Böyük Mənanı Təsadüflə İzah Etmək Olarmı?
Bundan əvvəlki fəsillərdə biz həyatın təsadüfən yarana bilməyəcəyinə əmin olduq. Fərz edək ki, bu, mümkündür; fərz edək ki, milyonlarla il bundan əvvəl özünü yaşamaq üçün hər cür maddə və orqanlarla təmin edən hüceyrə əmələ gəlib. Amma buna baxmayaraq təkamül nəzəriyyəsi yenə də süquta uğrayır: hətta bu hüceyrə müəyyən bir zaman yaşasa da son nəticədə özündən sonra heç bir canlı qoymadan məhv olacaq və bu vəziyyətdə hər şey yenidən başlanmalıdır. Çünki genetik sistemi olmayan bu birinci hüceyrə çoxala bilməz. Ölmüş hüceyrə özündən sonra yeni nəsli meydana gətirə bilməyəcək və onun ölümü ilə həyat da yox olacaq.
Genetik sistemin tərkibi öz növbəsində yalnız DNT-dən ibarət deyil. Eyni mühitdə DNT-nin şifrəsini oxuya bilən fermentlərin, DNT-dəki məlumata əsasən sintezləşən RNT-nin, amin turşularının sintezi üçün zəruri olan RNT-dəki məlumatla birlikdə birləşəcək ribosomun və eyni zamanda çoxsaylı ara keçid proseslərini katalizator qismində sürətləndirən digər analoji kompleks fermentlərin mövcudluğu zəruridir. Bundan əlavə, analoji şərtlər ancaq hüceyrə kimi təcrid olunmuş, nəzarət altında olan və içində bütün zəruri maddələrin, enerjinin mövcud olduğu şərtlərdir.
Bir sözlə, üzvi maddə ancaq bütün orqanellara malik olan hüceyrə şəklində mövcud olduğu təqdirdə çoxala bilər. Bu da o deməkdir ki, kompleks strukturu olan hüceyrə planetimizdə bir anda yaranıb. Yaxşı, əgər bu cür kompleks struktur bir anda yaranıbsa, bu, nə anlama gəlir? Belə bir misalı müzakirə edək: hüceyrəni ən müasir texnologiya ilə hazırlanmış avtomobilin mürəkkəbliyi nöqteyi-nəzərindən müqayisə edək (Əslində avtomobilin mühərrikinə və texniki təchizatına baxmayaraq hüceyrə avtomobildən daha mürəkkəb bir sistemə malikdir). Özümüzə bir sual verək. Əgər biz bir meşənin içinə girsək və orada, ağacların arasında bir müasir tipli avtomobil görsək, nə düşünərik? Bəlkə siz düşünərsiniz ki, milyonlarla illər ərzində meşədə müxtəlif elementlər təsadüfən birləşərək avtomobili meydana gətirib. Avtomobilin bütün xammalı - dəmir, plastik kütlə, kauçuk və s. torpaq qatından əldə olunur. Belə bir halda siz düşünə bilərsinizmi ki, bu xammallar təsadüfən əmələ gəlib, bir yerə toplanıb və nəticədə avtomobili meydana gətiriblər?
Təbii ki, hər bir normal şüurlu insan düşünər ki, avtomobil şüurlu şəkildə layihələşdirilib, fabrikdə istehsal edilib və ən nəhayət, onun meşəyə necə düşdüyü barədə maraqlanar. Çünki kompleks strukturun bir anda, həm də vahid bir tam şəklində əmələ gəlməsi onun şüurlu olaraq yaradıldığına işarədir. Eynilə mürəkkəb quruluşu olan hüceyrə də Ali Şüurun və Qüdrətin sahibi olan Allahın xilqətidir.
Təkamülçülər təsadüflərin heyrətamiz layihələri qura biləcəyinə inanaraq əslində məntiqə və elmə zidd gedirlər. Məşhur fransız zooloqu, Fransa Elmlər Akademiyasının keçmiş sədri Pyer Qrasse bu mövzuda səmimidir. Qrasse materialistdir, fəqət, o, etiraf edir ki, Darvin nəzəriyyəsi canlı həyatın necə əmələ gəldiyini izah edə bilmir. Qrasse darvinizmin əsası olan "təsadüf" haqqında belə deyir:
"Uğurlu mutasiyaların bitki və heyvanlar üçün zəruri olan her şeyi təmin etməsinə inanmaq çox çətindir, amma darvinizm bundan daha artığını tələb edir. Ancaq bir bitki, bir canlı faydalı təsadüflərdən minlərlə dəfə təsirlənməlidir. Yəni möcüzələr adi qanunlara çevrilməli və mümkün olmayan bütün hadisələr həyata keçməlidir. Xəyala dalmağı qadağan edən heç bir qanun yoxdur, amma elmi bura qarışdırmaq olmaz".125
Qrasse "təsadüf" anlayışının mənasını təkamülçülər üçün belə izah edir: "Ateizm şəklində olan təsadüf gizli olaraq ibadət edilən Tanrıya çevrilib".126
Təkamülçülərin məntiqsizliyi onların təsadüf anlayışını ilahiləşdirməsindən irəli gəlir. Allahdan qeyrisinə ibadət edən insanların şüursuz olduğu barədə Quranda belə deyilir:
"...Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!" ("Əraf" surəsi, 179).
Darvinin düsturu
Təkamülçülər bir barrel içinə canlılıq üçün lazımlı olan bütün maddələri qoysalar və bu maddələrə istədikləri hər cür əməliyyatı uygulasalar, dünyadakı bütün elm adamlarını bu təcrübə görevlendirseler və milyardlarla il keçsə belə bu vedrənin içində əsla bir canlı, hətta bir canlının tək bir hüceyrəsini belə meydana gətirə.
Gəlin təkamülçülərin necə məntiqsiz və cəfəng iddialar irəli sürməsi məsələsini müzakirə edilmiş texniki sübutlarla birlikdə hətta uşaqlara da aydın olan bir misalla yekunlaşdıraq.
Təkamül nəzəriyyəsinə görə, bütün canlı həyat təsadüf nəticəsində meydana gəlmişdir. Beləliklə, cansız və şüursuz atomlar birinci hüceyrəni, sonra necə olubsa digər canlı orqanizmləri və nəhayət, insanı əmələ gətirmişdir. Fəqət, bir az düşünək, bütün canlıların təməlini təşkil edən fosfor, azot, karbon və kalium kimi elementləri toplasaq, mənasız bir kütlə əldə edərik.
Bu atom kütləsi müxtəlif reaksiyalara girsə də canlı orqanizmi meydana gətirə bilməz. Gəlin bir laboratoriya təcrübəsini fərz edək və təkamülçülərin adından onların müdafiə etdikləri və "Darvinin düsturu" adlandırdığı iddianı müzakirə edək. Qoy təkamülçülər böyük kimyəvi təcrübə qablarına canlının struktur elementinin əsaslarını meydana gətirən çoxlu miqdarda fosfor, azot, karbon, oksigen, maqnezium, dəmir və s. elementləri yerləşdirsinlər. Qoy təkamülçülər hətta təbii şəraitdə mövcud olmayan istədikləri digər elementləri də qatsınlar. Qoy bu qarışığa təbii şəraitdə əldə edilə bilməyən istədikləri qədər amin turşusu və təsadüfən yaranma ehtimalı 10 üstü 950-də 1-ə bərabər olan zülal da əlavə etsinlər. Sonra bu qarışığa istədikləri temperaturu və rütubəti versinlər; onlar hətta hər cür müasir laboratoriya cihazları ilə bu qarışığı qarışdıra bilərlər. Bundan sonra bu qabın yanında dünyanın ən məşhur alimlərini təhkim etsinlər və onlar da milyonlarla, hətta milyardlarla il ərzində bir-birini əvəz edərək gözləsinlər. Onlar hətta insanın yarana bilməsi üçün düşündükləri bütün zəruri şərtlərdən istifadə edə bilərlər. Fəqət, onlar nə etsələr də bu qabların içindən heç vaxt insan əmələ gəlməyəcək. Necə ki, zürafələr, şirlər, arılar, sarıbülbüllər, bülbüllər, tutuquşular, atlar, delfinlər, qızılgüllər, səhləb çiçəkləri, zanbaqlar, qərənfillər, bananlar, portağallar, almalar, xurmalar, pomidorlar, yemişlər, qarpızlar, əncirlər, zeytunlar, üzümlər, şaftalılar, tovuzquşular, qırqovullar, rəngbərəng kəpənəklər və bunlara bənzər milyonlarla canlıdan heç biri bu qabın içində əmələ gəlməyəcək. Bu canlılar hələ bir yana dursun, təkamülçülər heç bir dənə hüceyrə belə əldə edə bilməzlər.
Bir sözlə, şüursuz atomlar bir yerə toplanaraq hüceyrə meydana gətirə bilməzlər. Onlar digər qərarlar da qəbul edərək hüceyrəni bölunməyə məcbur edə, beləliklə də mikroskopu icad edən və öz hüceyrəsinin quruluşunu öyrənən professoru da əldə edə bilməzlər.
Maddə şüursuz və cansız kütlədir və o, ancaq Allahın izni ilə canlana bilər. Bunun əksini iddia edən təkamül nəzəriyyəsi isə öz növbəsində məntiqi düşüncəyə ziddir. Əgər təkamülçülərin iddiaları barədə yuxarıda göstərilən misalda olduğu kimi düşünsək, bu həqiqət daha da aydın olar.
Eşitmə və görmə texnologiyası
Başqa bir məsələ də var ki, təkamül nəzəriyyəsi ona heç bir açıqlama verə bilmir: eşitmə və görmə qabiliyyətinin yüksək səviyyəsi.
Göz mövzusuna keçməmişdən əvvəl qısaca bir suala cavab verək: biz necə görürük? Hər hansı bir əşyadan (obyektdən) əks olunan və gələn işıq şüaları gözün kristalından keçir və görüntü qişada tərs çevrilmiş vəziyyətdə inikas olunur. Qişanın hüceyrələri şüaları elektrik siqnallarına çevirir, sonra isə bu siqnallar görmə mərkəzi adlanan beyinə ötürülür. Bir sıra proseslərdən sonra bu elektrik siqnalları görmə mərkəzində görüntü kimi qəbul edilir.
Gözü və qulağı, kamera və səs qeyd cihazları ilə müqayisə etdiyimizdə, bu orqanlarımızın sözü gedən texnologiya məhsullarından daha kompleks, daha müvəffəqiyyətli, daha qüsursuz dizayna olduğunu görərik.
Məsələnin texniki tərəfini müzakirə etdikdən sonra gəlin düşünək. Beyin tamamilə işıqdan təcrid olunmuşdur. Yəni onun içi qaranlıqdır və bura işıq keçmir. Görmə mərkəzinin ətrafında heç vaxt görmədiyiniz qaranlıq hökm sürür. Amma buna baxmayaraq biz işıqlı və rəngbərəng dünyanı seyr edə bilirik.
XX əsrin texnologiyası bütün texniki imkanlarına baxmayaraq gözlə görülən aydın və dəqiq görüntü kimi bir sistem əldə edə bilmir. Məsələn, oxuduğunuz kitaba, bu kitabı tutan əllərinizə baxın, başınızı qaldırın və ətrafa da baxın. Bundan əvvəl hardasa belə dəqiq və keyfiyyətli görüntü ilə qarşılaşmısınızmı? Dünyanın qabaqcıl elektron şirkətləri tərəfindən hazırlanan müasir televizorların heç biri belə dəqiq görüntünü təmin etməyə qadir deyil. Bu görüntü rənglidir, üçölçülüdür və tamamilə dəqiqdir. Yüz ildir ki, mühəndislər bu dəqiqliyi əldə etmək istəyirlər. Bunun üçün böyük fabriklər, böyük qurğular tikilir, tədqiqatlar aparılır, planlar və layihələr hazırlanır. Bir daha televizor ekranına və əlinizdə tutduğunuz kitaba baxın: siz görüntünün dəqiqliyindəki və keyfiyyətindəki fərqi hiss edəcəksiniz. Televizordakı görüntü ikiölçülüdür, siz isə daha dərin, üçölçülü görüntünü seyr edirsiniz. Əgər siz diqqətlə televizordakı görüntüyə baxsanız gərərsiniz ki, görüntü tutqundur və aydın deyildir. Bu, sizin seyr etdiyiniz görüntüdə də varmı? Təbii ki, yox. Neçə illərdir ki, minlərlə mühəndis üçölçülü görüntünü və bizim gözümüzdə olan dəqiqliyi təmin edə bilən televizoru icad etməyə çalışırlar.
Əgər göz və qulağı videokamera və səsyazma avadanlığı ilə müqayisə etsək, onda əmin olarıq ki, gözün və qulağın quruluşu daha kompleksli, daha mürəkkəb, daha mükəmməl, daha uğurludur. Təbii ki, mühəndislər üçölçülü görüntü sistemini icad etmişlər, amma xüsusi eynəklər olmadan ondan istifadə etmək mümkün deyil. Bundan əlavə, bu, yalnız süni üçölçülü məkandır. Arxa plan tutqundur, öndəki isə karton dekorasiyalara bənzəyir. Gözlərin bizə təmin etdiyi dəqiq və keyfiyyətli görüntü başqa yerdə mövcud deyil. Televizordan və ya videokameradan istifadə zamanı isə görüntüdə müxtəlif itkilər meydana gəlir.
Təkamülçülər iddia edirlər ki, bu qədər dəqiq və keyfiyyətli görüntünü təmin edən mexanizm təsadüfən meydana gəlib. Əgər sizə desəydilər ki sizin otaqdakı televizor təsadüfən əmələ gəlib, yəni atomlar təsadüfən bir yerə toplaşaraq görüntünü təmin edən cihazı yaradıblar, siz nə fikirləşərdiniz? Minlərlə insanın edə bilmədiyini atomlar necə bacarıblar?
100 il ərzində on minlərlə mühəndis böyük qurğularda, sənaye komplekslərində, müasir laboratoriyalarda çalışaraq, tədqiqat apararaq yalnız bunu əldə ediblər.
Əgər gözlə görünənə nisbətən tutqun bir görüntünü izləməyə imkan verən bir cihazın təsadüfən əmələ gəlməsi qeyri-mümkündürsə, onda gözün, onun qəbuletmə səviyyəsinin nəzarətsiz və təsadüfən əmələ gəlməsi də təbii olaraq mümkün deyil. Televizorun planından daha müfəssəl və məntiqli plana və layihəyə ehtiyac var. Bu dəqiq və keyfiyyətli görüntünün planı və layihəsi Qüdrətli Allaha məxsusdur.
Eyni həqiqəti eşitmə haqqında da demək olar. Zahiri qulaq ətrafdakı səsləri qulaq seyvanı vasitəsilə toplayır və onları orta qulağa göndərir, o isə öz növbəsində alınan səs vibrasiyalarını gücləndirərək onları daxili qulağa ötürür. Daxili qulaq bu vibrasiyaları elektrik siqnallarına çevirir və beyinə göndərir. Görmə prosesi kimi eşitmə prosesi də beyində həyata keçir, amma görmədən fərqli olaraq bu proses beynin eşitmə mərkəzində gerçəkləşir.
Burada yenə də eyni halla qarşılaşırıq, yəni beyin səsdən və işıqdan təcrid olunub, səs ora keçə bilmir. Bizim ətrafımız nə qədər səs-küylü olsa da beynin içində sakitlikdir. Buna baxmayaraq beyində ən həssas səslər də qəbul edilir. Səs beyinə keçməsə də biz beynimizdə orkestrin simfoniyasını, kütlənin gurultusunu eşidirik. Əgər həmin an ən həssas cihazla beyindəki səsin dərəcəsini ölçsək görərik ki, orada tam sakitlikdir. Yenə də qulağın və beynin quruluşunun mükəmməlliyini insan tərəfindən icad edilən cihazın quruluşu ilə müqayisə edək. Görüntünü və səs texnikasını icad etmək üçün böyük zaman sərf olunmuşdur. Səsyazma avadanlıqları, musiqi mərkəzləri, səsi qəbul edən çoxlu elektron cihazlar və musiqi sistemləri - bunlar görülən bütün işlərin yalnız bir hissəsidir. Bu texnologiyaya və bu texnologiya üzərində işləyən minlərlə mühəndisin, mütəxəssisin işinə baxmayaraq qulaqla eşidilən səsin dəqiqliyi və keyfiyyət dərəcəsi əldə olunmamışdır. Ən müasir və böyük musiqi sistemlərini istehsal edən bir şirkətin ən keyfiyyətli musiqi mərkəzini təsəvvür edin. Səs yazılan zaman səsin bir hissəsi itir, kiçik yayınmalar ortaya çıxır və ya siz musiqi mərkəzini işə salanda musiqidən əvvəl mütləq xarakterik xışıltı eşidirsiniz.
Fəqət, insan orqanizminin texnologiyasının nəticəsi olan səslər dəqiq, aydın və qüsursuzdur. İnsan qulağı musiqi mərkəzinin əksinə olaraq səsi xışıltı və maneə ilə qəbul etmir, səs dəqiq və olduğu kimi eşidilir. Bu proses ilk insanın yaranmasından bu günə qədər dəyişmir.
Fəqət, insan orqanizminin texnologiyasının nəticəsi olan səslər dəqiq, aydın və qüsursuzdur. İnsan qulağı musiqi mərkəzinin əksinə olaraq səsi xışıltı və maneə ilə qəbul etmir, səs dəqiq və olduğu kimi eşidilir. Bu proses ilk insanın yaranmasından bu günə qədər dəyişmir.
Bu günə qədər göz və qulaq kimi həssas bir cihaz icad edilməmişdir. Bir sözlə, insan orqanizmindəki texnologiya min illərlə toplanan biliklərin, hər cür təcrübənin və bütün imkanların nəticəsində meydana gətirilən texnologiyalardan qat-qat üstündür. Heç kim iddia edə bilməz ki, musiqi mərkəzi və videokamera təsadüf nəticəsində meydana gəlmişdir. Yaxşı, onda yuxarıda sadalanan bütün süni sistem texnologiyasından üstün olan insan orqanizminin quruluş texnologiyası təkamül adlanan çoxlu təsadüflərin nəticəsində nə cür meydana gələ bilər? Açıq-aydındır ki, göz, qulaq və bədənin digər orqanları Ulu Yaradanın əsərləridir. Bütün bu təkrarolunmaz və heyrətamiz əsərlər bizə Allahın sonsuz qüdrətini, elmini və möhtəşəmliyini nümayiş etdirir.
Biz burada qəsdən görmə və eşitmə haqqında bəhs etdik, çünki təkamülçülər hər şeyin Allah tərəfindən yaradıldığını sübut edən dəlilləri anlaya və qəbul edə bilmirlər. Əgər siz təkamülçü bir insandan mürəkkəb quruluşa, texnologiyaya malik gözün və qulağın təsadüf nəticəsində necə əmələ gəldiyini soruşsanız, o, sizə məntiqli bir cavab verə bilməz. Hətta Darvin E.Qreyə 1860-cı il, aprelin 3-də ünvanladığı məktubda belə yazır: "Gözlər haqqında fikirlər məni bu nəzəriyyəyə qarşı soyutdu". Bununla da Darvin təkamülçülərin canlı orqanizmin heyrətamiz quruluşu qarşısında acınacaqlı və çıxılmaz vəziyyətdə olduğunu etiraf edir.127
Hiç yorum yok:
Yorum Gönder