ilə qarşılaşdıqları zaman öz səhvlərindən, əsassız isrardan o andaca əl çəkməli və açıq-aydın sübut edilmiş həqiqəti qəbul etməlidirlər. Əks təqdirdə onların hərəkətini elmə sədaqət yox, şəxsi fikir və rəylərinin müdafiəsi üçün həqiqəti inkar etmək kimi qiymətləndirmək olar.
Amma buna baxmayaraq belə bir alim həqiqətlə üz-üzə gəldiyi zaman daha da azğınlaşır, onun iddialarında israr isə daha da sərt olur. Belə davranışı yalnız "inam" sözü ilə izah etmək olar. Amma belə bir inam çox yanlış inamdır. Çünki aşkar faktları inkar edən, bütün ömrünü yalnız öz fantaziya və arzularındakı fikirlərə həsr edən insanın bu davranışını başqa cür izah etmək və anlamaq mümkün deyil.

Kor materializm

Yuxarıda qeyd olunan inam materializmin ideologiyasıdır, bu ideologiya maddənin əbədi və əzəli olduğunu iddia edir. Materialist fəlsəfənin "elmi əsası" kimi qəbul edilən həyatın Yerdə təkamül nəzəriyyəsi öz doğruluğunu sübut etmək üçün israrla mübarizəni davam edir, belə ki, öz məğlubiyyətini qəbul etsə, təkamül nəzəriyyəsi bununla materializmin əsasını da dağıdacaq.
XX əsrin sonlarına doğru fundamental elm təkamül nəzəriyyəsinin qəbuledilməz olduğunu bütün sahələrdə tamamilə sübuta yetirib, ancaq nəzəriyyənin tərəfdarları elmi faktları yalanlamaqda və saxtalaşdırmaqda, materializm ideologiyasının həyat qabiliyyətini təmin etmək üçün onları özlərinə lazım olan şəkildə kütləvi informasiya vasitələri ilə yaymaqdadır.
Aparıcı təkamülçü bioloqlardan birinin sözləri yanlış subyektiv fikirlərə kor-koranə inancın insanın sağlam məntiqlə düşünmək bacarığını necə məhv etdiyini açıq şəkildə nümayiş etdirir. Bu bioloq canlıların varlığı üçün vacib olan mürəkkəb sitoxrom-C zülalının təsadüfən əmələ gəlməsinin mümkünlüyü barədə düşünərkən aşağıdakıları demişdir:
"Sitoxrom-C zülalının təsadüfən əmələ gəlmə ehtimalı demək olar ki, sıfra bərabərdir. Yəni əgər canlının yaranması üçün müəyyən sistematiklik, plan və nizam tələb olunursa, bu zaman iddia etmək olar ki, bütün kainatda bu təsadüfi rastlaşma bir dəfədən çox baş verə bilməz. Yaxud bu prosesdə bizim müəyyən edə bilməyəcəyimiz fövqəladə güclər iştirak etmişlər. Ancaq axırıncının qəbul edilməsi bizim elmi məqsədlərimizə ziddir. Belə bir vəziyyətdə birinci iddianı nəzərdən keçirmək lazımdır".2
elm adam, michale behe
"Təkamülçülər bütün canlı və qeyri-canlı aləmin Ali Şüura malik Güc tərəfindən yaradılma faktını təkzib edəcək heç bir əsaslı, məntiqli və ağlabatan dəlil gətirə bilməmişlər". Biokimya professoru Maykl Bexe (ABŞ).
Gördüyümüz kimi, bioloq-alim yaradılış faktını qəbul etməkdənsə ehtimalı sıfra bərabər olan "elmi" versiyanı qəbul etməyi üstün tutur. Ancaq dediyimiz kimi, elmin əsas prinsipinə görə, əgər bu hadisənin izahının iki versiyası varsa və bunlardan birinin doğru olmaq ehtimalı sıfra bərabərdirsə, o birisi doğru sayılır. Amma doqmatik materializm öz doğruluğuna az da olsa şəkk gətirməyi və hər şeyi yaradan Ali Yaradanın mövcudluğunun mümkünlüyü fikrini qadağan edir. Təəssüf ki, bu qadağa materializmin əsassız, kor ehkamlarına inanan bir çox alimləri bütünlüklə düşüncəyə zidd, sağlam məntiqə isə yad olan fikirləri qəbul etməyə vadar etmişdir.
Belə alimlərin kitablarını oxuyaraq son mərhələdə bütün deyilənləri həqiqət kimi qəbul edən insanlar materializmin "qara magiyası"nın təsiri altına düşür, bunun nəticəsində inamsızlığa və etinasızlığa düçar olurlar.
Məşhur alimlərin bir çoxunun ateist olmasının səbəbi isə bizim müzakirə etdiyimiz kor materializmdir. Kor materializm tilsimindən qurtulan və problemi aylıq gözlə araşdıran alimlər isə Ali Gücün varlığını - Yaradanın olduğunu tərəddüdsüz qəbul edirlər. Belə alimlərdən son zamanlarda elm dünyasında geniş yayılmış "Şüurlu quruluş" nəzəriyyəsinin tərəfdarı kimi tanınan böyük ABŞ biokimyaçısı, professor Maykl Bexe yaradılış faktını qəbul etməyən alimlər haqqında belə deyir:
"Son 40 il ərzində müasir biokimya canlı hüceyrənin sirlərinin böyük hissəsini açmışdır. On minlərlə insan bu sirri açmaq üçün öz həyatlarını laboratoriya tədqiqatlarına həsr edib. Hüceyrənin öyrənilməsinə sərf olunmuş bütün cəhdlər aydın şəkildə və yüksək səslə bir nəticəni təsdiqlədilər - "Şüurlu iradə". Bu nəticə o qədər aşkardır ki, onu elm tarixində ən vacib kəşflərdən biri kimi nəzərdən keçirmək lazımdır. Amma yox, əksinə, canlı hüceyrənin təkrarolunmaz mükəmməl quruluşunun kəşf olunmasının nəticəsi utandırıcı bir sükut oldu. Bəs niyə? Niyə elm dünyası bu sübut olunmuş həqiqəti qəbul etməmək niyyətində israrlıdır? Ona görə ki, əgər onlar planlı və şüurlu yaradılışı qəbul etsə, bu zaman Allahın varlığını da qəbul etməyə məcbur olacaqlar".3
Məhz bunlar kütləvi informasiya vasitələrində, televiziyada, kitablarda və ya jurnallarda fəal şəkildə təbliğ olunan təkamülçü ateist alimlərin düşüncələridir. Onlar tərəfindən aparılmış bütün tədqiqat və təcrübələr yalnız Yaradana işarə edir. Amma aldıqları materialist təhsil onları o qədər kor etmişdir ki, heç nəyə baxmayaraq göz qarşılarında olan faktı qəbul etmirlər. Yaradanın varlığının israrla rədd edilməsi bir müddət sonra onların qəlbində ətraf aləmə qarşı etinasızlıq və biganəlik yaradır, onların hissiyyatını öldürür. Bundan başqa, bu etinasızlıq onların öz fikirlərinin mütləq doğru olmasına ağlasığmaz inamının qaynağına çevrilir. İş o yerə çatır ki, onlar açıq bir cəfəngiyyatın qəbulunu faydalı bir iş hesab edirlər. Elmi dairələrdə məşhur olan təkamülçü bioloq Riçard Doukins xristianlara müraciət edərək belə demişdir: "Əgər siz görsəniz ki, Müqəddəs Məryəmin heykəli sizə əl yellədi, fikirləşməyin ki, siz möcüzə gördünüz. Bunun olma ehtimalı azdır; ola bilər ki, sadəcə heykəlin sol əlinin bütün atomları birdən hansısa bir anda sadəcə olaraq bir tərəfə hərəkət etməyə başlasınlar".4
Bəşəriyyətin bütün tarixi boyu mövcud olan kafirlərə və ateistlərə xas olan bu psixoloji tip Quranda dəqiqliyi ilə təsvir olunub:
"Əgər biz mələkləri onlara göndərsək, ölülər onlarla danışsa və hər şeyi dəstə-dəstə başlarına toplasa, əgər Allah istəməsə, yenə də iman gətirməzlər. Lakin onların əksəriyyəti bilməz" ("Ənam" surəsi, 111).
Quran ayələrindən də göründüyü kimi, təkamülçülərə aid olan ehkamçı düşüncə orijinal və müasir bir şey deyil, bu iddialarda heç bir yenilik yoxdur. Təkamülçülər sadəcə olaraq bütpərəstlərin, kafirlərin ibtidai cəmiyyətinin cəhalətini israrla davam etdirir, amma heç cür müasir elmin həqiqi baxış və kəşflərini etiraf etmirlər. Quranın bir ayəsində belə insanların psixologiyası aşağıdakı şəkildə təsvir olunur:
"Əgər onlara göydən bir qapı açsaq və onunla durmadan yuxarı dırmaşsalar, yenə də "gözümüz bağlanmış, biz sehrlənmişik" deyərlər" ("Hicr" surəsi, 14-15).

Təkamülün kütləvi şəkildə təbliğ olunması

Müqəddəs Quranın ayələrində bizə bildirildiyi kimi, bəşəriyyətin korluğunun əsas səbəbi onun yaradılış həqiqətini görmək istəməməsidir - bu, bir növ zəkanı açmağa yol verməyən "sehrdir". Cəmiyyətin böyük bir hissəsinin təkamül nəzəriyyəsini əlbir şəkildə qəbul etməsinin və bu nəzəriyyənin geniş yayılmasının səbəbləri məhz burada gizlənir. Sehr deyəndə də kütləvi təlqinin nəticəsini nəzərdə tuturuq. İnsanlar təkamülçülər tərəfindən təlqinə elə planlı şəkildə məruz qalırlar ki, bütün canlıların təsadüf nəticəsində əmələ gəlməsinə asanlıqla inanır və bunda adətən heç bir təhrif hiss etmirlər.
Təlqin insanın zəkasına mənfi təsir edir, belə ki, zəka (şüur) təlqin nəticəsində müstəqil mülahizə yürütmək bacarığını itirir. Təlqinə məruz qalan zəka həqiqəti olduğu kimi deyil, ona təlqin edildiyi kimi qəbul edəcək. Məsələn, əgər hipnoz altında olan insana üzərində oturduğu çarpayının maşın olduğunu təlqin etsək, o zaman hipnoz seansından sonra o, çarpayını həqiqətən də maşın kimi görməyə başlayacaq. O, bunu özlüyündə çox ağıllı və məntiqli sayacaq, ona görə ki, həqiqətən də o, belə görür, özünün haqlı olmasına az da olsa şübhə etmir. Təlqin texnikasının təsiri və gücü haqqında bir çox elmi əsərlər yazılmış, oxşar misallar müxtəlif təcrübələrlə təsdiq olunmuşdur.
Təkamül nəzəriyyəsi və ona əsaslanan materialist dünyagörüşləri cəmiyyətə analoji təlqin metodları ilə zorla qəbul etdirilir. İnsanlar onlara kütləvi informasiya vasitələrində, akademik qaynaqlarda "elmi platforma"da təqdim olunan həyatın təkamül yolu ilə əmələ gəlməsi və inkişafı ideyası təlqini ilə qarşılaşır, buna əhəmiyyət vermir, onu həqiqət kimi qəbul etdikləri zaman zəkanın elementar prinsiplərinə qarşı çıxdıqlarını bilmirlər.
Bu təlqin alimlərə də təsir göstərir. Gənc alimlərdən bir çoxu peşələrində yüksəldikləri zaman daha çox materialist baxışlara istinad edirlər. Təkamülçü alimlərdən bir çoxu təlqinin təsiri altında təkamülçü fərziyyələrə elmi izah tapmaq cəhdlərini davam etdirirlər, halbuki bu cəhdlər hələ XIX əsrdə elm tərəfindən birdəfəlik rədd olunub...
Amma ən böyük təhlükə ondadır ki, alimləri materialist və təkamülçü olmağa məcbur edən mexanizmlər də var. Gənc alim Qərb ölkələrində peşə nərdivanında yüksəlmək, dosent, professor olmaq, elmi jurnallarda məqalə dərc etmək üçün elmin ümumi şəkildə qəbul olunmuş müəyyən standartlarına uyğun gəlməlidir. Bu standartlarla görə, gənc alim təkamül nəzəriyyəsinin həqiqiliyini tərəddüdsüz qəbul etməlidir. Bu sistem alimləri öz həyatını və karyerasını materialist inamın ehkamları naminə qurban verməyə məcbur edir.
"Elm dünyası təkamül nəzəriyyəsinə əsaslanmağa davam edir" kimi cümlələrin arxasında gizlənən həqiqət də məhz budur. Ancaq təkamül nəzəriyyəsinin belə müdafiə olunmasının səbəbi onun hər hansı bir elmi fakta əsaslanması deyil, yalnız onun bir növ ideoloji zərurət olmasıdır və yalnız bəzi alimlər həqiqəti görərək belə demək qərarına gəlirlər: "Kral ki, çılpaqdır".
Bu kitabın digər bölmələrində biz sizlərin diqqətinə alimlərin təkamül nəzəriyyəsini süquta uğradan müasir kəşflərini çatdıracaq, eləcə də Yerdə həyatın şüurlu şəkildə yaradılmasını sübut edən danılmaz faktları müzakirə edəcəyik. Oxucu təkamül nəzəriyyəsinin yeganə məqsədi insanın yaradılışı faktını inkar etmək olan aşkar bir yalan olmasının şahidi olacaq. Ümid edirik ki, oxucu bizə ilahi töhfə olan məntiqli düşüncə bacarığını və təmiz ağlı dumanlandıran materializmin "sehrli cazibəsindən" ayılacaq və bu kitabda oxuduqları haqqında özü ilə təklikdə qalanda ciddi fikirləşəcək.
Bu sehrdən qurtulmağı düşünən insan əsassız, subyektiv rəyləri bir kənara ataraq açıq və təlqinsiz düşünərsə, aşkar həqiqəti görəcək. Müasir elmin faktları canlı orqanizmlərin yaranmasının hadisələrin təsadüfi zənciri yox, Ali Zəkanın şüurlu yaratmasının nəticəsi olduğunu isbat edir. İnsanın heç nədən, bir damcı mayedən necə dünyaya gəldiyini düşünmək yaxud da Yerdə bütün canlıların mükəmməl quruluşunu görmək kifayəidir. O zaman həyatın yaranma həqiqəti onun qarşısında bütün dəqiqliyi ilə sərgilənəcək.
Əgər oxucularımız Yerdə həyatın yaranma məsələsini daha dərindən nəzərdən keçirmək istəsə, biz onlara Harun Yəhyanın "İnsanın yaradılması möcüzəsi" və "Hüceyrə möcüzəsi" kitablarını oxumağı tövsiyə edirik. Təkamülçü alimlərin yalanını açan bu tədqiqatlar darvinizmi uzun müddət təbliğ edənlərə də cavab verir...

Təkamül Nəzəriyyəsinin Tarixi Haqqında Qısa Məlumat

Təkamül Nəzəriyyəsinin Tarixi Haqqında Qısa Məlumat

Yaranma həqiqətini danan bu ehkamçı təkamül ideyasının kökləri dərin keçmişə gedir. Qədim yunan ateist filosoflarının bir çoxu Yerdə həyatın yaranmasını təkamülçü baxışlarla əsaslandırırdı. Fəlsəfə tarixinə nəzər saldığımız zaman biz təkamülçü ideyaların ateist dünyagörüşünün varlığı üçün zəmin təşkil etdiyini görərik.
Müasir fundamental elmin inkişafında əsas rolu antik ateist fəlsəfə deyil, Yaradana inam böyük rol oynayır. Müasir dövrün bir çox məşhur alimləri dərin inama sahib insanlar olmuş, elm onlar üçün sadəcə Ali Yaradanan Sonsuz Müdrikliyinə çatmaq və yaxınlaşmaq imkanı olmuşdur. Bəşəriyyətin böyük alimi Leonardo da Vinçi, fundamental astronomiyanın baniləri Nikolay Kopernik, İohann Keppler, Qalileo Qaliley, paleontologiyanın əsasını qoyan Jorj Küvye, botanika və zoologiya elminin əsasını qoyan Karl Linney, "bəşəriyyət tarixinin ən məşhur alimi" kimi tanınan İsaak Nyuton dərin inama sahib insanlar olmuş və Kainatdakı bütün canlıların Ali Yaradan tərəfindən yaradıldığına inanaraq öz həyatlarını elmə sərf etmişdilər.5 XX əsrin ən böyük alimi kimi qəbul olunan Albert Eynşteyn səmimi bir inam sahibi idi. O, alimin missiyasının nədən ibarət olması sualına belə cavab vermişdi:
"Mən qəlbində möhkəm inamı olmayan alimi təsəvvür edə bilmirəm. Bunu belə də ifadə etmək olar: Allaha inama əsaslanmayan elmə inanmaq qeyri-mümkündür".6
Məhşur alman fiziki, müasir fundamental fizikanın əsasını qoymuş Maks Plank isə belə demişdi: "Tədqiqat sahəsindən asılı olmayaraq elmlə ciddi məşğul olan hər kəs elm məbədinin qapısında belə bir hökm görə bilər: "İman et, bu inam elə bir məfhumdur ki, bundan heç bir alim imtina edə bilməz".7
Təkamül nəzəriyyəsi isə sadəcə XIX əsrdə geniş yayılan və qədim keçmişin "dirilən" materialist fəlsəfəsidir. Materializm Yerdəki həyatın mənbəyini maddi şərtlərlə izah edərək yaradılış həqiqətini inkar edir. Materializm fəlsəfəsi iddia edir ki, Yer üzündə mövcud olan canlı və cansız hər nə varsa təsadüfi rastlaşmalar silsiləsi nəticəsində öz-özünə əmələ gəlmiş və sonradan müəyyən qayda-qanun əldə etmişlər. Halbuki insan ağlı öz ətrafında qayda-qanunu görərkən məntiqi olaraq bu böyük nizamı, sistemi və planlı quruluşu Yaradan kimsənin mövcud olması haqqında qənaətə gəlir. Sağlam məntiqə və ağıla zidd olan materialist fəlsəfə XIX əsrin ortalarında "təkamül nəzəriyyəsini" meydana gətirdi.

Darvinin təxəyyülünün gücü

charles darwin, təkamül nəzəriyyəsi
Charles Darwin
Təkamül nəzəriyyəsini elm dünyasının gündəminə gətirən şəxs ingilis həvəskar təbiətşünası Çarlz Robert Darvin olmuşdur.
Darvin biologiyanı heç vaxt peşəkar səviyyədə öyrənməmişdi. O, heyvanlara və təbiətə yalnız həvəskar səviyyədə maraq göstərirdi. Darvin bu marağın nəticəsi olaraq 1832-ci ildə könüllü olaraq "Biql" tədqiqat gəmisinin ekspedisiya heyətinə yazıldı. Bu gəmi Böyük Britaniya hökuməti tərəfindən təchiz edilmiş və 5 il ərzində dünyanın müxtəlif yerlərində üzmüşdü. O, səyahət zamanı gördüyü canlı aləmin müxtəlifliyindən bərk təsirlənmişdi. Ən çox isə Qalapaqoss adalarında yaşayan alacəhrə quşunun müxtəlif növlərini öyrənməyə maraq göstərmişdi. Quş növlərinin belə müxtəlifliyini görən Darvin zənn edirdi ki, bu quşların dimdik quruluşlarının müxtəlifliyi ətraf mühitdən asılıdır. Darvin bütün bunlardan belə qənaətə gəldi ki, iddia edildiyi kimi, canlı orqanizmlər Ali Yaradan tərəfindən ayrı-ayrılıqda yaradılmamış, guya yeganə əcdaddan törəmiş və təbiət şərtlərindən asılı olaraq sonradan növlərə ayrılmışlar.
Darvinin bu hipotezası heç bir elmi izaha və ya təcrübəyə əsaslanmırdı. Bu hipoteza bir nəzəriyyə kimi ancaq o dövrün məşhur materialist bioloqlarının dəstəyi ilə möhkəmləndi. Bu nəzəriyyəyə görə, Yerdə mövcud olan bütün canlı orqanizmlər bir əcdaddan əmələ gəlmiş və uzun müddət ərzində kiçik dəyişikliklərə məruz qalmışlar. Bu dəyişikliklər zaman keçdikcə toplanmış və beləliklə də canlı orqanizmlər bir-birindən fərqlənməyə başlamışlar. Təbii şərtlərə müvəffəqiyyətlə uyğunlaşan canlı varlıqların növləri öz xüsusiyyətlərini növbəti nəsillərə ötürmüşlər. Beləliklə, zaman keçdikcə ən faydalı dəyişikliklər yeni əmələ gəlmiş fərdləri öz əcdadlarından tamamilə fərqlənən canlı orqanizmlərə çevirmişdir. "Faydalı dəyişikliklər" deyiləndə nəyin nəzərdə tutulduğu hələ də naməlum qalır. Darvinə görə, insan bu mexanizmin ən inkişaf etmiş məhsuludur. Bu mexanizmi öz xəyalında canlandıran Darvin onu "təbii seçmə yolu ilə təkamül" adlandırmışdı. Bu vaxtdan başlayaraq o, "növlərin əmələ gəlməsinin" köklərini tapdığına əmin oldu: "bir növün əsası başqa növdür". O bu ideyalarını 1859-cu ildə "Növlərin təbii seçmə yolu ilə yaranması" adlı kitabında açıqlamışdı.
Ancaq Darvin başa düşürdü ki, onun nəzəriyyəsində bir çox həll olunmamış və ziddiyyətli problemlər var. Adıçəkilən əsərdə bütöv bir fəsil bu çətinliklərə həsr olunmuş və Darvin bunu "Nəzəriyyənin qarşılaşdığı çətinliklər" ("Difficulties of theory") adlandırmışdı. Bu çətinliklərdən canlı orqanizmlərin təsadüfən əmələ gəlməsi mümkün olmayan kompleks quruluşları, (məsələn, gözün quruluşu), nəzəriyyəni dəstəkləyən arxeoloji qazıntıların olmaması və heyvanlardakı instinkt göstərilə bilər. Darvin ümüd edirdi ki, bu çətinliklər elmin inkişafı ilə, yeni kəşflər nəticəsində aradan qaldırılacaq. Darvin onların bəzilərinə isə tam olmayan izahlar verirdi.
Amerika fiziki Lipson Ç.Darvinin bu "çətinliklərini" belə şərh etmişdi: ""Növlərin mənşəyi" kitabını ilk dəfə oxuduğum zaman mən Darvinin özünə çox güvənmədiyini və özünə çox əmin olmadığını gördüm. Məsələn, "Nəzəriyyənin qarşılaşdığı çətinliklər" bölümü açıq bir inamsızlıq doğurur. Bir fizik kimi mən onun gözün meydana gəlməsi haqqındaki fikirlərinə təəccübləndim".8
Ancaq Darvini gözləyən ən böyük çətinlik onda idi ki, o, elmin inkişafı ilə bu problemlərin nə vaxtsa həll olunmasına ümüd edirdi, amma bunun əksinə olaraq elm inkişaf etdikcə nəzəriyyənin problemləri artır və onlar həllolunmaz hala gəlirdi.
Darvin öz nəzəriyyəsini təkmilləşdirərkən özündən əvvəl yaşamış fransız bioloqu Lamarkın güclü təsiri altında olmuşdu. Lamarkın fikrincə, canlı orqanizmlər ömürləri boyu əldə etdikləri xüsusiyyətləri nəsildən-nəsilə ötürür və bu yolla təkmilləşirlər. Məsələn, zürafələr ceyrana oxşayan heyvan növündən əmələ gəlmişlər, onların boynu hündür ağaclardan yarpaq yemək məqsədilə dartındıqları üçün uzanmışdır. Darvin canlı orqanizmlərin təkamül mexanizmlərini izah etmək üçün Lamarkın "əldə olunmuş xüsusiyyətlərin sonrakı nəslə öldürülməsi" tezisinə müraciət etmişdi.
Ancaq Darvin də, Lamark da yanılırdılar. Elmin o zamankı inkişaf dövründə canlı orqanizmlərin müşahidə edilməsi çox primitiv texnologiyanın köməyi ilə aparılırdı. Genetika və biokimya kimi elm sahələri hələ mövcud deyildi. Nəzəriyyə yalnız təxəyyülün gücünə əsaslanırdı.
Darvin öz kitabı haqqındakı rəyləri diqqətlə izlədiyi zaman Avstraliya botaniki Qreqor Mendel 1865-ci ildə irsiyyət qanununu kəşf etdi. Ancaq elm dünyası Mendelin kəşfinə əsrin sonuna qədər lazımi diqqəti göstərmədi. Mendelin təcrübəsi yalnız 1900-cü ilin əvvəlində genetika elminin yaranması ilə aktuallaşdı. Elə həmin illərdə genlərin və xromosomların quruluşu araşdırılmışdı. 1950-ci ildə hər bir canlı fərdin xüsusiyyətlərinin genetik informasiyasını özündə cəmləşdirən DNT molekulunun kəşfi nəzəriyyəni böyük böyük böhrana gətirdi. Belə ki, canlı orqanizmlərin quruluşunun Darvinin və XIX əsrin təkamülçü alimlərinin iddia etdiyindən daha mürəkkəb olması ortaya çıxdı. Təkamül nəzəriyyəsi mexanizminin qeyri-qənaətbəxş olması daha da aydın oldu.
Beləliklə, Darvinin yalnız şəxsi qənaətlərə əsaslanan, bütünlüklə əsassız olan bu nəzəriyyəsi tarixin tozlu rəflərinə atılmalı idi. Ancaq bəzi dairələr nəzəriyyənin yeniləşdirilməsinin vacibliyi fikrində israr edir və nəyin bahasına olursa-olsun nəzəriyyəni elmi platformasını yaratmağa çalışırdılar. Ancaq bu, aydın idi ki, bütün bu cəhətlər elmi həqiqəti tapmaqdan çox ideoloji məqsəd güdürdü.
Darvin Dövrünün Primitiv Elmi Və Texnologiyası
ilkel mikroskop, sadə mikroskop
Təkamül nəzəriyyəsi ideyalarının yarandığı dövrdə genetika, biokimya və biofizika kimi elm sahələri mövcud deyildi. Əks təqdirdə Darvinin iddialarının elmi gücsüzlüyü və məntiqsizliyi bu iddiaların yarandığı andaca sübut olunardı. hüceyrə içi, kompleks hüceyrəÇünki hər hansı bir canlı növünün xarakterik xüsusiyyətlərini müəyyən edən məlumat orqanizmin gen kodlarına qoyulmuşdur. Heç bir təbii şərt və ya yaşamaq uğrunda mübarizə bu gen məlumatlarını dəyişə və canlı varlıqların yeni növünü yarada bilməz.
Darvin dövrünün elmi hüceyrənin quruluşu və funksiyaları haqqında çox primitiv biliklərə malik idi. Darvinin elektron mikroskopa baxmaq imkanı olsaydı, o, canlı hüceyrənin əzəmətli kompleks quruluşunun şahidi olardı.
elektron mikroskop, bioloq
Bu qədər mükəmməl və planlı sistem şüursuz hüceyrənin içindəki təsadüfi və mikroskopik dəyişikliklərin məhsulu ola bilməz. Əgər Darvin biofizika elmi ilə tanış olsaydı, o, hüceyrəni əmələ gətirən çoxsaylı molekullardan hətta bir dənə zülal molekulunun təsadüfən yaranmasının mümkün olması fikri ilə əsla razılaşmazdı. Hüceyrənin quruluşunun tədqiq edilməsi yalnız elektron mikroskopun kəşfi ilə mümkün olmuşdur. Darvinin zamanında hüceyrəni ancaq şəkildə gördüyünüz primitiv mikroskopun köməyi ilə öyrənmək olardı.

Neodarvinizmin ümidsiz cəhdləri

Darvin nəzəriyyəsi XX əsrin birinci yarısında genetikanın kəşf və faktları qarşısında çıxılmaz vəziyyətdə qalmışdı. Darvin ideyalarına sadiq olacağına qəti qərar verən bir qrup alim 1941-ci ildə ABŞ Geoloqları Assosiasiyasının təşkil etdiyi qurultaya toplandı. Qurultayın işində genetiklər Q.L.Stebbins və T.Dobjanski, zooloqlar E.Mayr və C.Haksli, paleontoloqlar C.Q.Simpson və Q.L.Cepsen iştirak edirdilər. Alimlər uzunmüddətli mübahisələrdən sonra darvinizmə yeni "yamaq" vurmaq qərarına gəldilər.
Həmin alimlər Lamarkın tezisinə əsaslanaraq öz nəzəriyyəsinin əsasını qoyan Darvinin cavab verə bilmədiyi "canlı orqanizmləri təkmilləşdirən faydalı dəyişikliklərin qaynağı nədir" sualına belə bir cavab verməyi qərara aldılar: "Təsadüfi mutasiya". Onlar Darvinin "təbii seçmə" tezisinə "mutasiya" anlayışını əlavə edərək özlərinin yeni nəzəriyyəsini "Müasir sintetik təkamül nəzəriyyəsi" adlandırdılar. Bu yeni nəzəriyyə qısa bir müddətdə "neodarvinizm", nəzəriyyənin baniləri isə "neodarvinistlər" kimi tanınmağa başladı.
Ernst Mayr, neo darvinizmTheodosius Dobzhansky, neo darvinizmJulian Huxley, neo darvinizm
Neo-Darvinizmin memarları:
Ernst Mayr, Theodosius Dobzhansky ve Julian Huxley
Növbəti onilliklər neodarvinizmin tezislərini sübut etmək üçün ümidsiz cəhdlər dövrü oldu. Məlum idi ki, mutasiyalar, yəni radiasiya kimi xarici təsirlərin nəticəsində canlı orqanizmlərin genetik kodunda əmələ gələn dəyişiklik və pozulmalar hər zaman ən neqativ nəticələrə gətirib çıxarır. Buna baxmayaraq neodarvinistlər "faydalı mutasiya" nümunəsini əldə etmək üçün minlərlə təcrübə aparmağa davam edirdilər. Bütün bu cəhdlər iflasa uğrayırdı. Eyni zamanda neodarvinistlər sübut etməyə çalışırdılar ki, canlı orqanizmlər primitiv yer şərtlərində həqiqətən təsadüfən əmələ gəlmişlər, necə ki, təkamül nəzəriyyəsi bunu iddia edir. Ancaq eyni sarsıdıcı məğlubiyyət onları bu sahədə də gözləyirdi. Yerin ilkin atmosferini təqlid etmək yolunun köməyi ilə canlı orqanizmlər əldə etmək məqsədi güdən təcrübələr uğursuzluqla nəticələndi. Həyatın təsadüfən əmələ gəlmə imkanlarının ehtimali hesablamaları göstərir ki, hətta canlı orqanizmin əsası olan zülal atomları belə təsadüfən əmələ gələ bilməzlər. Müasir laboratoriya şəraitində əldə edilə bilməyən canlı hüceyrəsinin təsadüfən yaranması heç mümkün deyil, xüsusilə ilkin yer şəraitində.
Stephen Jay Gould, elm adamıStephen Jay Gould
Bundan əlavə, arxeoloji qazıntıların nəticələri neodarvinizm nəzəriyyəsinə növbəti ağır zərbəni vurdu. Uzunmüddətli arxeoloji qazıntıların gedişində tapılan qalıqlar arasında "saysız keçid formalarından" heç biri aşkar olunmadı. Darvinin zənninə görə, bu keçid formaları yerin dərinliklərində olmalı və canlıların sadədən mürəkkəbə doğru mərhələli inkişafı haqqındakı təkamülçü fikri sübut etməli idi. Aparılmış müqayisəli anatomik tədqiqatlar həmçinin göstərdi ki, təkamül yolunu keçdiyi qəbul olunan canlı orqanizmlər tamamilə fərqli anatomik xüsusiyyətlərə malikdir və onlar heç cür bir əcdaddan törəyə və ya onun davamı ola bilməzlər.
Ancaq neodarvinizm elmi nəzəriyyə deyil, ideoloji ehkamdır, bir növ inancdır. Neodarvinizmin banilərindən biri olan Julian Haksli 1958-ci ildə nəşr edilmiş "Vəhysiz din" ("Religion without revelation") kitabında bu haqda açıq şəkildə bəyan etmişdi. J.Haksli digər məqalədə "təkamül nəzəriyyəsi niyə din hesab olunur" sualına belə cavab vermişdi:
"Din bütün dünyanın əsasını tamamilə əhatə edən nöqteyi-nəzərdir. Bu nöqteyi-nəzərdən təkamül Allah tərəfindən yerinə yetirildiyi hesab edilən funksiyanı öz üzərinə götürə bilər, yəni o, insanın ümid və inamını istiqamətləndirən güclü prinsip ola bilər".10
Məhz bu səbəbdən təkamül nəzəriyyəsi tərəfdarları öz tezislərini bu nəzəriyyənin əsassızlığına və elmlə ziddiyyət təşkil etməsinə baxmayaraq inadla müdafiə edirlər. Onların təsəvvüründə təkamül vazkeçilməz bir inancdır. Onların baxışları ancaq bir nöqtədə - təkamül prosesinin gerçəkləşmə modelləri məsələsində ayrılır. Bu modellər arasında ən bariz nümunə isə "sıçrayışlı təkamül" kimi məşhur olan fantastik ssenari idi.

Sıçrayışlı təkamül

"Təkamül nəzəriyyəsi" deyiləndə indiyə qədər ağla gələn ilk şey neodarvinizm modelidir. Yalnız axırıncı onilliklərdə yeni model əmələ gəlib: "tarazlığın pozulması" yaxud "sıçrayışlı təkamül". 70-ci illərin əvvəllərində bu model böyük rezonans və dəstəklə Amerika paleontoloqları N.Eldric və S.C.Qould tərəfindən tətbiq edilirdi. Bu təkamülçü alimlər bilirdilər ki, arxeoloji qazıntılar baxımından neodarvinist nəzəriyyənin gücsüz olduğu acıq-aydın aşkar aşkar olunmuşdu. Paleontoloji araşdırmalar həyatın neodarvinistlərin iddia etdiyi kimi, mərhələli şəkildə əmələ gəldiyini təkzib edir və həyatın birdən-birə, özü də mükəmməl formada əmələ gəldiyini təsdiqləyirdilər.
Amma neodarvinistlər onlara nəzəriyyəsini sübut edəcək arxeoloji qazıntıların gözəl günlərin birində aşkar ediləcəyi ümidi ilə yaşamışdılar və indiyə qədər bu ümidlə yaşamaqda davam edirlər. Eldric və Qould bu ümidlərin utopiya olduğunu başa düşür, ancaq onu da bilirdilər ki, təkamül nəzəriyyəsindən əl çəkə bilməyəcəklər. Bu zaman onlar yeni bir model irəli sürdülər - "sıçrayışlı təkamül".11 Bu modelə görə, təkamül mərhələlərlə deyil, böyük və ani dəyişikliklərin nəticəsində baş vermişdir.
Ernst Mayr, neo darvinizmTheodosius Dobzhansky, neo darvinizmJulian Huxley, neo darvinizmJulian Huxley, neo darvinizmJulian Huxley, neo darvinizm
Ernst Mayr, neo darvinizmTheodosius Dobzhansky, neo darvinizmJulian Huxley,neo darvinizmJulian Huxley,neo darvinizmJulian Huxley, neo darvinizm
Bütün dünyada on minlərlə alim təkamül nəzəriyyəsinin elmi gücsüzlüyünü sübut etmiş, Yerdə həyatın təsadüfi əmələ gəlməsi fikrini təkzib edən minlərlə tədqiqat və elmi iş nəşr olunmuşdur. Sizin qarşınızdakılar bu mövzuya həsr olunan kitabların sadəcə olaraq bir neçəsidir .
Əslində bu model açıq-aydın fantaziyanın məhsulu idi. Eldric və Qouldun elmi rəhbəri avropalı paleontoloq O.X.Şindevolf "sıçrayışlı təkamüldən" misal gətirərək iddia edirdi ki, ilk quş "qrossmutasiya" nəticəsində, yəni genetik quruluşda təsadüfən baş verən böyük dəyişikliklər nəticəsində sürünənlərdən əmələ gəlmişdir. Eyni modelin iddiasına görə, bəzi suda-quruda yaşayanlar keçirdikləri ani və əhatəli dəyişikliklərdən sonra nəhəng bir balinaya çevrilmişlər. Hamı tərəfindən qəbul olunan genetika, biofizika və biokimya qanunlarına zidd olan bu nəzəriyyəni elmi səviyyəsinə görə qurbağanın çevrilib şahzadə olması barədəki uşaq nağılı ilə müqayisə etmək olar. Ancaq bəzi təkamülçü-paleontoloqlar neodarvinizmin uğursuzluqları üzündən çətin vəziyyət  qarşısında xilas olmaq axtarışı ilə daha cəfəng bir modeli irəli sürmüşlər.
Yuxarıda dediyimiz kimi, bu modelin məqsədi  neodarvinizmin heç çür açıqlaya bilmədiyi arxeoloji "boşluqları" doldurmaq idi. Ancaq məlumdur ki, bu boşluqları "quşların sürünənlərin yumurtalarından əmələ gəlməsi" kimi ağlasığmaz cəfəngiyyatlarla doldurmağa çalışmaq mənasızdır, belə ki, bir növün digər bir növə çevrilməsi çox böyük və faydalı dəyişikliklər tələb edir. Bunu da bilmək lazımdır ki, heç bir mutasiya genetik informasiyanı yaxşılaşdırmaq, təkmilləşdirmək və ya ona yeni məlumatlar əlavə edərək genetik zənciri uzatmaq iqtidarında deyil, təkamülçülər tərəfindən xəyal edilən "nəhəng mutasiya" isə neqativ nəticələrə və genetik informasiyada dəhşətli pozuntulara gətirib çıxarır.
Neodarvinizm kimi "sıçrayışlı təkamül" modeli də ilk mərhələdə məğlubiyyətə uğradı. Belə ki, bu nəzəriyyənin hər ikisi "ilk canlı hüceyrə necə əmələ gəlib" sualına cavab vermək iqtidarında deyil. Əgər hüceyrəni təşkil edən zülalın hətta bir molekulunun təsadüfən əmələ gəlməsi qeyri-mümkündürsə, milyardlarla hüceyrədən təşkil olunan canlı orqanizmin məruz qaldığı zənn edilən "sıçrayışlı" və ya "mərhələli" təkamüldən danışmağın hər hansı bir əhəmiyyəti və mənası varmı?
Təkamül nəzəriyyəsi dünyasında neodarvinizm modeli hələ də qüvvədə olan bir model kimi tanınır. Növbəti bölmələrdə biz əvvəlcə neodarvinistlərin iddia etdikləri iki mexanizmi müfəssəl şəkildə təhlil edəcək, sonra isə arxeoloji tədqiqatların nəticələrini diqqətinizə çatdıracağıq. Bununla yanaşı siz "sıçrayışlı təkamül"ün və buna bənzər modellərin, həmçinin neodarvinizmin uydurulmuş və utopik iddialarının qeyri-mümkünlüyünü görməyə kömək edəcək fundamental elmin gətirdiyi faktlarla, habelə təkamülçü modelləri alt-üst edən ilk canlı orqanizmin yaranma problemləri ilə tanış olacaqsınız.
Qeyd etmək yerinə düşərdi ki, hər bir misalda biz əmin olacağıq ki, təkamül nəzəriyyəsi bir damla da olsa həqiqəti ifadə etməyən açıq bir yalandır. İnsanların düşüncəsini idarə etmək üçün 140 ildir istifadə olunan bu ssenarini müdafiə etmək mənasıdır, belə ki, elmin əlində Yerdə həyatın yaranması həqiqətləri ilə bağlı inkaredilməz faktlar var.