18 Mart 2016 Cuma

Həyatın Yerdə Yaradılması Həqiqəti

Həyatın Yerdə Yaradılması Həqiqəti

Əvvəlki fəsillərdə biz həyatın İlahi tərəfindən yaradılmasını inkar edən təkamül nəzəriyyəsinin elmi dəlillər qarşısında necə yöndəmsiz bir vəziyyətdə qalmasını araşdırdıq.
Müasir elm özünün paleontologiya, biokimya, anatomiya kimi sahələri vasitəsilə şübhəsiz bir həqiqəti - bütün canlıların Allah tərəfindən yaradılması həqiqətini açıqladı. Bu həqiqəti başa düşmək üçün biokimyəvi analizlərin və geoloji qazıntıların nəticəsi prinsipcə heç də vacib deyil. İnsanın nəzəri hara yönəlirsə yönəlsin və nəyi tədqiq edirsə etsin, onu əhatə edən bütün canlılar Ali Şüurun mövcudluğunun təsdiqidir. Hər bir həşərat və ya dənizin dibindəki kiçik balıqlar insan şüurunun dərk edə bilmədiyi dizayna və texnologiyaya malikdir.
Bəzi canlı orqanizmlər şüurlu olmadıqları halda hansısa bir çətin işi o qədər mükəmməl edirlər ki, onu hətta insan da edə bilməz. Hər şeyi əhatə edən bu nizam bütün təbiətdə hökmranlıq edir və Yaradanın - Allahın varlığının sübutudur. Sonrakı səhifələrdə biz Yaradanın varlığını təsdiqləyən yüz minlərlə nümunədən bir neçəsini araşdıracağıq.

Bal arıları və memarlıq möcüzəsi - arı şanları

arı, çiçək
Məlumdur ki, bal arıları özlərinə lazım olan miqdardan artıq bal yığır və onları şanlarda saxlayırlar. Altıbucaqlı şanlar hamıya yaxşı məlumdur. Siz heç fikirləşmisinizmi ki, arı şanlarının dəlikləri nəyə görə 8 bucaq və ya 5 bucaq deyil, məhz 6 bucaqdır?
Bu suala cavab axtaran riyaziyyatcılar çox maraqlı bir nəticəyə gəliblər: "Altıbucaqlı sahə vahidinin maksimal istifadəsi üçün ən ideal həndəsi formadır". Altıbucaqlı dəlik maksimal miqdarda bal tutur və eyni zamanda onun qurulması üçün minimal miqdarda mum tələb olunur. Yəni bal arısı bütün mümkün formalardan ən sərfəlisini seçir.
arı, petek
Şanların tikintisində istifadə olunan üsul da çox qəribədir: bal arıları şanları eyni zamanda 2-3 müxtəlif nöqtədən tikməyə başlayır və onları 2-3 cərgə qaldırırlar. Beləliklə, böyük arı dəstəsi müxtəlif nöqtələrdən başlayaraq eyni ölçülərdə altıbucaqlar düzəldərək ilk öncə ucaldılan bu iki cərgəni birləşdirir və onlar işin yekununda ortada görüşürlər... Altıbucaqlar o qədər peşəkarcasına və böyük ustalıqla birləşdirilir ki, kənardan şanların birləşməsinin izlərini görmək mümkün olmur.
Arılar tərəfindən görülən bu qeyri-adi iş bizi arılara rəhbərlik edən Yüksək İradənin varlığı ilə razılaşmağa vadar edir. Təkamülçülər bunu "instinkt" (daxili cəhd) adlandırır, beləliklə, bu xüsusiyyəti arıların öz ayağına yazırlar. Bununla belə, əgər bir-birinin mövcudluğuna şübhə etməyən arılara təsir edən və onları birləşdirən "canatma" varsa da bu kiçik məxluqlar üzərində hökmranlıq edən Ali Şüur da məhz budur. Daha aydın desək, bu kiçik canlı məxluqları Yaradan Allah onları bu işə sövq edir. İnsanlar üçün isə bu həqiqət 14 əsr bundan əvvəl Quranda bildirilmişdir:
"Rəbbin bal arısına belə vəhy etdi: "Dağlarda, ağaclarda və (insanların) qurduğu yerlərdə özünə yuva tik; sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat, asanlıqla get! O arıların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!" ("Nəhl" surəsi, 68-69).

Peşəkar mühəndislər - termitlər

termit, termit evləri
Heç kim termitlər koloniyasının yerdə tikdiyi yuvaların yanında dayanıb ona yaxından və diqqətlə baxmamış keçə bilməz. Çünki termitlərin yuvası hündürlüyü 5-6 metrə çatan memarlıq möcüzəsidir. Termitlərin bədən quruluşunun xüsusiyyətləri onlara günəş altında olmağa imkan vermir və buna görə də bu yuvalar özlərində termitlərin bütün ehtiyaclarını ödəyən müxtəlif mürəkkəb sistemləri birləşdirir. Ventilyasiya sistemi, kanallar, sürfələr üçün otaqlar, keçid yolları, xüsusi göbələklərin yetişdirilməsi üçün bağlar, ehtiyat çıxışlar, soyuqda və istidə istifadə olunan otaqlar, bir sözlə, həyat üçün lazım olan hər şey. Lakin hər şeydən təəccüblüsü odur ki, bu yuvaları tikən termitlər tamamilə kordur.155
Amma buna baxmayaraq termitlər öz ölçülərindən təxminən 300 dəfə böyük olan tikintiləri uğurla ucaldırlar.
Daha bir məsələ heyrətamiz və şaşırdıcıdır: əgər termitlərin yuvasını tikintinin başlanğıc mərhələsində iki yerə bölsək və bir neçə vaxtdan sonra yenidən bu iki hissəni birləşdirsək, onda görərik ki, bütün detallar bir-biri ilə tamamilə ideal səviyyədə uyğun gəlir. Elə təəssürat yaranır ki, bir-birindən ayrı işləyən termitlər bir yerdən əmr alaraq öz işlərini yerinə yetirirlər.

Ağacdələnlər

ağacdələn, gözəl quşlar
Hamıya məlumdur ki, ağacdələnlər dimdikləri ilə ağacları deşir və bu yolla özlərinə yuva qururlar. Amma yəqin ki, heç kim fikirləşməyib ki, bu güclü zərbələr nəticəsində ağacdələnlərin beyninə nəyə görə qansızma baş vermir. Ağacdələnin işini mismar vurmaqla müqayisə etmək olar, amma çəkicin yerinə insanın başını təsəvvür etməliyik. Əgər insan bunu etməyə cəhd göstərsə, onda birinci növbədə beyin silkələnməsi, sonra isə beyinə qansızma baş verər. Bununla belə, ağaca 2,10-2,29 saniyə arasında 38-43 zərbə vuran ağacdələnlə buna bənzər heç nə baş vermir. Çünki ağacdələnin başının quruluşu onun yerinə yetirdiyi işə uyğun qurulub. Onun kəllə sümüklərinin arasında xüsusi yumşaldıcı toxuma var. Bu toxuma zərbələrin sərtliyini udur və yumşaldaraq "amortizasiya" sistemi rolunu oynayır.156

Yarasaların lokasiya sistemi

yarasa, sonar sistem
Yarasalar zülmət qaranlıqda uça bilirlər və bunun üçün onlarda istiqaməti müəyyənləşdirməyə kömək edən olduqca maraqlı bir sistem var. Biz bu sistemi lokasiya, yəni səs dalğalarının əks-sədalarının köməyi ilə ətrafdakı əşyaların formalarının müəyyənləşdirilməsi adlandırırıq.
Gənc bir adam saniyədə 20.000 tezliyi olan titrəmələri çətinliklə seçə bilir, halbuki xüsusi hazırlanmış "lokasiya sistemli" yarasa saniyədə 50.000-dən 200.000 tezlikli olan səs titrəmələrindən istifadə edir.
O, hər saniyədə 20 və ya 30 dəfə bu siqnalları müxtəlif istiqamətlərə göndərir. Hər siqnalın əks-sədasından alınan siqnal o qədər həssasdır ki, yarasa nəinki maneənin mövqesini, eyni zamanda sürətlə uçan ovun yerini də müəyyənləşdirir.157

Balinalar

balina, böyük balıqlar
Məməlilər havaya daimi ehtiyac duyur və buna görə də su onlar üçün o qədər də uyğun yer sayılmır. Amma su məməlisi olan balinada bu problem həll olunmuşdur. Belə ki, balina quruda yaşayan bir çox heyvanlardan daha mükəmməl tənəffüs sisteminə malikdir.
Balina istifadə etdiyi havanın 90 faizini birdəfəyə havaya buraxa bilir. Buna görə də balinanın havaya ehtiyacı daha azdır. Bununla yanaşı balinanın əzələlərində oksigenin yığılmasını təmin edən "mioqlobin" adlanan maddə var. Məsələn, "gin-back" balinası bu sistemin köməyi ilə 500 metr dərinliyə baş vurur və orada 40 dəqiqə nəfəs almadan qalır.158 Quruda yaşayan məməlilərin əksinə olaraq balinanın burun pərləri daha rahat tənəffüsü təmin etmək üçün kürəyində yerləşir.

Ağcaqanadların quruluşu

iti ağcaqanad, möcüzə
Bizim nəzərimizdə ağcaqanadlar həmişə uçur. Amma əslində ağcaqanadlar öz inkişaf prosesinin müəyyən mərhələsini su altında keçirir və sudan mükəmməl bir quruluşa malik bir şəkildə, quruda yaşaya bilmək üçün lazım olan bütün orqanlara sahib olaraq çıxırlar. Ağcaqanad öz şikarının yerini müəyyən edə bilən xüsusi həssas lamisə qabiliyyətinə malik "cihazlarla" təchiz olunmuş halda uçmağa başlayır. Bu xüsusiyyətlə o, istilik, qaz, rütubət və iy dalğalarını tuta bilən hərbi təyyarəyə bənzəyir. Bununla yanaşı, ağcaqanad zülmət qaranlıqda hərarətə müvafiq görmə qabiliyyətinə malikdir ki, bu da ona öz şikarının yerini müəyyən etməyə imkan verir.
Ağcaqanadların qansorma prosesi insan ağlının çox çətinliklə qavraya biləcəyi dərəcədə kompleks bir şəkildədir. "Altı bıçaqdan" ibarət olan deşmə sistemi dərini mişar kimi kəsərək orada deşik açır. Bu proses zamanı yerli
keyləşdirici xüsusiyyətə malik maye ifraz olunur. Bu keyləşdirici nəticəsində insan öz bədənindən qan sorulmasını hiss etmir. İfraz olunan bu maddə eyni zamanda qanın laxtalanmasının qarşısını alır və beləliklə də qansorma prosesi davam edir.
Əgər bu sistemin elementlərindən hər hansı biri əskik olarsa, ağcaqanadlar qanla qidalana və yaşaya bilməzdilər. Belə kiçik bir canlı orqanizm özünün qeyri-adi quruluşa malik olması ilə Yaradanın varlığını sübut edir. Allah-Təala düşünən insanlar üçün ağcaqanadı belə nümunə gətirir:
"Əlbəttə, Allah ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdə çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər".
Kafirlər isə: "Allah bu məsələ ilə nə demək istəyir?" deyirlər. "Allah bununla bir çoxlarını zəlalətə salır, bir çoxlarını doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir" ("Bəqərə" surəsi, 26).
Quranın digər surəsində Allah insanlara belə müraciət edir:
"Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allahdan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər - lap hamısı bunun üçün bir yerə yığışsa belə. Əgər milçək onlardan bir şey aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də!" ("Həcc" surəsi, 73).

İtigözlü yırtıcı quşlar

qartal, qartal gözləri
Yırtıcı quşların gözünün iti görməsi onların öz ovlarını uzaq məsafədən görməsinə şərait yaradır. Bunun sayəsində isə onlar birbaşa hücum zamanı məsafəni çox dəqiq təyin edə bilirlər. Bununla yanaşı, onların böyük gözləri çoxlu sayda hüceyrələrlə zəngindir, bu isə onların görmə qabiliyyətini artırır. Yırtıcı quşun gözü 1 milyondan çox görmə hüceyrəsindən ibarətdir.
Buna görə də bir neçə min metr yüksəklikdə uçan qartallar yer üzərində olanları seyr edə bilirlər. Hədəfi dəqiqliklə müəyyən edən müasir hərbi təyyarələr kimi qartallar da öz şikarlarının rəngini və hərəkətlərini dəqiqliklə izləyərək ovu müəyyən edirlər. Qartalın gözü 300 dərəcə radiusda olanları izləməyə şərait yaradır və təsviri 6 dəfədən 8 dəfəyə qədər böyüdə bilir.
Qartal 4500 metr hündürlükdə uçduğu zaman öz baxışı ilə 30 min hektar əraziyə nəzarət edə bilər. 1500 metr yüksəklikdə uçduğu zaman isə çöllükdə otların arasında gizlənən dovşanı görə bilər.
Aydındır ki, qartalın qeyri-adi göz quruluşu xüsusi olaraq onun üçün yaradılmışdır.

Heyvanlarda qış yuxusu

Qış yuxusuna gedən heyvanların bədəninin hərarəti ətraf mühitin temperaturu həddinə qədər düşdüyü zaman onların orqanizminin həyat fəaliyyəti dayanmır. Onlar buna necə nail olurlar?
Məməlilər istiqanlıdır, yəni normal şəraitdə daimi bədən temperaturuna malikdirlər. Orqanizmin təbii termostatı bu hərarəti müntəzəm şəkildə tənzimləyir. Ancaq bəzi kiçik məməlilərin bədəninin hərarəti qış yuxusu zamanı dəyişir və donma nöqtəsindən bir az yuxarıda olur (bədənin normal hərarəti 40 dərəcədir). Tənəffüs və metabolizm (maddələr mübadiləsi) zəifləyir, ürəyin döyüntüləri 1 dəqiqədə 200-dən 7-10 dəfəyə düşür, təbii reflekslər dayanır, beyinin elektrik fəaliyyəti azalır. Hərəkətsizliyin qorxusu odur ki, hüceyrələr dona və buz kristalları onları zədələyə bilər. Ancaq orqanizmin xüsusi quruluşu sayəsində heyvanlar qış yuxusu zamanı bu çətinliklərdən qorunurlar. Qış yuxusuna gedən heyvanların orqanizmindəki maye yüksək molekulyar çəkisi olan kimyəvi elementlərə bürünür. Buna görə də donma nöqtəsi düşür və donmanın qarşısı alınmış olur.159

Elektrikli balıqlar

Balıqların bəzi növləri, məsələn, çay angvilləri və dəniz pişiyi (tikan quyruq) onlar tərəfindən əldə edilən enerjidən öz düşmənlərindən qorunmaq və öz ovlarını zərərsizləşdirmək üçün istifadə edir. İnsan da daxil olmaqla hər bir canlının bədənində az bir miqdarda elektrik enerjisi var. Amma insan bu elektrik enerjisini yönəldə və onu öz xeyrinə olmaq şərtilə idarə edə bilmir. Yuxarıda adı çəkilən balıqlar özlərində 500-600 volt elektrik enerjisi saxlayır və bundan öz düşmənlərinə qarşı istifadə edə bilirlər. Bundan başqa, elektrik enerjisi onlara mənfi təsir etmir.
Özünümüdafiə üçün sərf olunan enerji bir neçə müddət sonra enerji yığan batareya kimi yenidən dolur və yenidən istifadəyə hazır yeni elektrik gücü əmələ gəlir. Balıqlar bu elektrik enerjisindən yalnız özlərini müdafiə etmək üçün istifadə etmirlər. Bu enerji istiqamətin müəyyən edilməsində və görünməyən obyektin hiss olunmasında böyük rol oynayır.
Balıqlar elektrik enerjisindən həmçinin siqnal vermək üçün istifadə edirlər. Hər hansı bir maneəyə rast gəldiyi zaman bu elektrik siqnalları dəyişir və geri əks olunurlar. Bu dəyişikliklər balığa qarşıdakı məsafə və əşyanın böyüklüyü haqqında məlumat verir.160

Xüsusi donma sistemi

Donmuş qurbağa heç bir həyat əlaməti olmayan qeyri-adi bioloji strukturdur. Ürək döyüntüləri, tənəffüs, qan dövranı tamamilə dayanmışdır. Ancaq həmin qurbağa istilərin düşməsi ilə sanki yuxudan ayılmış kimi yenidən normal həyata qayıdır.
Donmuş canlı bir çox ölüm təhlükələri ilə üz-üzə qalır. Amma qurbağa üçün belə təhlükə yoxdur. Bu halda qurbağanın orqanizmində həddindən artıq qlükoza istehsal olunur. Qurbağanın qanında şəkərin dərəcəsi şəkər xəstələrində olduğu qədər yüksəlir. Bəzən bu dərəcə 550 mmol/l qədər yüksəlir (qurbağa üçün normal dərəcə 1-5, insanlar üçün isə 4-5 mmol/l-dir).
Normal şəraitdə qlükozanın bu dərəcəyə yüksəlməsi böyük çətinliklər törədir. Qlükoznın dərəcəsi hüceyrələrdə mayenin saxlanmasına imkan yaradır və hüceyrələrin qırışmasının qarşısını alır. Qurbağanın hüceyrəsinin üst qatı qlükozanı qəbul edəcək hala gəlir və beləliklə, o, asanlıqla hüceyrəyə daxil olur. Qurbağanın orqanizmində böyük miqdarda qlükozanın olması donma nöqtəsi temperaturunu aşağı salır və buna görə də daxili mayenin yalnız az bir hissəsi donur. Tədqiqatçılar müəyyən ediblər ki, qlükoza hətta donmuş hüceyrəni də qidalandıra bilər. Qlükoza təbii yanacaq sayılır və maddələr mübadiləsinin bir çox reaksiyasını, məsələn, sidik cövhərinin sintezini dayandırır. Bunun nəticəsində hüceyrə qidalanmasının müxtəlif qaynaqlarının tez tükənməsinin qarşısı alınır.
Görəsən, qurbağanın orqanizmində bu qədər qlükoza necə əmələ gələ bilər? Cavab çox maraqlıdır. Heyvan oraqnizmində bu işi yerinə yetirən sistem var. Dərinin üzərində buzlaşma aşkar edildiyi zaman bu məlumat qara ciyərə ötürülür və bu orqandakı qlikogenin bir hissəsi qlükozaya çevrilir. Qara ciyərə daxil olan bu informasiyanın mahiyyəti indiyədək müəyyən edilməmişdir. Siqnalın daxil olmasından 5 dəqiqə sonra qanda şəkərin miqdarı sürətlə artmağa başlayır.161 Və əlbəttə ki, lazım olan vaxtda maddələr mübadiləsini və digər həyati vacib prosesləri təmin edən belə bir sistemin mövcud olması mükəmməl Yaradanın, ali və hər şeyi bilən Zəka Sahibinin varlığına dəlalət edir. Heç bir təsadüf belə bir ideal və kompleksli sistem yarada bilməz.
Hörümçək Toru
dinopis, hörümçək
Dinopis hörümçəyi mahir ovçu istedadına malikdir. Dinopsis özünə böyük bir tor hörüb öz ovunu qıraqdan sakitcə gözləmək əvəzinə kiçik, lakin çox möhkəm bir tor hörür. Hörümçək öz ovunu görən kimi bu toru onun üzərinə atır və sonra onu yaxşıca bürüyür. Tutduğu həşəratın heç bir xilas olmaq şansı yoxdur. Bu tor o qədər mükəmməl tələdir ki, həşərat nə qədər azad olmağa çalışırsa, tora bir o qədər də çox sarılır. Hörümçək isə öz ovunu əldən qaçırmamaq üçün onu "qablaşdırırmış" kimi yeni iplərə bürüyür. Görəsən, hörümçək mexaniki və kimyəvi xüsusiyyətlərinə görə bu qədər mükəmməl toru hörməyə necə nail olmuşdur? Təkamülçülərin iddia etdiyi kimi, hörümçək bunu təsadüfi öyrənə və öz-özünə tapa bilməz. Çünki hörümçək yadda saxlamaq, öyrənmək kimi bacarıqlara malik deyil və bunu həyata keçirəcək beyni yoxdur. Təbii ki, bu xüsusiyyət və bacarıq hörümçəyə hər şeyi Yaradan Allah-Təala tərəfindən verilmişdir.
hörümçək, şəbəkə
Hörümçək toru öz-özlüyündə bir möcüzədir. Hörümçək torunun iplərinin diametri 1 millimetrin 1000-də 1-i ölçüsündədir, amma o, analoji qalınlıqdakı polad teldən 5 dəfə davamlıdır. Bu ipin başqa xüsusiyyəti isə onun həddindən artıq yüngül olmasıdır. Əgər bütün Yer kürəsini bu iplə dolasaq, onun ümumi çəkisi ancaq 320 qram olar. Polad insan tərəfindən ixtira edilən və sənaye üsulu ilə istehsal olunan ən möhkəm materiallardan biridir. Ancaq hörümçək öz orqanizmində bundan daha möhkəm material hazırlaya bilir. İnsan polad istehsal edərkən əsrlərlə yığılan bilik və texnologiyadan istifadə edib. Bəs görəsən hörümçək torun hazırlanmasında hansı bilik və texnologiyadan istifadə edir? Açıq-aydındır ki, insanın texnoloji və texniki imkanları hətta kiçik bir hörümçəyin imkanlarından geri qalır.(*) .

(*) "Structure and Properties of Spider Silk", Endeavour, Ocak 1986, sayı 10, s. 42.

Albatroslar

albatros, immiqrant quşlar
Köçəri quşlar fərqli "uçuş texnikası"ndan istifadə edərək uçuş zamanı enerji itkisini minimum dərəcəyə endirirlər. Belə bir uçuş tərzinə albatroslarda (fırtına quşları) da rast gəlmək olar. Ömrünün 92 faizini dənizdə keçirən bu quşun qanadlarının açılmış halda uzunluğu 3,5 metrə çatır. Albatrosların fərqli xüsusiyyəti onların uçuş tərzi ilə bağlıdır. Onlar qanad çalmadan saatlarla süzə bilir və küləkdən istifadə edərək havada sürüşürlər.
3,5 metrlik qanadları tərpətmədən saxlamaq üçün çox böyük qüvvə lazımdır. Amma albatroslar saatlarla bir vəziyyətdə qala bilirlər. Bu, onlarda doğuluşdan mövcud olan xüsusi anatomik sistem sayəsində həyata keçirilir. Albatrosların qanadları uçuş zamanı bloklanır və buna görə də əzələ gücü sərf olunmur. Qanadlar əzələ qatı sayəsində havada durur və bu, uçuş zamanı böyük asanlıq yaradır. Bu mürəkkəb sistem enerji sərfini azaldır. Belə ki, albatroslar qanadlarını saxlamaq və ya qanad çalmaq üçün böyük güc sərf etmirlər. Küləyin sayəsində onlar enerji sərf etmədən saatlarla uçurlar. Məsələn, 10 kiloqramlıq albatros gündə 100 km məsafəyə uçmasına baxmayaraq öz çəkisinin sadəcə 1 faizini itirir. Bu isə ən aşağı göstəricidir. Bu mükəmməl uçuş texnikasından istifadə etmək üçün insanlar albatroslardan nümunə götürərək planerlər (motorsuz uçan qurğu) ixtira etmişlər.162

Görmə sistemi

balıq, dənizaltı
Ov ovlamaq və özünü müdafiə üçün görmə qabiliyyəti dəniz heyvanlarına çox vacibdir. Buna görə də dənizin dibində yaşayan bir çox canlı məxluq dəniz şəraitinə uyğun ideal göz strukturuna malikdir.
Su altında 30 metr dərinlikdən sonra görmə pisləşir, amma belə bir dərinlikdə yaşayan canlı məxluqların gözləri bu şərtlərə uyğunlaşmışdır. Quruda yaşayan heyvanlardan fərqli olaraq dəniz canlıları dairəvi göz linzalarına malikdir. Quruda yaşayan heyvanların iki tərəfi qabarıq enli linzaları ilə müqayisədə belə dairəvi forma sualtı şərtlərə daha uyğundur və yaxın obyektləri görmək üçün qurulmuşdur. Uzağı görmək istəyi olduğu zaman xüsusi əzələ mexanizminin köməyi ilə bütün linza sistemi arxaya gedir.
Balıqlarda dairəvi linzaların mövcudluğunun səbəblərindən biri də suda işığın sınmasıdır. Belə ki, mayesinin qatılığına bərabər olduğu üçün ətraf əşyaların təsvirləri əks etdiyi zaman sınma baş vermir. Bunun nəticəsində linza əşyanın təsvirini gözün tor qişasında cəmləşdirir və insandan fərqli olaraq balıq suda aydın görür.
Səkkizayaqlı ilbiz kimi bəzi heyvanların gözləri dərinlik üçün yetərincə böyükdür, dərinlikdə işıq az miqdardadır. Böyük gözlü balıqlar 300 m dərinlikdən aşağıda yaşayan orqanizmlərin işıqlarını tutmaq məcburiyyətindədir. Xüsusilə də onlar suya daxil olan yüngül mavi rəngə qarşı həssas olmalıdır. Bu səbəbdən gözün tor qişasında çox miqdarda həssas mavi hüceyrələr var.
Bu misallardan da göründüyü kimi, hər bir canlı varlığın bütün ehtiyaclarını yerinə yetirən müxtəlif göz növləri var. Bu fakt da onların tələb olunan formada Hər Şeyi Bilən, Ali və Hamıdan Güclü Olan Yaradan tərəfindən yaradıldığını sübut edir.
Heyvanların Ağıllı Quruluşu: Kamuflyaj
ilan kamuflyaj, tırtıl kamuflyaj
Sağda, fərq edilməmək üçün gövdəsini yarpağın tam ortasına yerləşdirmiş bir tırtıl, solda isə yarpaqların arasında dayanaraq özünü gizlədən bir ilan görülür.
kamuflyaj
Heyvanlara mövcudluqlarını davam etdirmələri üçün verilən xüsusiyyətlərdən biri də maskalanma sənəti, yəni "kamuflyaj"dır. Heyvanlar iki səbəbə görə maskalanma ehtiyacını hiss edirlər: ov ovlamaq və özünü hücumdan qorumaq üçün. Ov və müdafiə vasitələrindən ən vacib fərqləndirici əlaməti yüksək aktyorluq bacarığı və düşmənin psixologiyasını incəlikləri ilə bilmək, harmoniya və estetika hissidir. Kamuflyaj texnikaları heyvanlarda çox fərqlidir. Məsələn, yarpaqların arasında və ya ağacın qabığında gizlənmiş həşəratı həqiqi yarpaqdan və ağac gövdəsindən ayırmaq qeyri-mümkündür. Bitkilərin şirəsi ilə qidalanan mənənə (bitki biti) bitkinin budağında möhkəmlənərək tikan formasını alır. Bu metod quşlardan müdafiə olunmaq üçündür, belə ki, mənənənin qatı düşmənlərindən olan quşlar tikanlı bitkilərə qonmurlar.

Məcburi köç

somon balığı, somon köç
Sakit okeanda yaşayan somğanın xüsusiyyətlərindən biri də odur ki, o, kürü tökmək üçün çıxdığı çaya geri dönür. Ömrünün bir çox hissəsini dənizdə keçirən bu balıq şirin suya kürü tökmək üçün gəlir.
Yayın əvvəllərində somğa yolunu başladığı zaman al qırmızı rəngdə olur. Səyahətin sonuda isə onun rəngi qaraya dəyişir. Köçə başladığı zaman o, əvvəlcə sahilə yaxınlaşır, sonra isə çaya yetişməyə çalışır. Bütün maneələrə baxmayaraq onlar doğma diyara yetişməyə can atırlar. Lazım gələndə çayın axınına tərs istiqamətdə də üzürlər, bu zaman isə onlar şəlalələri, bəndləri aşıb kürüdən çıxdıqları yerə çatırlar. 3500-4000 km-lik yolun sonunda dişi somğalarda kürü, erkək somğalarda isə spermatozoidlər əmələ gəlir. Dişi somğalar doğma yerlərə birinci çatır və təqribən 3-5 min kürü dənələri buraxır, erkək somğalar isə onları mayalandırırlar. Köçün sonunda və kürü tökəndən sonra balıqlar yorulur. Dişi somğalar zəifləyir, quyruqlarının üzgəçləri yeyilir, dəri isə qara rəng almağa başlayır. Erkək somğalarda da eyni proses baş verir. Bir neçə vaxtdan sonra çay ölü balıqlarla dolu olur. Amma kürü dənələrindən onların keçdiyi eyni yolu keçəcək yeni nəsil əmələ gəlir.
Görəsən, somğalar dənizə gedən bu yolu necə keçir, yolu necə müəyyən edirlər? Bunlar cavab gözləyən suallardır. Bu mövzuya dair bir çox təxminlər var, amma dəqiq cavab hələ də yoxdur. Görəsən, hansı qüvvə balıqları idarə edərək geriyə, doğma yerlərə göndərir? Onları idarə və sövq edən hamıdan uca Yaradanın varlığı açıq-aşkardır.
mürəkkəb balığı, rəng dəyişdirən canlılar
Solda özünü qumlu səthə bənzədən bir mürəkkəb balığı. Sağda isə bir dalğıc gördüyündə eyni balığın, təhlükəyə qarşı büründüyü parlaq sarı rəng görülməkdədir.

Mürəkkəbböcəyi

Mürəkkəbböcəyinin dərisinin altında "xromatofor" adlanan piqmentasiya ilə dolu elastik kisə var. Bu piqmentlər çox vaxt sarı, qırmızı, qara və qəhvəyi rəngdə olur. Mürəkkəbböcəyinin hüceyrələri ətraf mühit şərtlərindən asılı olaraq beyindən gələn siqnala görə genişlənir, bunun nəticəsində o, müvafiq bir rəng alır.
Bunun sayəsində mürəkkəbböcəyi üzərində yerləşdiyi qayanın rəngini ala bilir və beləcə ideal bir şəkildə maskalanır.
Bu sistem o qədər effektiv işləyir ki, mürəkkəbböcəyi onun köməyi ilə zebrada olduğu kimi zolaqlı rəng ala bilir.163

Koala

koala, okaliptus
Evkalipt ağacının yarpağındakı yağlar bir çox məməli heyvanlar üçün zəhərlidir. Bu zəhər evkaliptin düşmənlərindən özünəməxsus kimyəvi qorunma mexanizmidir. Ancaq məməlilərin xüsusi bir növü var ki, bu evkaliptin zəhərli yarpaqları ilə qidalana bilir. Bu, kisəli heyvan koaladır.
Koala evkalipt ağaclarında gizlənir, burada qidalanır. Normal halda digər məməlilər kimi koala da bu ağaclarda olan sellülozu həzm edə bilməzdi. Bu zaman onlar sellülozu həzm edə bilən orqanizmlərdən asılıdır. Bu mikroorqanizmlər də nazik və qalın bağırsaqların birləşdiyi yerdə olan kor bağırsaqda yerləşir. Kor bağırsaq koalanın həzm sisteminin ən maraqlı hissəsidir. Bu hissə fermentasiya (qıcqırma) otağına bənzəyir, burada yarpaqların hissələrinin keçidi yavaşıyır, bu da öz növbəsində mikroorqanizmlərə sellülozu həzm etmək imkanı verir. Bunun sayəsində koala tərkibində zəhərli yağlar olan evkalipt yarpağını zərərsizləşdirir.164

Tərpənmədən ovlamaq bacarığı

Cənubi Afrikanın bitkisi Sundew (şahçiçəyi) yapışqan tükləri ilə həşəratları tələyə salır. Bu bitkinin yarpaqları uzun qırmızı tüklərlə örtülüdür. Bu mayenin digər bir xüsusiyyəti isə onun çox yapışqan olmasıdır. İyə gedən həşəratlar bu yapışqan tükə yapışırlar. Bir müddət sonra yarpaqlar tükə yapışan həşəratın üzərini tamamilə örtür və beləcə bitki ona lazım olan zülalı əldə edərək onu həzm edir.165 Sözsüz ki, tərpənmək iqtidarında olmayan bitkilərdə belə bir xüsusiyyətin olması xüsusi quruluşun əlamətidir. Bitkilər "ov" prinsipini özləri və ya təsadüfən inkişaf etdirə bilməzdilər. Bu heyrətamiz xüsusiyyətləri Yaradan Allahın gücünü və varlığını görməmək mümkün deyil.
sundew bitkisi, ovçu bitkilər
Şəkildə açıq haldakı Sundew bitkisinin mərhələ mərhələ bağlanması görülməkdədir.

Quş lələklərinin quruluşu

quş lələkləri
İlk baxışda quşların lələkləri adi quruluşa malikdir. Ancaq əgər diqqətlə baxsaq, yüngül, amma güclü, sukeçirməz və olduqca mürəkkəb lələklərlə qarşılaşarıq.
Quşların əziyyətsiz uça bilməsi üçün tüklərin mümkün qədər yüngül olması lazımdır. Bu tələbata uyğun olaraq tüklər keratin zülallarından ibarətdir. Orta xəttin hər iki tərəfində tüklər, onların hərəsinin 400-ə qədər ilməsi var. Bu 400 ilmənin hərəsi iki daha xırda ilmədən ibarətdir ki, bu da sonda 800 ədəd edir. 800 ilmənin hamısı balaca bir quşun tükünə yerləşdirib, qabaqda yerləşənlərdə isə əlavə olaraq 20 kiçik ilmə də var. Bu ilmələr iki lələyi bir-biri ilə birləşdirir, sanki xalça toxuyur. Bir xırda lələkdə 300 milyona qədər xırda ilmə var. Bir quşun lələklərində onların ümumi sayı 700 milyarda çatır. Bir-birindən möhkəm ilmələrlə yapışmış belə bir quruluş quşlar üçün böyük əhəmiyyətə malikdir. Belə ki, tüklər bədənə sıx yapışmalı və hər hansı bir hərəkətdə dağılmamalıdır.
Belə bir quruluş sayəsində lələklər elə bir sıx vəziyyətdədir ki, nə yağış, nə qar, nə də möhkəm külək onları dağıda bilməz. Qarında, qanadda və quyruqda olan lələklər bir-birindən fərqlənir. Quyruqda olan böyük ölçülü lələklər əyləc və sükan funksiyalarını yerinə yetirir, qanadın tükləri isə uçuş zamanı açılaraq və qanadçalma sahəsini artıraraq yüksəyə qalxma gücünü artırır.

Su üzərində gəzən canlı varlıq: uzunquyruq Amerika kərtənkələsi

Su üzərində gəzməyi bacaran çox az heyvan var. Buna nümunə olaraq çox nadir rast gəlinən və Latın Amerikasında məskunlaşan heyvanı - uzunquyruq Amerika kərtənkələsini göstərə bilərik. Bu heyvanın arxa barmaqlarının ətrafında pərdə var, o, bunun sayəsində su üzərində gəzir. Bu pərdələr quruda yığılır. Əgər heyvan təhlükə ilə üzləşirsə, o zaman böyük sürətlə axar suyun və ya gölməçənin üzəri ilə qaçır. Bu zaman ayağının pərdələri açılaraq su üzərində daha tez hərəkət etmək üçün əlavə sahə yaradır.166 Uzunquyruq Amerika kərtənkələsinin belə orijinal quruluşu Yaradanın varlığını sübut edən növbəti bir dəlildir.
haverengi Basilisk, suda gedən canlı
Uzunquyruq Amerika kərtənkələsi su ilə hava arasındakı tarazlığı saxlayaraq hərəkət edə bilən nadir canlıdır.

Fotosintez

fotosintez, yarpaq
Sözsüz ki, Yerdə həyatın varlığı bitkilər olmadan mümkün deyil. Bitkilər insanların nəfəs aldığı havanı təmizləyir, planetimizin temperaturunu tənzimləyir və atmosferdə qazların tarazlığını təmin edir. Bizim nəfəs aldığımız oksigen də bitkilər tərəfindən istehsal olunur. Qidamızın böyük bir hissəsini bitkilər təşkil edir. Digər funksiyalar kimi bitkinin insanların qidasını təmin etmək xüsusiyyəti də hüceyrələrin xüsusi quruluşunun nəticəsidir.
fotosintez
Bitki hüceyrələri insanlardan və heyvanlardan fərqli olaraq Günəş şüalarından birbaşa istifadə edə bilir. Onlar Günəş enerjisini kimyəvi enerjiyə çevirərək onu xüsusi metodla toplayır. Bütün bu proses fotosintez adlanır. Əslində bu, hüceyrələrin bütövlükdə bir fəaliyyəti deyil, hüceyrədə müəyyən yer tutan və ona yaşıl rəng verən təkcə xloroplastın fəaliyyətidir. Yalnız mikroskopla görülə bilən bu balaca yaşıl orqanellər Günəş enerjisini üzvi maddəyə çevirən dünyada yeganə laboratoriyadır. Hər il Yer kürəsində xloroplastlar tərəfindən istehsal olunan maddənin miqdarı 200 milyard tondan yuxarıdır. Bu istehsal prosesi planetdə yaşayan bütün canlı varlıqlar üçün həyati vacib əhəmiyyət kəsb edir. Belə nadir istehsal mühüm bir kimyəvi prosesin nəticəsində həyata keçir. Xloroplastda yerləşən xlorofilin minlərlə piqmentinə Günəş şüası düşdüyü zaman reaksiya çox qısa bir zamanda - 0,1 saniyədə baş verir. Buna görə də xlorofildə baş verən reaksiyanın bir çoxunu müşahidə etmək mümkün deyil.
Bildiyimiz kimi, müasir texnologiyanın nailiyyətləri bizə Günəş enerjisini elektrik və ya kimyəvi enerjiyə çevirmək imkanı yaratmışdır. Bunun üçün yüksək texnologiya tələb olunsa da bitkilərin kiçik bir hüceyrəsi bunu milyonlarla il ərzində daha mükəmməl şəkildə yerinə yetirir.
Bu gözəl sistem bir halda hər şeyin Yaradan tərəfindən xəlq olunduğuna dəlalət edir. İnanılmaz dərəcədə mürəkkəb bir proses olan fotosintez Allah tərəfindən yaradılan şüurlu bir prosesdir. Bu prosesin həyata keçirilməsi üçün yarpağın mikroskopik sahəsində bənzəri olmayan bir fabrik yerləşdirilib. Bu mükəmməl quruluş hər şeyin Aləmlərin Rəbbi olan Allah tərəfindən yaradıldığını sübut edən çoxsaylı dəlillərdən biridir.

Hiç yorum yok:

Yorum Gönder