Terrorizmin Gerçək İdeoloji Əsaslari: Darvinizm və Materializm
İnsanların çoxu elə hesab edir ki, həvəskar təbiətşünas olan Çarlz Darvin tərəfindən ilk dəfə irəli sürülən təkamül nəzəriyyəsi həqiqi real hadisələrə, təcrübələrlə sübut olunan faktlara və elmi əsaslara dayanır. Amma əslində Çarlz Darvin heç də bu nəzəriyyənin banisi deyil və bu günə qədər bu nəzəriyyəni dəstəkləyən və sübut edən heç bir elmi fakt yoxdur. Təkamül təlimi materialist fəlsəfənin müasir elmə və təbiət qanunlarına uyğunlaşdırılmış qədim və primitiv ehkamlarına əsaslanır.
Yalnız bu mifik ideyaya kortəbii və fanatik bağlılıq nəticəsində yayılan və hakim olan bu əsassız nəzəriyyə bir çox fəlakət, zülm və bədbəxtliklərin əsas səbəbi olmuşdur. Təkamül təlimi fikirlərinin və materializm fəlsəfəsi ideyalarının insanların şüuruna yeridilməsi Allahın şərəfli məxluqu olan insanın rolunun və yerinin başqa cür qiymətləndirilməsinə səbəb olmuşdur. Əgər əvvəllər insanlar "Allahın məxluqu olan insanın rolu, həyatının məqsədi və insanın Allah qarşısındakı borcu nədir" sualına "İnsan Allah tərəfindən yaradılıb və Allah tərəfindən qoyulan əxlaqi qayda-qanunlar çərçivəsində yaşamalıdır" cavabını verirdisə, indi cavab tamamilə fərqlidir: "İnsan yer kürəsində təsadüf nəticəsində meymundan əmələ gəlmiş, bu əmələ gəlmə prosesi mərhələlərlə, yalnız ən güclü və daha yaxşı uyğunlaşan növün yaşaya biləcəyi yaşamaq uğrunda mübarizə yolu ilə baş vermişdir". Ətrafımızdakı mərhəmətsizlik, zülm, ədalətsizlik insanlığın ən böyük aldanışının acı bir nəticəsidir, çünki darvinizmin "elmi" nəzəriyyəsi faşizm, kommunizm, irqçilik, maoçuluq və bir çox başqa diktator, totalitar rejimlərin yaranması üçün münbit ideoloji zəmin hazırlamışdır. Bu rejimlərin ideoloji təməlində yaşamaq uğrunda mübarizə və münaqişə əsas amillərdəndir.
Biz bu məqalədə təkamül nəzəriyyəsinin bəzi gizli aspektlərini, onların XIX əsrdən başlayaraq insanlıq tarixindəki rolunu incələməyə, əsrimizin ən böyük problemlərindən olan terrorizmlə darvinizm arasındakı gizli əlaqəni meydana çıxarmağa çalışacağıq.
Darvinizmin ən böyük yalanı: "Həyat mübarizədir"
Darvin öz təliminin əsas postulatlarından birini aşağıdakı şəkildə ifadə edib: "Canlı orqanizmlərin yer kürəsindəki inkişafı yaşamaq uğrunda mübarizə ilə əlaqədardır. Bu fasiləsiz mübarizə nəticəsində ən güclü fərd qalib gəlir və zəiflər məğlubiyyətə və məhvə məhkum olurlar".
Darvinin təliminə görə, təbiətdə amansız, fasiləsiz mücadilə, yaşamaq uğrunda mübarizə gedir. Daha güclü və mühitə daha tez uyğunlaşan üzvi maddələr və orqanizmlər zəiflərə üstün gəlir və bu da güclü orqanizmlərin sonrakı mövcudluğunu təmin edir. Darvin yazdığı "Növlərin mənşəyi" adlı kitabında böyük bir fəsli bu mövzuya həsr edib və onu "Təbii seçmə və ya daha çox uyğunlaşanların həyatda qalması" adlandırıb.
Darvin bir qədər də irəli gedərək yaşamaq uğrunda mübarizə təliminin insanlara aid olduğunu iddia etmişdir. Bu fantastik düşüncəyə görə, "imtiyazı olan üstün irqlər" yaşamaq uğrunda mübarizədə qalib gəlirlər. Darvinin iddiasınca, bu "üstün irqlər" ağ avropalılardır, Afrika və Asiya irqləri isə yaşamaq uğrunda mübarizədə məğlubiyyətə məhkum aşağı irqlərdir. Darvin bu fikirləri ilə kifayətlənmədi və bir qədər də uzağa gedərək hətta iddia etdi ki, Afrika və Asiya irqləri tezliklə ümumiyyətlə məhv olacaqlar:
"Jalınz əsrlərlə ölçülə bilən yaxın gələcəkdə üstün və sivil irqlər vəhşi irqləri tamamilə qıracaq və onların yerinə məskunlaşacaqlar. Eyni zamanda antropomorf, yəni insanabənzər meymunun da nəsli kəsilər. İnsanla onun ən yaxın əcdadı arasındakı fərq sürətlə artacaq, mədəni, sivil insanlarla vəhşilər arasındakı fərq təxminən Qafqaz xalqları və hibbon meymunları arasındakı fərq qədər olacaq. Müasir dövrdə bu fərqə bənzər fərq zəncilər və Avstraliya aborigenləri ilə qorilla arasında mövcuddur".1
Uzun müddət darvinizmin gizli aspektlərini tədqiq edən hind antropoloqu Lalita Vidyarti Çarlz Darvinin təkamül nəzəriyyəsinin ictimai elmlərə zorla qəbul etdirilməsini belə izah edir:
"Darvinin təlimi olan daha güclünün və daha tez uyğunlaşanın yaşayacağı fikri ictimai elmlərlə məşğul olan alimlər tərəfindən çox isti qarşılandı və onlar inandılar ki, insanlıq ağ irqin mədəniyyətinin sayəsində bugünkü inkişaf və tərəqqiyə çatmışdır. XIX əsrin ikinci yarısına doğru Qərb alimlərinin böyük əksəriyyəti irqçilik fikirlərini qəbul etdi".2
Darvinin "ilham" qaynağı: Tomas Maltusun amansızlıq nəzəriyyəsi
Darvin öz nəzəriyyəsini meydana çıxararkən o dövrdə məşhur olan müasiri, tanınmış Britaniya iqtisadçısı Tomas Maltusun "Populyasiya prinsipləri haqqında esse" adlı kitabından ilham almışdı. Maltus bu kitabında öz riyazi hesablamalarını göstərmiş, bu hesablamalar əsasında belə nəticəyə gəlmişdi ki, insanların Yer kürəsindəki sayı həddindən artıq çoxdur və insanların bu artımının qarşısı alınmalıdır. Bu iqtisadçının fikrincə, təbii fəlakətlər, müharibələr, aclıq və epidemiyalar labüddür, çünki müəyyən qədər insan ölməlidir ki, bəşəriyyətin digər qismi daha yaxşı yaşaya bilsin. Bəşəriyyətin yaşaması yalnız bu "permanent (fasiləsiz) müharibələrin" baş verməsindən asılıdır.
Daha öncə qeyd etdiyimiz kimi, Maltusun ideyaları XIX əsrdə Avropanın intellektual dairələrində geniş yayılmışdı. Maltusun Avropa həyat tərzinə nəzərən götürülən əhalinin sayı barədəki düşüncələri "Nasistlərin gizli elmi tədqiqatları" adlı məqalədə belə bildirilir:
"XIX əsrin birinci yarısında Avropanın hakim siniflərindən olan nümayəndələr Maltusun kasıblar arasında ölüm hallarının artırılması mövzusundakı məsləhətlərini müzakirə etmək üçün toplandılar: "Kasıblar arasında sanitariya və təmizliyin artırılması əvəzinə biz onların arasında gərək tam əksini yayaq. Şəhərlərdəki küçələri gərək dar düzəldək, evlərdəki fərdlərin sayını sıxlaşdıraq, yoluxucu xəstəliklərin qayıtmasını təmin edək. Şəhərlərdən kənarda, durğun suların yanında və ya bataqlıqlara yaxın yerdə, yaşamağa yararlı olmayan yerlərlə yeni məskənlərin salınmasını təşviq etməliyik" və s.3
Bu amansız və qəddar siyasət nəticəsində zəiflər və yaşamaq uğrunda mübarizədə uduzanlar məhv edilər, əhalinin sürətlə artmasının qarşısı alınardı. "Kasıbların sıxışdırılması" adlandırılan bu siyasət XIX əsrdə İngiltərədə faktiki olaraq həyata keçirilmişdi. Əhalinin kasıb təbəqələrinə tətbiq olunan qayda ilə 8-9 yaşlı uşaqlar kömür mədənlərində gündə 6 saat işləməyə məcbur edilir və minlərlə uşaq həddən artıq çətin yaşayış şəraitinə dözməyərək tələf olurdu. Maltusun beyninin məhsulu olan "yaşamaq uğrunda labüd mübarizə" fikri milyonlarla ingilisin həyatına dəhşətli əzab-əziyyət gətirdi.
Darvin bu ideyalarının təsiri altında daimi münaqişənin bir təbii hadisə olduğunu iddia edən nəzəriyyəsini hazırladı. Bu nəzəriyyəsində o, iddia edirdi ki, yaşamaq uğrunda mübarizədə həmişə ən güclü olan və daha çox uyğunlaşan qalib gəlir. Amma əxlaqi dəyərlər, mənəviyyat, dinlər və inam bu məsələdə Darvinin əsas düşmənləri idi. Çünki bunlar Darvinin "yaşamaq uğrunda mübarizə" ideyasının yayılması qarşısında əsas maneə idilər. Buna görə də yeni "elmi" şüar uydurulmağa başlandı. Darvin bütün savadlı və maarifpərvər insanları Yerin Allah tərəfindən yaradılması kimi "sadəlövh" fikirlərdən əl çəkməyə və müasir "elmi" kəşflərə inanmağa çağırdı.
Cəmiyyətin və fərdlərin şüuruna qəddarlıq, zorakılıq, yaşamaq uğrunda mübarizə aparmağın və zəiflərin məhv edilməsinin lazımlılığı fikrini yeridən bu yanlış ideyaların yayılmasının zərərini bəşəriyyət XX əsrdə dəhşətli şəkildə gördü.
Əgər XIX əsrdə darvinizm ideyaları irqçiliyin bəraətləndirilməsi üçün zəmin rolunu oynayırdısa, XX əsrdə bu ideyalar nasizmin formalaşmasına və yaranmasına şərait yaratdı. Nasizm ideologiyası tamamilə darvinizmin "elmi qanunları"na əsaslanırdı. Adolf Hitler və Alfred Rozenberq tərəfindən hazırlanan proqram xarakterli məqalələrdə ən çox istifadə olunan məfhumlar Darvinin "Növlərin təbii seçmə yolu ilə əmələ gəlməsi" kitabında ifadə etdiyi "təbii seçmə", "irqlər arasında yaşamaq uğrunda mübarizə" konsepsiyaları idi.
Hitlerin "Mənim mübarizəm" ("Mein Kamrf") kitabında da Darvinin ideyaları və ən güclü olanın xilas olması məfhumu əsas ideoloji dayaqlardandır. Hitler bu kitabında irqlər arasındakı mübarizə barədə belə deyir: "Təbiət tərəfindən müəyyən olunmuş irqi iyerarxiyaya əsaslanaraq yeni minillik imperiyada bəşəriyyət bu günədək görünməmiş yüksəkliyə qalxardı".
1933-cü ildə Nasional Sosialist Fəhlə Partiyasının Nürnberq şəhərində keçirilən qurultayında Hitler açıq şəkildə deyirdi:
"...ali ari irq bütün aşağı irqləri özünə tabe etməlidir... Bu, təbiət tərəfindən müəyyən olunmuş qanundur, həyatın yeganə məntiqi qanunu budur".4
Tarixçi R.Hikman faşizmin formalaşmasında darvinizmin təsirini belə izah edir:
"Hitler təkamül nəzəriyyəsinin ardıcılı, tərəfdarı və qatı təbliğatçısı idi. Əgər kitabında açıqca görünən psixoloji sapmalarını və komplekslərini saymasaq, onun "Mənim mübarizəm" əsərində təkamül nəzəriyyəsi dəqiq ifadə və izah edilmişdir. Bu əsərində təbii seçmə, güclü irqlərin yaşamasının, zəif irqlərinsə məhv edilməsinin gərəkliliyi, seçmə yolu ilə ən yaxşının ortaya çıxarılması tezisləri xüsusilə vurğulanmışıdır".5
Darvinizm ideyalarından qidalanan və bu ideyaları canfəşanlıqla təbliğ edən Hitler insanlığı miqyası dəhşətli doğuran müsibətlərə düçar etdi. Bəşər tarixi o günə qədər belə qanlı zülm, kütləvi insan qırğını görməmişdi. Bir çox siyasi və sosial qruplar, xüsusilə yəhudi xalqı Hitlerin "seçməsinə, seleksiyasına" düçar olmuş, minlərlə insan düşərgələrdə öldürülmüş, qəddar işgəncələrə məruz qalmışdır.
Nasist işğalı ilə başlayan II dünya müharibəsi 55 milyon insanın həyatına son qoydu. Amma çox az insan bilir ki, bu dəhşətli faciənin əsas ilkin səbəblərindən biri həvəskar ingilis təbiətşünası Çarlz Darvinin yalan fikirləri olmuşdur.
Qanlı alyans: Darvinizm və kommunizm
Faşistlər sosial darvinizmin sağ qanadını təşkil etdiyi bir vaxtda kommunistlər də onun sol qanadında qərar tutdular.
Kommunistlər həmişə darvinizmin ən sadiq və ən qatı tərəfdarı olmuşlar. Kommunizmlə darvinizmin qarşılıqlı əlaqələrinin yaranma tarixi bu iki cərəyanın baniləri arasındakı şəxsi tanışlıq və əlaqədən başlayır. Kommunizmin baniləri olan Karl Marks və Fridrix Engels Darvinin "Növlərin mənşəyi" kitabının ilk nəşrini oxuyanda heyrətə gəldilər və kommunizm üçün təbiətşünaslıq sahəsində gözəl bir əsas ola biləcəyindən bu kitaba valeh oldular. K.Marks hətta öz "Kapital" əsərinin almanca ilk nəşrini Darvinə həsr etdi və kitabın ilk səhifəsində "Çarlz Darvinə sadiq pərəstişkarından" sözlərini yazdı. Öz növbəsində Engels də özünün "Təbiətin dialektikası" əsərində Darvini çox yüksək qiymətləndirmiş və bu nəzəriyyənin inkişafına öz töhfəsini vermək cəhdi ilə kitabının bir başlığını - "İnsanın meymundan əmələ gəlməsində əməyin rolu" hissəsini buna həsr etmişdi.
Marks və Engelsin davamçıları olan sovet kommunistləri Plexanov, Lenin, Trotski və Stalin də Darvinin təkamül nəzəriyyəsini yekdilliklə, qeyd-şərtsiz qəbul etmişdilər. Rusiya kommunizminin banilərindən sayılan Plexanov marksizmi "Darvinizmin ictimai elmlərə tətbiqi" kimi qiymətləndirirdi.6Lev Trotski deyirdi: "Darvinin kəşfi dialektikanın üzvi materiya sahəsində ən böyük qələbəsidir".7"Darvinist təhsil" kommunist kadrların hazırlanmasında ən mühüm rol oynamışdı. Məsələn, tarixçilər maraqlı bir fakta diqqət çəkirlər. Stalin gənc yaşlarında çox dindar adam idi, lakin Darvinin kitablarını oxuduqdan sonra o, dindən uzaqlaşdı və qatı ateist oldu.8Çində kommunist hakimiyyətini təsis edən və milyonlarla həmvətənini məhv edən Mao Tszedun açıq deyirdi ki, "Çin sosializmi Darvin ideyalarına və təkamül nəzəriyyəsinə əsaslanır".9Harvard Universitetinin (ABŞ) tarixçisi Ceyms Riiv Pusey özünün "Çin və Çarlz Darvin" əsərində darvinizmin Çində kommunizmin yaranmasındakı və Mao Tszedunun siyasətindəki təsirini dərindən araşdırmışdı.10
Bu tarixçi bütün bunlardan sonra belə nəticəyə gəlir: "Təkamül nəzəriyyəsi ilə kommunizm arasında qırılmaz əlaqə var. Canlı həyatın təsadüfən əmələ gəldiyini iddia edən təkamül nəzəriyyəsi bu iddiası ilə bütün ateist ideologiyalar üçün çatışmayan elmi zəmini hazırladı. Kommunizm bir ateist fəlsəfədir. Darvinizm və kommunizm arasındakı qırılmaz əlaqənin səbəbi də elə budur. Bundan başqa, təkamül nəzəriyyəsi həyatın və inkişafın yeganə hərəkətverici amili kimi daimi münaqişə və mübarizəni görür və bununla da kommunizmin fundamental konsepsiyası olan dialektika fikrini təsdiqləyir".
Əgər düşünsək ki kommunistlərin dialektik münaqişə konsepsiyası uğrunda XX əsrdə 120 milyondan çox insan həlak olub, bəlkə onda darvinizmin insanlığa gətirdiyi bəlaları daha aydın təsəvvür edə bilərik.
Darvinizm və terrorizm
Göründüyü kimi, darvinizm XX əsrdə insanlığa saysız bəlalar gətirən azğın və qəddar ideologiyaların elmi təməli olmuşdur. Amma əks fikirlərlə və ona qarşı çıxanlarla mübarizə aparmaq üçün darvinizmin də öz "etik normaları", qaydaları var. Bu "etika" və metodların əsas konsepsiyası "bizdən olmayanlarla" mübarizə aparmaqdır. Bu "etik normanı" başqa cür də izah etmək olar. Dünyada müxtəlif əqidələr, dini baxışlar və fəlsəfi cərəyanlar var. Bu və ya digər dini və fəlsəfi cərəyanın tərəfdarları bir-birinə iki üsul əsasında münasibət göstərə bilərlər:
1. Onlar mövcud fikir və əqidə müxtəlifliyinə hörmətlə yanaşa, digər fikrin tərəfdarı olan insanlarla insani prinsiplər əsasında dialoq qurmağa çalışa bilər.
2. Onlar münaqişə və mübarizə yolunu seçir, öz üstünlüklərini təmin etmək üçün digər əqidə və fikirdə olan insanları məhv etməyə cəhd göstərə bilərlər.
Bizim terrorizm adlandırdığımız vəhşilik bu ikinci yolun təzahüründən başqa bir şey deyil.
Bizim terrorizm adlandırdığımız vəhşilik bu ikinci yolun təzahüründən başqa bir şey deyil.
Darvinizm ideyaları insanların şüurunda çox sürətli bir şəkildə nüfuz etdi. Bəşəriyyətin XX əsr tarixi fərqli şəkildə düşünənlərlə bu cür mənasız, amansız və mərhəmətsiz müharibə və münaqişə nümunələri ilə doludur. Özünün həyat məqsədini terrorizmə və mərhəmətsizliyə bağlayan fərd və qruplar darvinizm ideologiyası haqqında heç bir şey eşitməyə bilərlər, lakin onlar sonda təməli darvinizmdə gizlənən nəzər nöqtəsi ilə razılaşırlar. Bu ideologiyanın ardıcıllarını darvinizmin "dünyada ən güclülər qalib gəlir", "böyük balıq kiçik balığı udur", "müharibə qəhrəmanlıqdır" və "mübarizə inkişafın hərəkətverici qüvvəsidir" şüarlarına inanmağa məcbur edirdilər. Əgər darvinizmi götürsək, yerdə yalnız quru şüarlar qalar.
Həqiqətən də əgər darvinizmi bir kənara qoysaq, mübarizə fəlsəfəsi adında heç nə qalmaz. Yer kürəsi əhalisinin böyük hissəsinin dini olan İslam, xristianlıq və iudaizm hər cür zorakılığı rədd edir, dünyaya harmoniya və sülh gətirir, qəddarlığını və amansızlığın hər cür təzahürünə qarşı çıxır, zülmə və günahsız insanların qətlinə icazə vermir. Qəddarlıq və zorakılıq Allahın insanlara təbliğ etdiyi yaxşılığı və əxlaqı məhv edən amillərdir. Amma darvinizm münaqişəni inkişafın təbii hərəkətverici qüvvəsi, zorakılığı isə Yer kürəsindəki tarazlığın tənzimlənməsini təmin edən labüd bir mexanizm hesab edir.
İslam, xristianlıq və yəhudilik dinləri örtüyü altında öz dəhşətli cinayətlərini törədən terrorçuların əslində dinlə heç bir əlaqəsi yoxdur. Əqidəsi nə olursa olsun, heç bir dindar, mömin insan dünyada ən böyük və dəhşətli günahlardan olan günahsız insanı öldürmək cinayətini qətiyyən törədə bilməz. Bu əməlləri törədənlər dinin müqəddəs şüarlarından istifadə edərək əsl üzlərini gizlədirlər. Terrorçular öz cinayətlərini dini təmizləmək adı və bəhanəsi ilə törətsələr də onlar əslində dinin əxlaqi dəyərlərini yıxmağa çalışan, insanlara darvinizm ideyalarını təlqin etmək istəyən ateistlərdir. XX əsrin ən dəhşətli xəstəliyi olan terrorizmin kökləri davakar və mürtəce ateizmdə gizlənir və tam əksinə olaraq heç bir dini əsasa söykənmir. Ateizmin sinonimi isə "darvinizm və materializmdir".
İslamın həqiqi əxlaqi dəyərləri
Bəzi insanlar İslamın nə olduğunu bilmədən İslam adına hərəkət etdiklərini iddia edirlər. İslama özlərini müsəlman adlandıran bu və ya digər insanların əməllərinə görə qiymət vermək olmaz. Bizə İslamın nə olduğunu göstərən bircə mənbə var - bu mənbə bəşəriyyətə 14 əsr əvvəl Allah tərəfindən göndərilmiş Qurani-Kərimdir.
Qərbdə İslam haqqında mövcud olan bilik və təsəvvürlər əsl İslama, Quran əxlaqına əksər hallarda uyğun gəlmir. Quranda əsl insani dəyərlər olan yüksək əxlaq, mərhəmət, səbr və fədakarlıq tərənnüm olunur. Quranın qanunları əsasında yaşayan müsəlman alicənablıq, səbrlilik və yüksək əxlaq nümunəsidir. O, ətrafındakı insanlara sülh, sevgi, hörmət və həyat eşqi verir.
İslam sülh, xoşbəxtlik, rifah və səadət dinidir
Ərəb dilində İslam sözünün bir mənası da sülhdür. İslam dini insanlığa mərhəmət, sülh və xoşbəxtlik gətirmək məqsədi ilə nazil olmuş dindir. Quranda Uca Allah insanları yüksək insani dəyərlərə - mərhəmət, səbr, şəfqət, sülh və həmrəylik şəraitində yaşamağa çağırır:
Ey iman gətirənlər, hamınız bir yerdə sülhə gəlin, şeytanın yoluyla getməyin, çünki o, sizin açıq düşməninizdir" ("Bəqərə" surəsi, 208).
Quran bizə onu da öyrədir ki, bütün bəşəriyyət yalnız səmimi olaraq bütün qəlbi ilə İslamı qəbul etsə və Allahın qoyduğu qanun və nizamlara uysa, əsl xoşbəxtlik və firavan həyat əldə edə bilər.
Uca Allah zülmü qətiyyətlə pisləyir
Allah insanları sülhə və təhlükəsizliyə çağırır, dinsiz ideologiyalar isə insanları döyüşə, qarşıdurmaya və terrora təşviq edirlər.
Hər şeyə qadir Allah insanlara zülmdən uzaq durmağı əmr edir, yaxınlarına qarşı şəkkaklığı və etibarsızlığı qadağan edir, əxlaqsızlığı, zülmkarlığı, qəddarlığı və nahaq qan axıdılmasını qətiyyətlə pisləyir. Bu əmr və qanunları pozan şəxs Yaradana qarşı cinayət törətmiş və şeytana qulluq etmiş olur. Bunu Quran ayələri də təsdiqləyir. Uca Allah insanları onun iradəsinə qarşı çıxmamağa və zülm etməməyə dəfələrlə çağırır. Buna misal olaraq yalnız bir neçə ayəni göstərək:
"Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirməsini əmr etdiyi şeyləri qıranlar, yer üzündə fitnə-fəsad salanlar isə lənətə düçar olacaqlar. Onları axirətin pis aqibəti gözləyir" ("Rəd" surəsi, 25).
"Allahın sənə verdiyindən özünə axirət qazan. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi sən də yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz" ("Qəsas" surəsi, 77).
Allah insana zərər verə biləcək hər şeyi qadağan etmişdir. Terrorizm və zülmkarlıq Allaha qarşı işlənmiş ən böyük cinayətlərdəndir. Həqiqi müsəlman dünyaya sülh və harmoniya gətirir və dünyanın yaxşılaşmasına xidmət edir.
İslam dözümlülüyün və söz azadlığının tərəfindədir
İslam yaşamaq, söz və iradə azadlığını qoruyan bir dindir. Bu din bütün münaqişə və ziddiyyətləri qətiyyətlə pisləyir, əxlaqsızlığı, alçaqlığı, rəzaləti və ya insanların bir-birinə münasibətində qeybəti və dedi-qodunu rədd edir.
İslam terroru və zorakılığı nəinki qadağan edir, o, hətta az miqdarda təzyiqə və insanın fikrini başqa birisinə məcburən qəbul etdirməyə belə mənfi münasibət bəsləyir:
"Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq azğınlıqdan fərqlənir. Hər kəs şeytanı inkar edib Allaha iman gətirərsə, o, artıq ən möhkəm bir işdən yapışmış olur. Allah eşidən və biləndir" ("Bəqərə" surəsi, 256).
"Sən ancaq öyüd verənsən. Sən onların üzərində hakim deyilsən! ("Ğaşiyə" surəsi, 21-22).
Dini zorla qəbul etdirmək İslamın prinsiplərinə ziddir, çünki həqiqi iman yalnız könüllü şəkildə və vicdan azadlığı əsasında əldə edilir. Əlbəttə, müsəlmanlar bir-birini Quran əxlaqı ilə yaşamağa çağıra bilər, amma müsəlman heç bir zaman öz dinini başqalarına məcburən qəbul etdirməz. Hər bir insanın Allahın qanunlarına uyğun şəkildə və ya öz istədiyi kimi yaşamaq arasında seçim etmək hüququ var.
Gəlin bir anlığa özümüzə elə bir dünyanı təsəvvür edək ki, orada insanları dini əxlaq qanunları ilə yaşamağa məcbur edirlər. Belə tənzimlənmiş cəmiyyət də İslama ziddir, çünki iman və Allaha itaət yalnız səmimi olaraq Allah üçün işləndiyi vaxt qiymət qazanır. İslam qorxu səbəbi ilə olan inancı rədd edir. Həqiqi İslam yalnız söz azadlağı və hürriyyət olan yerdə mövcud ola bilər.
Allah günahsız insanların öldürülməsini qadağan edir
Qurana görə, günahsız insanların öldürülməsi ən böyük günahlar arasındadır:
"...Yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz onlara açıq möcüzələrlə gəlmişdilər. Bundan sonra da onların bir çoxu yer üzündə həddi aşdılar" ("Maidə" surəsi, 32)
"Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməz, zina etməzlər. Hər kəs bunu etsə, cəzasını çəkər" ("Furqan" surəsi, 68).
"Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməz, zina etməzlər. Hər kəs bunu etsə, cəzasını çəkər" ("Furqan" surəsi, 68).
Müqəddəs yazılarda da deyildiyi kimi, günahsız insanı öldürən şəxsi cəza gözləyir. Bir insan canına qıymaq bütün insanlığı öldürməkdən heç də yüngül günah deyil. Allahın qanunlarına əsaslanan həqiqi möminlər öz yaxınlarına zərər vurmurlar. İslam dininə xidmət etmək bəhanəsi ilə özlərinə bəraət qazandıranları isə Allahın cəzası gözləyir. Bizim hər birimiz öləndən sonra etdiyimiz əməllərə görə Allah qarşısında cavab verəcəyik.
Allah insanları mərhəmətə və şəfqətə çağırır
Bu ayədə əsl müsəlmanın əxlaqi keyfiyyətləri belə təsvir olunur:
"...Sonra da iman gətirən və bir-birinə səbr və mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır. Onlar əməl dəftərləri sağ əllərinə verilənlərdir" ("Bələd" surəsi, 17-18).
İnsanların bir-birini mərhəmət və şəfqətə çağırması Allahın ən mühüm əmrlərindəndir. Allahın rəhməti və mərhəməti digər insanlara qarşı mərhəmət və şəfqət duyanlaradır. Qurandan da aydın olduğu kimi, İslam müasir, mütərəqqi və maarifpərvər dindir. Əsl müsəlman öz ölkəsinin həyatında aktiv iştirak edir, ətrafındakı insanlara qarşı mülayim, xeyirxah, savadlı və vicdanlıdır.
Quran əxlaqı ilə tərbiyələnmiş savadlı müsəlman insanlara yalnız sevgi və sülh gətirə bilər, o, hətta öz ideyasından fərqli olan digər ideyalara da hörmətlə yanaşır, incəsənətə və mədəniyyətə qiymət verir. Bütün münaqişəli vəziyyətlərdə o, hər zaman vasitəçi və sülhyaradıcı kimi çıxış edir. Düşünün, əgər hər bir müsəlman öz qəlbində yuxarıda sadalananlara uyğun olduğunu deyə bilsə, onun yaşadığı cəmiyyət ən inkişaf etmiş, sakit və firavan cəmiyyət olar.
Allah mərhəmətə və dözümlülüyə çağırır
"Əraf" surəsində Allah belə buyurur:
"Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər" ("Əraf" surəsi, 199).
Qurani-Kərim mərhəməti və dözümlülüyü İslamın ən mühüm şərtlərindən biri kimi vurğulayır.
Tarix göstərir ki, əsl müsəlmanlar özlərinin ictimai həyatında bu əmrə həmişə riayət edirlər. İslamın hakim və dövlət dini olduğu yerlərdə digər din və düşüncələrin nümayəndələri özlərini əmin-amanlıqda hiss etmiş, öz mədəniyyətini, etnik özgürlüyünü və dilini qoruyub saxlamaq üçün münbit zəmin əldə etmişlər. Buna misal olaraq Osmanlı imperiyası göstərilə bilər. Bu dövlətin Kiçik Asiyanın və Yaxın Şərqin böyük hissəsində, həmçinin Avropanın bir çox ölkələrində 700 illik hökmranlığı belə dözümlülük və bu dövlətdə yaşayan xalqlara və mədəniyyətlərə göstərilən yüksək münasibət sayəsində mümkün olmuşdur. Müsəlmanlar bəşəriyyətə xeyirxahlıq, sülh, mərhəmət və dözümlülük gətirmişlər.
Quranın müsəlmanlara öyrətdiyi bu böyük mərhəmət və dözümlülük bütün insanlığa sülh və əmin-amanlıq gətirə bilər. Quranda məhz belə bir dözümlülüyə çağırılır:
"Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et. Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən" ("Fussilət" surəsi, 34).
Nəticə
Yuxarıda sadalananlardan bu nəticəyə gəlmək olar ki, İslamın öyrtədiyi əxlaq sülh, əmin-amanlıq və ədalətdir. Bu gün dünyada "İslam terrorizmi" adlandırılan vəhşiliyin İslamla və Quranla heç bir əlaqəsi yoxdur. Bu, din adından istifadə edən və ona ləkə yaxan cinayətkarların əməlləridir. Bizim borcumuz insanlar arasında İslam adı altında ədavət yayan bu cinayətkarları cəzalandırmaqdır.
Quranda əxlaq prinsiplərini öyrədən İslam heç bir zaman zorakılığa və terrora çağıra bilməz, əksinə, İslam bəşəriyyəti bu bəladan qurtarmağı əmr edir
Hiç yorum yok:
Yorum Gönder