18 Mart 2016 Cuma

Təkamülün Utopik Mexanizmləri

Təkamülün Utopik Mexanizmləri

Bu gün neodarvinist modeli kimi tanınan təkamül nəzəriyyəsi canlı orqanizmlərin guya inkişaf etdikləri iki əsas mexanizm irəli sürür: "təbii seçmə" və "mutasiya". Nəzəriyyənin əsas müddəası belədir: "Təbii seçmə və mutasiya bir-birini tamamlayan iki mexanizmdir. Təkamül dəyişikliklərinin mənbəyi canlı orqanizmdə genetik səviyyədə baş verən təsadüfi mutasiyalardır. Mutasiyaların səbəbləri olan  xüsusiyyətlər təbii seçmə mexanizmi vasitəsilə seçilir və bu yolla canlı orqanizmlərin təkamülü baş verir".
Dərindən fikirləşsək görərik ki, tamamilə məntiqi və düzgün kimi qələmə verilən bu nəzəriyyə sağlam düşüncədən tam məhrumdur və inandırıcı deyil, çünki nə təbii seçmə, nə də mutasiya növlərin təkamülünə səbəb olmur.

Təbii seçmə

Təbii seçmə mexanizmi bioloqlara növlərin bütövlüyünü pozmadan onların sabitliyini təmin edən təbii proses kimi hələ Darvinə qədər də məlum idi. Darvin bu prosesin təkmilləşdirici qüvvəsi haqqında fikri ilk dəfə irəli sürdü və öz nəzəriyyəsini bu iddianın üzərində qurdu. Darvinin ən əsas əsərinin adı onun öz nəzəriyyəsinin əsası kimi məhz təbii seçmə ideyasını götürdüyünü təsdiqləyir: "Növlərin təbii seçmə yolu ilə yaranması".
Lakin Darvinin dövründən bu günə kimi canlı orqanizmlərin təbii seçmə yolu ilə təkamülünü təsdiq edən heç bir nümunə və sübut müəyyən edilməmişdir. Tanınmış təkamülçü, İngiltərə Təbiət Tarixi Muzeyinin direktoru, paleontoloq Kolin Patterson bunu belə etiraf edir:
"Heç kim təbii seçmə mexanizminin köməyi ilə yeni növ hasil edə bilməmişdir. Hətta heç kim buna yaxınlaşa da bilməmişdir. Bu gün neodarvinizmin məhz bu problemi nəzəriyyənin ən mübahisəli məqamıdır".12
Təbii seçmə təbii-coğrafi şərtlərə daha çox uyğun gələn canlı orqanizmlərin sağ qalmasını və mövcud şəraitə uyğunlaşa bilməyənlərin yox olmasını nəzərdə tutur. Məsələn, yırtıcı heyvanın izlədiyi maral sürüsündən yalnız öz sürəti və cəldliyi ilə təhlükədən uzaqlaşa bilən fərdlər sağ qala bilərlər. Amma bu təbii seçmə prosesi nə qədər uzun müddət davam etsə də marallar başqa heyvan növünə çevrilə bilməz. Marallar maral olaraq qalacaqlar. Təkamülçülərin "təbii seçmə prosesinin müşahidələri" kimi təqdim etdiyi başqa süni nümunələrə nəzər salsaq, əmin olarıq ki, bunlar sadəcə olaraq fantaziyalardır.

- Sənaye inqilabının kəpənəkləri

Tanınmış təkamülçü Duqlas Futuymanın 1986-cı ildə nəşr olunmuş "Təkamülün biologiyası" kitabı təbii seçmə nəzəriyyəsini rahat şəkildə açıqlayan ən yaxşı mənbələrdən biri hesab edilirdi. Futuymanın bu mövzuda gətirdiyi ən parlaq nümunələrdən biri İngiltərədə sənaye inqilabı zamanı müşahidə olunan kəpənəklərin qanadlarının rənglərinin "dəyişməsi" idi.
sənaye inqilab, kəpənək
İngiltərədə sənaye inqilabının kəpənəkləri təkamül nəzəriyyəsi tərəfdarlarının təbii seçmə yolu ilə təkmilləşmənin "danılmaz" sübutu kimi göstərdiyi sevimli nümunələrdir. Bununla bərabər göstərilən halda təkamül haqqında danışmağına dəyməz, çünki rəngin qaralması yeni kəpənək növünün yaranmasına gətirib çıxarmadı. Soldakı şəkildə ağacların gövdəsində sənaye inqilabının atmosferə təsirindən əvvəlki kəpənəklər görünürlər, sağda isə inqilabdan sonrakı.
İngiltərədə sənaye inqilabının əvvəlində Mançester şəhəri ətrafında ağacların qabığının rəngi açıq idi. Bu səbəbə görə bu ağaclara qonan tünd rəngli kəpənəklər quşlar üçün yüngül qənimət olur və onların yaşamaq şansı azalırdı. Amma 50 ildən sonra regionda sənayenin inkişafı ətraf mühitin çirklənməsinə gətirib çıxardı və bu hal ağacların qabığının rənginin qaralmasına səbəb oldu. Bu dəfə açıq rəngli kəpənəklər quşların asan ovuna çevrildi.
Bunun nəticəsində açıq rəngli kəpənəklərin sayı azaldı, aşkar edilməsi quşlar üçün çətin olan tünd rəngli kəpənəklərin sayı isə birdən-birə artdı. Təkamülçülər bu nümunədən sübut kimi istifadə etdilər ki, açıq rəngli kəpənəklər vaxt keçdikcə guya tünd kəpənəklərə çevrildilər və bu üsulla təkmilləşdilər. Lakin aydın məsələ idi ki, bu nümunədən təkamülün xeyrinə bir sübut kimi istifadə oluna bilməzdi, belə ki, təbii seçmə nəticəsində yeni kəpənəklər yaranmamışdı. Kəpənəklərin arasındakı qara rəngli fərdlər sənaye inqilabından əvvəl də mövcud idi. Kəpənək növlərinin yalnız sayı dəyişilmişdi. Onlar "növün dəyişməsi" üçün vasitə olan heç bir xüsusiyyət əldə etməmişdilər. Kəpənəyin başqa canlıya, məsələn, quşa çevrilməsi üçün kəpənəyin genlərində saysız dəyişikliklərin baş verməsi vacibdir, başqa sözlə, kəpənəyin genetik xüsusiyyətlərinə özündə quşların fiziki xüsusiyyətlərini ehtiva edən genetik proqram qoşulmalıdır.
Bir sözlə, təbii seçmə növlərin dəyişməsi üçün vasitəçilik etmir, yəni təkamülçülərin yaratdıqları obraza uyğun gəlmir. Bu sahədə yeganə nümunə olan kəpənəklər İngiltərədə sənaye inqilabı vaxtları barədə sadəcə bir nağıl olaraq qaldı.

- Təbii seçmə kompleksliliyi izah edə bilərmi?

Təbii seçmə mexanizmi təkamül nəzəriyyəsi üçün heç bir "irəliləyiş" gətirmədi. Çünki aydındır ki, bu mexanizm genetik məlumatı artırmaq və ya təkmilləşdirmək, bir növü o birisinə çevirmək iqtidarında deyil. Yəni dəniz ulduzunu balığa, balığı qurbağaya, qurbağanı timsaha, timsahı quşa çevirə bilməz.
pələng, ceyran
 
Təbii seleksiyanın təkamül nəzəriyyəsinə qazandırdığı heç bir şey yoxdur. Çünki bu mexanizm heç bir zaman bir növün genetik məlumatını zenginleştirip inkişaf etdirməz. Heç bir zaman bir növü bir başqa növə çevirməz, yəni dəniz ulduzunu balığa, balıqları qurbağaya, qurbağaları timsaha, timsahları da quşa çevirə bilməz.
Təkamül nəzəriyyəsinin qızğın tərəfdarlarından biri, "sıçrayışlı təkamül" nəzəriyyəsinin banisi Stefan Cey Qould təbii seçmə mexanizminin çıxılmaz vəziyyətdə olmasını belə ifadə edirdi:
"Darvinizmin məğzini bir cümlə ilə belə ifadə etmək olar: təbii seçmə təkamül dəyişikliklərinin aparıcı qüvvəsidir. Heç kim təbii seçmənin neqativ təsirini inkar etmir, təbii seçmə nəticəsində güclülərin və zəiflərin ayrılması baş verir. Lakin Darvinin nəzəriyyəsi "daha çox uyğunlaşanları əmələ gətirməyə" cəhd göstərir".13
Təkamülçülərin səhvi ondadır ki, onlar bu mexanizmi şüurlu yaradıcı rolunda göstərməyə çalışır. Lakin təbii seçmə canlı orqanizmlər üçün nəyin yaxşı, nəyin pis olduğunu müəyyən edə bilən şüura malik deyil. Beləliklə, təbii seçmə mürəkkəb quruluşu olan sistem və orqanların mənşəyini aydınlaşdırmaq  iqtidarında deyil. Bu sistem və orqanlar qarşılıqlı əlaqəli  hissələrin birgə fəaliyyəti nəticəsində yaranır və bu orqanlardan ən azı birinin olmaması və ya qüsurlu olması onların funksiyasının pozulmasına gətirib çıxarır. Bu cür sistemlərə "sadələşdirilməyən komplekslilik" xasdır. Məsələn, insan gözünün quruluşu olduğundan sadə ola bilməz, çünki bu üzvün hansısa bir hissəsinin olmaması onun natamam fəaliyyət göstərməsi ilə nəticələnər.
Belə bir sistemi yaradan şüur uzağı görərək qarşısına ancaq mükəmməl formadan alına biləcək fayda üçün məqsəd qoymalı idi. Amma təbii seçmə şüura və qüvvəyə malik olmayan bir mexanizm olduğuna görə o, mütləq və mükəmməl quruluşun modelini hesablamağa qadir deyil. Bu dəlil təkamül nəzəriyyəsini kökündən sarsıdır ki, Darvin də elə bundan ehtiyat edirdi: "Əgər çoxsaylı ardıcıl kiçik dəyişikliklər nəticəsində kompleks orqanın yaranmasının qeyri-mümkünlüyü sübut olunarsa, mənim nəzəriyyəm iflasa uğrayacaq".14
Təbii seçmə yalnız ətraf mühitin şərtlərinə uyğungəlməyən zəif, şikəst və natamam canlıları seçib "ələyir". Lakin bu mexanizm yeni növlər, yeni orqanlar və yeni genetik informasiya yaratmağa, yəni inkişafa (təkamülə) gətirib çıxarmağa qadir deyil. "Əgər faydalı dəyişikliklər yoxdursa, onda təbii seçmə nəyisə dəyişdirməkdə gücsüzdür" deyən Darvin özü də yuxarıdakı fikirlə razılaşırdı.15 Neodarvinizm elə bununla əlaqədar olaraq təbii seçmə ilə yanaşı həm də mutasiya mexanizmini "müsbət dəyişikliklərin səbəbi" kimi təqdim etməyə məcbur oldu. Yeri gəlmişkən, mutasiyalar yalnız "mənfi dəyişikliklərin səbəbi" ola bilər.

Mutasiyalar

dna, mutasiya
Mutasiya nəticəsində DNT-yə yeni məlumat əlavə: Genetik məlumatı meydana gətirən parçalar yerlərindən qopub sökülər, təxrib olar ya da DNT-nin fərqli yerlərinə daşınar. Amma mutasiyalar heç bir şəkildə canlıya yeni bir orqan ya da yeni bir xüsusiyyət kazandırmazlar. Ancaq qıçın kürəkdə, qulağın qarından çıxması kimi anormallıqlara səbəb olarlar.
Mutasiya özündə genetik məlumatları saxlayan və canlı orqanizmin hüceyrəsinin nüvəsində yerləşən DNT molekulunda radiasiya və kimyəvi təsirlər kimi xarici amillərin təsiri nəticəsində meydana gələn dəyişikliklərdir. Mutasiyalar DNT molekulunun özəyini təşkil edən nukleotidlərin yerlərini dəyişir və ya onları dağıdır. Əksər hallarda mutasiyalar hüceyrədə bərpası mümkün olmayan mənfi proseslərin səbəbi kimi çıxış edirlər. Buna görə də təkamülçülərin istifadə etməyə çalışdığı mutasiya heç də canlı orqanizmi təkmilləşdirən sehrli çubuq deyil. Açıq-aşkar görünür ki, mutasiya orqanizmə həmişə mənfi təsir göstərir. Mutasiya dəyişikliklərinin acı nəticələrini Xirosima və Naqasakinin bombalanması, Çernobıl AES-in partlayışı zamanı radioaktiv şüalanmaya məruz qalan insanlarda müşahidə etmək olar: minlərlə ölüm, şikəst olmuş, eybəcərləşmiş varlıqlar.
Səbəb çox sadədir: DNT molekulu çox yüksək səviyyədə nizamlı və komplekslidir və xırda təsadüfi dəyişikliklər ona ziyan vurur. Amerikalı genetik B.Ranqanatan bunu belə izah edir:
"Mutasiyalar cüzi, təsadüfi və çox zərərlidir. Onlar nadir hallarda baş verir və ən yaxşı halda zərərsizdirlər. Bu dörd xüsusiyyət göstərir ki, mutasiyalar təkamül dəyişikliklərinə gətirib çıxara bilməz. Orqanizmdə baş verən təsadüfi dəyişikliklər ona ya mənfi təsir göstərir, ya da nəticəsiz qalır. Məsələn, qol saatına vurulan nizamsız zərbələr onu təkmilləşdirmir. Onlar yəqin ki, ya saatı sındırar və ya da ən yaxşı halda saata zərər verməz. Zəlzələ heç vaxt şəhərə  fayda gətirmir, ancaq onu dağıdır".16
Biz indiyədək müsbət mutasiya nümunələri ilə rastlaşmamışıq. Əksinə, bütün mutasiyalar mənfi nəticələrə gətirib çıxarmışlar. Təkamülçü alim Uorren Uiv II dünya müharibəsində atom silahından istifadə nəticəsində meydana gələn mutasiyaların tədqiqi üçün yaradılmış atom radiasiyasının genetik nəticələrinin öyrənilməsi üzrə komitənin hazırladığı hesabatı belə şərh edir:
"Təkamül prosesinin bölünməz hissəsi sayılan çoxsaylı mutasiya proseslərinin mənfi təsiri ilə qarşılaşanlar dəhşətə və heyrətə gələcəklər. Axı necə ola bilər ki, növün təkmilləşməsi kimi müsbət təsir praktikada ancaq mənfi təsirə malik olan mutasiyanın nəticəsi ola bilər?"17
Təkamülçülərin müsbət mutasiya nəticələrini yaratmaq istiqamətindəki bütün səyləri uğursuzluqla nəticələndi. Təkamülçülər asanlıqla mutasiyaya məruz qalan və intensiv inkişaf edən drozofil milçəkləri üzərində on illər ərzində milyonlarla təcrübə apardılar. Amma bu təcrübələrdən heç biri istənilən faydalı mutasiyanı vermədi.
Təkamülçü-genetik Qordon Teylor bu faktla əlaqədar yazırdı: "Bütün dünyanın genetikləri təkamülün sübutu üçün altmış il milçəklər yetişdirdilər. Amma indiyə kimi nəinki yeni növ, hətta bir ferment də hasil olmayıb. Bu həqiqət neçə illərdir ki, nəzərdən kənar qalıb".18
Başqa tədqiqatçı Maykl Pitman isə milçəklər üzərindəki təcrübələrin uğursuzluğunu belə izah edir:
"Çoxlu sayda genetik dəfələrələ milçəkləri cürbəcür mutasiyalara məruz qoymuşlar. Nəticə nə oldu? Onlar nəticədə insan əldə edə bildilərmi? Təəssüf ki, yox. Genetiklərin əmələ gətirdikləri əcaib məxluqlardan ancaq bəziləri onların saxlandıqları qablardan kənarda yaşamağı davam etdirə bildilər. Mutasiyaya məruz qalan milçəklər ya həmin an ölür, ya şikəst, ya da ki, sonsuz olurdular".19
Mutasiyalar Hər Zaman Zərərlidir
mutasiya, ağcaqanad
Solda: sağlam drozofil milçəyi. Sağda: radiasiyanın təsirindən irəli gəlmiş mutasiya nəticəsində ayaqları baş hissəsində yerləşən drozofil milçəyi. İnsan orqanizminə mutasiyanın mənfi təsirinin bəzi nümunələri.
Mutasiyanın insan orqanizminə olan təsiri haqqında da eyni sözləri demək olar. İnsanlara təsir edən bütün mutasiya növləri zərərlidir. Tibbi ədəbiyyatda monqolizm, Daun sindromu, onkoloji xəstəliklər, albinizm, cırtdan boyluluq, əqli və fiziki pozuntuların başqa növləri mutasiya təsirlərinin nəticələri kimi xarakterizə olunur. Sözsüz ki, insanları şikəst edən proses "təkamül mexanizmi" adlana bilməz.
Mutasiyaların təkamülçülərin iddialarının doğruluğunu sübut edə bilməməsi səbəblərini üç əsas bənd üzrə göstərmək olar.
Çernobil, əl
İnsan organizminə mutasiyanın mənfi təsirinin bəzi nümunələri.
Solda : Çernobıl AES-dəki qəzadan sonra radioaktiv şüalanmanın yayılması zonasında doğulan uşaq. .
1. Mutasiya həmişə zərərlidir: mutasiya canlı orqanizmə kortəbii olaraq demək olar ki, həmişə ziyan vurur. Canlı orqanizmin möhkəm, yüksək nizamlı quruluşuna şüursuz müdaxilə onun dağılmasına gətirib çıxarır. Elm tarixində "müsbət mutasiyaların" heç bir nümunəsi müşahidə olunmayıb.
2. Mutasiya nəticəsində DNT molekuluna yeni məlumat əlavə oluna bilməz: DNT molekulunun daxilindəki genetik məlumata cavabdeh olan strukturlar mutasiya nəticəsində öz yerlərini dəyişir, xəsarət alır və ya sadəcə olaraq itirlər. Lakin mutasiya canlı orqanizmdə yeni üzv yaratmağa və ya yeni xüsusiyyətlərin əmələ gəlməsində vasitəçilik etməyə qadir deyil. O, ancaq anormal hadisələrin, məsələn, ayağın kürəkdə və yaxud qulağın qarın nahiyəsində bitməsinin səbəbi ola bilər.
3. Mutasiyanın yeni nəsillərə ötürülməsi üçün bu dəyişikliklərin məhz cinsi hüceyrələrdə baş verməsi vacibdir: başqa hüceyrə və orqanlarda baş verən müxtəlif mutasiya dəyişiklikləri növbəti nəsillərə keçmir. Məsələn, radiasiya və ya başqa amillərin nəticəsində mutasiyaya məruz qalan insanın gözü öz formasını dəyişə bilər, amma bu, sonrakı nəsillərə heç cür keçə bilməz.
Bir sözlə, canlı orqanizmlərin təkamülü mümkün deyil, çünki təbiətdə onu həyata keçirə bilən mexanizm yoxdur. Tapılan skelet qalıqlarının göstəricilərinə baxsaq, əmin olarıq ki, bu cür uydurulmuş ssenari heç vaxt mövcud olmamışdır.

Qazıntı Halında Tapılan Qalıqlar Təkamül Nəzəriyyəsini Təkzib Edir

Qazıntı Halında Tapılan Qalıqlar Təkamül Nəzəriyyəsini Təkzib Edir

Keçid formaları dalanı

Təkamül nəzəriyyəsinə görə, bütün canlı orqanizmlər bir-birindən törəyiblər. Əvvəllər mövcud olmuş canlı orqanizmin bir növü vaxt keçdikcə başqa bir növə çevrilmişdi. Beləliklə, bütün növlər əmələ gəlmişlər. Həmin nəzəriyyəyə müvafiq olaraq bu çevrilmə bir neçə yüz milyon illər sürmüş və canlılar addım-addım inkişaf etmişdi.
Belə olan halda bu cür uzun sürən formalaşma prosesi nəticəsində ara keçid formaları əmələ gəlməli idi. Məsələn, özündə həm balıqların, həm də sürünənlərin keyfiyyətlərini daşıyan məxluqlar mövcud olmalı idi. Və yaxud quşların və sürünənlərin xüsusiyyətlərinə malik olan məxluqlar mövcud olmalı idi. Bu canlı varlıqlar keçid mərhələsində olduqlarına görə şikəst, qüsurlu, natamam və aşkar nöqsanlarla olmalı idilər. Təkamülçülər belə xəyali canlıların keçmiş zamanlarda mövcud olduğuna inanır və onları "ara keçid formaları" adlandırır.
Əgər belə canlılar keçmişdə həqiqətən də yaşamışdısa, bu halda onların sayı, növ tərkibi milyonlarla və hətta milyardlarla hesablanmalı idi. Çünki bu keçid formalarının sayı bu gün bizlərə məlum olan heyvan növlərinin sayından çox və dünyanın bütün qitələrində bu keçid formalarının qalıqları mövcud olmalı idi. Darvin "Növlərin mənşəyi" kitabında bunu belə izah edir:
"Əgər mənim nəzəriyyəm düzgündürsə, onda növləri bir-birinə bağlayan keçid formaları mütləq aşkar olunmalıdır. Onların mövcudluğunu yalnız qazıntı halında tapılan skelet qalıqları ilə sübut etmək olar".20
Ancaq bu sətirləri yazan Darvin belə qalıqların tapılmadığını bilir, bu isə onun nəzəriyyəsini çıxılmaz dalana salırdı. Buna görə də Darvin "Növlərin mənşəyi" kitabının "Nəzəriyyənin çətinlikləri" fəslində belə yazır:
"Əgər həqiqətən də növlər tədricən inkişaf edərək bir-birindən törəyibsə, onda biz saysız-hesabsız keçid formalarının qalıqlarına niyə rast gəlirik? Niyə təbiətdə hər şey xaos halında yox, öz yerindədir? Yerin çoxsaylı qatlarında saysız-hesabsız keçid formaları olmalıdır... Niyə hər geoloji qat və hər lay belə bir-birinə bağlanan ara keçid forma qalıqları ilə dolu deyil? Geologiya elmi mərhələli proses irəli sürə bilmədi, keçid formalarını aşkar edə bilmədi və ola bilər ki, bu, gələcəkdə mənim nəzəriyyəmə qarşı ən tutarlı dəlil olacaq".21
Bu vəziyyətdə Darvinin yeganə izahı həmin anda arxeoloji tapıntıların çatışmazlığı ilə bağlı idi. O, belə iddia edirdi ki, "keçid formalar qalıqların daha ətraflı öyrənilməsindən sonra mütləq tapılacaq".
Darvinin gələcəyi görmə qabiliyyətinə inanan təkamülçülər XIX əsrin ortalarında keçid formalarını tapmaq niyyəti ilə dünyanın bütün qitələrindəki heyvan qalıqlarını böyük həvəslə tədqiq edirdilər.
Lakin bütün axtarışlar boşa çıxdı. Qazıntı nəticəsində tapılan heyvan qalıqları təkamülçülərin gözlədiklərinin əksinə olaraq canlı orqanizmlərin nöqsansız, eyibsiz, qüsursuz və bir anda əmələ gəldiyini göstərirdi. Öz nəzəriyyələrini sübut etməyə çalışan təkamülçülər onu elə öz əlləri ilə də dağıtdılar.
Canlı Qalıqlar
 
Canlı qalıqlarCanlı qalıqlar
Canlı qalıqlar
Jaşları milyon illərlə hesablanan daşlaşmış qalıqların nümunələri müasir növ heyvanlardan heç nə ilə fərqlənmir. Canlı orqanizmlərin bu qalıqları canlıların sadədən mürəkkəbə doğru mərhələli təkamül nəticəsində yox, mükəmməl yaradılışın nəticəsində bir anda və nöqsansız şəkildə ortaya çıxmasına əyani sübutdur.
1. 400 milyon il yaşı olan akula skeleti
2. yaşı 40 milyon il olan çəyirtkə
3. yaşı 100 milyon il olan qarışqa
4. yaşı 320 milyon il olan tarakan (mətbəx böcəyi)
Məhşur ingilis paleontoloqu Derek Aqer təkamülçü olsa da bu faktı belə etiraf edir:
"Bizim problemimiz bu məsələdən ibarətdir: heyvan qalıqlarının sinif və yaxud növ səviyyəsində aparılan müfəssəl araşdırılması zamanı biz daim eyni həqiqətlə üzləşir və Yer üzündə qrupların təkamül prosesi yolu ilə mərhələli şəkildə deyil, ani surətdə yarandığını görürük".22
Başqa təkamülçü paleontoloq Mark Çarneki isə bunu belə şərh edir:
"Skelet qalıqları təkamül nəzəriyyəsinin sübut olunmasına həmişə əngəl törədib. Onlar arasında Darvinin fərz etdiyi ara keçid formaları heç vaxt olmamışdır. Növlər ani surətdə əmələ gəlmiş və eləcə də ani surətdə yox olmuşlar. Bu gözlənilməz vəziyyət canlıların Allah tərəfindən yaradılması haqqında olan düşüncəyə dəstək olmuşdur".23
Bu arxeoloji "boşluqlar" gözəl günlərin birində gərəkli heyvan qalıqlarının mütləq tapılacağı haqqındakı təsəlli ilə də doldurula bilməz. Qlazqo Universitetinin paleontologiya professoru T.Corc bunun səbəbini belə izah edir:
"Artıq heyvan skeleti qalıqları sahəsində olan təkamül boşluğunu dolduracaq bir izah vermək mümkün deyil, çünki bizdə olan tapıntılar çox zəngindir və deyəsən, yeni tədqiqatlar heç nəyi dəyişməyəcək".24

Yer üzündəki bütün canlı orqanizmlər bir anda və ən mükəmməl formada əmələ gəliblər

Yer qabığı qatlarını və skelet qalıqlarını tədqiq edərək bu nəticəyə gəlmək olar ki, yer üzündə bütün canlı aləm anidən meydana çıxıb. Kompleksli canlı məxluqların qalıqları tapılan yer qabığının ən dərin qatının yaşı 520-530 milyon il təşkil edir və "kembri" adlanır. Bu layda tapılan qalıqlar ilbizlər, trilobitlər, süngərlər, yastıcalar, dəniz ulduzları, üzən xərçəngkimilər və dəniz zanbaqları kimi mürəkkəb onurğasızlara məxsus idi. Bir fakt maraq doğurur ki, bir-birindən fərqlənən bütün bu növlər eyni vaxtda əmələ gəliblər və ondan törəyə biləcək ümumi əcdada malik deyillər. Ona görə də bu maraqlı hadisə geologiya elmində "kembri partlayışı" adlandırılır.
Bu qatda tapılan canlı orqanizmlər eyni zamanda müasir orqanizmlərdən heç nə ilə fərqlənməyən gözlər, qəlsəmələr və qan dövranı sistemi kimi kompleks fizioloji sistemlərə malikdir. Məsələn, arı pətəklərini xatırladan trilobitin ikilinzalı göz quruluşu inanılmayacaq dərəcədə böyük maraq doğurur.
Harvard, Roçester və Çikaqo universitetlərinin geologiya professoru Devid Raup belə deyir:
"Trilobit hazırkı zamanda yalnız istedadlı, zəkalı və yaxşı təhsil almış optika mühəndisinin yarada biləcəyi göz quruluşuna malikdir".25
Təkamül Nəzəriyyəsini Təkzib Edən Yaradılış Möcüzəsi Trilobitin Gözləri
 trilobit,trilobit gözü
Trilobitin daşlaşmış qalıqları kembri dövrünün yer qatlarında aşkar olunmuşdur; belə ki, onlar məhz bu dövrdə ani surətdə əmələ gəlmişlər, çünki yerin daha qədim qatlarında onlara rast gəlmək mümkün deyil. Trilobitlər bir anda yüzlərlə altıbucaqlı pətəkvari strukturdan ibarət olan, ikitərəfli linzalar prinsipi ilə fəaliyyət göstərən gözlərin mürəkkəb quruluşuna malik olaraq yaranmışlar. Geologiya professoru Devid Raupun sözləri ilə desək, gözlərin bu cür quruluşu zamanımızın hətta ən professional optika mühəndisi tərəfindən çətin ki, layihələndirilə bilsin. Nöqsansız göz quruluşuna malik olan trilobitlər 530 milyon il bundan əvvəl ən mükəmməl tərzdə Yer kürəsində anidən meydana çıxmışlar. Həyatın yaradılması haqqında olan həqiqəti bir daha təsdiq edən trilobitlərin əmələ gəlməsini bu gün heç bir təkamül mexanizmi izah etmək iqtidarında deyil. Bundan əlavə, yüzlərlə milyon illər ərzində heç bir təkamül dəyişikliklərinə məruz qalmayan trilobitlərin mürəkkəb göz quruluşuna iynəcə yaxud arı kimi müasir həşəratlarda da rast gəlmək mümkündür. Şübhəsiz ki, bu fakt təkamül nəzəriyyəsinin canlı orqanizmlərin sadədən mürəkkəbə doğru inkişafı, yəni təkmilləşməsi haqqında olan idiasını təkzib edir.
* R.L.Gregory, Eye and Brain: The Phésiology of Seeiíg. Oxford University Press, 1995, ñÿh. 31
Bu mürəkkəb onurğasızlar onlardan əvvəl yaşamış yeganə canlı orqanizmlər olan təkhüceyrəlilərlə bağlı deyillər və onlar birdən, keçid formaları olmadan orqanizmlərinin müasir quruluşu ilə əmələ gəliblər. Təkamülçülər arasında populyar olan "Earth Science" jurnalının redaktoru Riçard Monestarski təkamülçüləri heyrətləndirən "kembri partlayışı" haqqında belə məlumat verir:
"Heyvanların bu gün gördüyümüz kifayət qədər mürəkkəb forması ani surətdə əmələ gəlib. Bu vaxt təkamül partlayışının nəticəsində dəniz və qurunun mürəkkəb canlı orqanizmlərlə dolmasına, yəni kembri dövrünün əvvəllərinə təsadüf edir. Müasir onurğasızlar artıq kembri dövründə mövcud idilər və hazırki vaxtda olduğu kimi də bir-birindən fərqlənirdilər".26
Bəs necə oldu ki, ümumi əcdadı olmayan və bir-birindən fərqlənən bu qədər növ onurğasız Yer kürəsində birdən-birə meydana çıxdı? Təkamülçülər bu tipli suallara heç vaxt cavab verməyəcəklər. Təkamülün tərəfdarından biri, ingilis bioloqu Riçard Doukins dissertasiyasının mövzusunu əsaslı şəkildə təkzib etmiş bu faktla bağlı belə fikir söyləmişdir:
"Kembri təbəqəsi onurğasızların tapıldığı ən qədim qatdır. İlkin yaradılış görkəmində, kifayət qədər inkişaf etmiş, onlar sanki heç təkamül təsiri altına düşməmiş əmələ gəliblər və əsla dəyişməyiblər. Təbii ki, bu fakt canlıların yaradıldığını iddia edənləri, kreasinistləri çox sevindirmişdi".27
hallucigenia, dikenkambriyen,diken fosili
MARAQLI TİKANI
Kambriyen dövründə bir anda ortaya çıxan canlılardan biri, sol üstdəki Hallucigenia'dır. Bu və digər bir çox Kabriyen canlısının qalığında, hücumlara qarşı müdafiə təmin edən tikanlar ya da sərt qabıqlar iştirak edər. Təkamülçülərin açıqlaya bilmədikləri bir mövzu da, ortada heç bir "ovçu" canlının olmadığı bu dövrdə bu heyvanların necə bu qədər yaxşı bir qorunmağa sahib olduqlarıdır. Ortada ovçu heyvanların olmaması, bu mövzunu "təbii seleksiya" la şərhi qeyri-mümkün edir.
Doukinsin də etiraf etdiyinə görə, kembri partlayışı Allah tərəfindən xəlq olunmanın aşkar sübutudur, çünki ümumi əcdadları olmayan canlı orqanizmlərin ani surətdə əmələ gəlməsi yalnız yaradılışla izah olunur. Təkamülçü-bioloq Duqlas Futuyma da bunu öz sözlərində təsdiq edir:
"Canlılar yer üzündə ya birdən mükəmməl formada əmələ gəliblər, ya da əvvəllər mövcud olmuş bəzi növlərdən təkamül yolu ilə törəyiblər. Əgər canlılar qüsursuz, nöqsansız, mükəmməl formada birdən əmələ gəliblərsə, onda onları yaradan Zəka mövcud olmalıdır".28
Çarlz Darvin yazır: "Əgər bir sinfə aid olan çoxsaylı növlər eyni vaxtda mövcud olubsa, bu hal təkamülün ümumi əcdaddan təbii seçmə yolu ilə həyata keçməsini iddia edən nəzəriyyə üçün öldürücü zərbə olar".29 Kembri dövrü Darvinin adını çəkdiyi həmin öldürücü zərbədir. Buna görə də kembri dövrü haqqında söhbət düşəndə İsveç təkamülçüsü Stefan Benqston keçid formalarının olmamasını etiraf edib deyir: "Darvini təəccübləndirib heyrətləndirən bu hadisə bizi də indiyədək heyrətləndirməkdə davam edir".30
Heyvanların daşlaşmış qalıqları göstərir ki, canlılar təkamülçülərin iddia etdiyi kimi, sadədən mürəkkəbə doğru inkişaf etməklə yox, bir anda mükəmməl formada əmələ gəlmişlər. Bir sözlə, canlı orqanizmlər təkamül etməmiş, yaranmışlar.

Sudan Quruya Olan Keçid Təkamül Nəzəriyyəsinin Uydurduğu Nağıldır

Sudan Quruya Olan Keçid Təkamül Nəzəriyyəsinin Uydurduğu Nağıldır

balıq
Təkamülçülərin uydurulmuş ssenarisinə görə, sudan quruya olan keçid bir sıra səbəblərə görə baş vermişdir. Məsələn, balıqların bəzi növləri suda qida çatışmazlığı səbəbi üzündən quruya keçməyə (çıxmağa) məcbur olmuşlar. Amma həqiqət ondan ibarətdir ki, təkamül nəzəriyyəsi tərəfdarlarının həmin ssenarini əsaslandıran heç bir dəlil-sübutu yoxdur. Buna görə də onlar öz nəzəriyyəsinin fəaliyyət qabiliyyətini qoruyub saxlamaq üçün uydurma, saxta spekulyativ rəsmlərə əl atmaq məcburiyyətindədir.
Təkamülçülər belə iddia edirdilər ki, kembri dövründə əmələ gələn dəniz onurğasızları on milyonlarla illər ərzində balıqlara çevrilmişlər. Lakin onurğasızlarla balıqlar  arasındakı təkamülü sübut edən keçid formaları mövcud deyil və həmçinin onların ümumi əcdadları tapılmayıb. Onurğasızların skeleti olmadığının və bərk hissələrinin üst təbəqədə yerləşdiyinin əksinə olaraq balıqların skeleti içəridə olduğu üçün onurğasızların balıqlara təkamülü (çevrilməsi) saysız-hesabsız keçid formalarında öz izini qoya biləcək böyük dəyişikliklər tələb edir.
Bu mövcud olmayan formaları tapmaq üçün təkamülçülər 140 il vaxt sərf edərək yer qabığını alt-üst ediblər. Balıqların milyonlarla qalıqları tapıldığı halda onurğasızların bir dənə də olsun keçid forması tapılmayıb.
Təkamülçü paleontoloq Cerald T.Todd "Sümüklü balıqların təkamülü" adlı məqaləsində aşağıdakı sualları qoyur:
"Sümüklü balıqların üç sinfinin hamısı geoloji qatlarda eyni zamanda əmələ gəliblər. Yaxşı, bəs onlar haradan əmələ gəliblər? Belə müxtəlif və mürəkkəb məxluqların yaranmasının səbəbi nədir? Ondan törəyə biləcəkləri əcdadın izi niyə yoxdur?"31
Təkamül nəzəriyyəsi iddia edir ki, müəyyən dövr keçdikdən sonra balıqlar sudan çıxıb quru canlılarına çevrilmişdir. Lakin bu keçidi təkzib edən çoxsaylı fizioloji və anatomik faktorlar mövcuddur. Həmçinin sudan quruya olan keçidi təsdiq edən heç bir arxeoloji tapıntı yoxdur. Təkamülçülərin ssenarisinə görə, balıqlar amfibiyalara çevrilmişlər. Zənn edildiyi kimi, bu ssenarinin də sübutu yoxdur. Yarıbalıq-yarıamfibiyanın bir dənə də olsun qalığı aşkar edilməmişdir. "Onurğasızların paleontologiyası və təkamülü" kitabının müəllifi, məşhur təkamülçü Robert Kerrol könülsüz də olsa belə bir etirafda bulunur:
"Bizdə ilk amfibiyalarla balıqlar arasında olan keçid formalarının qalıqları yoxdur".32
Solda, 410 milyon illik Cœlecanth qalığı. Təkamülçülər bu canlının qalığını əsaslanaraq, bunun sudan quruya keçişdəki aralıq-keçid forması olduğunu söylüyorlardı.Ancak ilki 1938-ci ildə olmaq üzrə bu balığın canlı nümunələrinin dəfələrlə tutulması,coelacanth, balıqçılar təkamülçülərin fərziyyələrdən nə qədər irəli gidebileceklerini göstərdi.
coelacanth, qalıqcanlı Coelacanth, canlı balıq
Təkamülçü paleontoloqlar Kolbert və Morals amfibiyaların üç sinfi: qurbağalar, səməndərlər və caecilian-lar haqqında bunları deyirlər:
"Paleozoy dövrü amfibiyalarının əcdadlarının mövcudluğunu sübut edən heç bir dəlil yoxdur. Məlum olan qədim qurbağa, səməndər və caecilian növləri indikilərdən heç nə ilə fərqlənmir".33
Təkamül Nəzəriyyəsinin Elmi Əsassızlığının Nümunələrindən Biri Tısbağa
 çanaqlı bağa qalığı, qalıq
Təkamül nəzəriyyəsi balıqları və yaxud sürünən heyvanlar kimi canlı qruplarının əmələ gəlməsini məntiqlə izah etmək iqtidarında olmadığı kimi bu qrupları təşkil edən ayrı-ayrı növlərin əmələ gəlməsi məsələsində də gücsüzdür. Məsələn, sürünən heyvanlar sinfindən olan tısbağalar paleontoloqların qazıntı halında aşkar etdiyi heyvan qalıqlarının arasında xüsusi və inkişaf etmiş müasir tısbağalardan heç nə ilə fərqlənməyən bağa qını ilə tapılıblar. Təkamülçü nəşrlərin birinin ifadəsinə görə, tısbağaların yaxşı qorunmuş çoxsaylı qalıqlarının olsa da əvvəllər olduğu kimi tısbağalardan təkamül zəncirində şərti olaraq əcdadı tısbağa sayılan heyvanlara qədər keçid formada qalıqlarını tapmaq mümkün olmur.
Ancaq 50 il bundan əvvəl balıq-amfibiya qalıqlarının mövcud olduğu hesab edilirdi. Yaşı 410 milyon il müəyyən olunmuş "coelacanth" balığının daşlaşmış qalıqları bir çox təkamülçü qaynaqlarda keçid forması kimi təqdim olunurdu. Təkamülçülər "coelacanth" balığında quruya çıxmaq üçün yetərli olan primitiv ağ ciyərlərin, inkişaf etmiş beynin, qan dövranı və həzm sistemlərinin, hətta primitiv yerişin olmasını iddia edirdilər. 1930-cu illərin sonuna kimi bu izahlar bütün elmi yığıncaqlarda mübahisəsiz şəkildə qəbul olunurdu.
Lakin 1938-ci il, dekabrın 22-də Hind okeanında maraqlı kəşf edildi. 70 milyon il bundan əvvəl nəsli kəsilmiş sayılan keçid forması - "coelacanth" balığı okeanda diri halda aşkar olundu. Heç şübhəsiz ki, bu tapıntı təkamülçüləri pərt etmişdi. Təkamülçü-paleontoloq C.L.B.Smit belə demişdi: "Mənim qarşıma hətta dinozavr çıxsaydı, mən bu dərəcədə təəccüblənməzdim".34 Sonrakı illərdə başqa yerlərdə də "coelacanth" balığının 200-dən artıq sayda fərdləri aşkar olunmuşdu. Təkamülçülərin uydurmasının necə dərin ola bilməsi bu balıqların aşkar olunması ilə meydana çıxdı. Bütün iddialara baxmayaraq bu balıqlarda nə inkişaf etmiş beyin, nə də primitiv ağ ciyərlər yox idi. Ağ ciyər kimi qəbul etdikləri isə əslində yalnız piy vəzisi idi.35 Həmçinin bəlli olduğu kimi, "quruya keçmək üçün hazır olan namizəd", yəni "coelacanth" balığı okeanın dərin sularında yaşayır və dərinliyi 180 metrdən az olan məsafəyə qalxmır.36
Sudan Quruya Keçid Niyə Mümkün Deyil?
Təkamülçülər iddia edir ki, günlərin bir günündə suda yaşayan heyvanlar necə olursa quruya çıxaraq quru heyvanlarına çevriliblər.
Amma bu keçidi mümkünsüz edən saysız-hesabsız anatomik və fizioloji faktorlar var. Diqqətinizə ən parlaq təzahür edən faktorların təsnifatını çatdırırıq.
1.Öz bədəninin ağırlığını daşımaq:
Suda (dənizlərdə) yaşayan canlılar heç vaxt öz bədənlərinin ağırlığı problemi ilə üzləşmirlər.. 
Bunun əksinə olaraq quruda yaşayan heyvanların əksər hissəsi enerjisinin 40%-ni öz bədən ağırlığını daşımağa sərf edir. Su mühitini tərk edən və quruda həyata başlayan heyvan mütləq bədəninin ağırlığına tab gətirə biləcək yeni skelet və əzələlər yetişdirməli, çəkini daşıyıb gətirmək üçün enerjini təmin etməlidir. Lakin həyati sistemlərin bu cür mürəkkəb komplekslərinin inkişafını təsadüfi mutasiyalarla izah etməyə cəhd göstərmək mənasızdır.
2. Bədən hərarətinin saxlanılması:
quruda havanın hərarəti tez-tez və böyük amplitudada dəyişə bilir. Quruda yaşayan heyvanın orqanizmində hava şəraitinin dəyişməsindən asılı olaraq heyvan orqanizmində sabit temperaturu (hərarəti) qoruyub saxlayan, yaxşı inkişaf etmiş metabolizm sistemi mövcuddur. Eyni zamanda isə dənizlərdə temperatur tədricən dəyişir və heç vaxt quruda olduğu kimi tez-tez dəyişmir.
Buna görə də suda yaşayan heyvanlar suyun sabit temperaturuna uyğun fizioloji sistemlərə malikdir. Beləliklə, sudan quruya keçid zamanı heyvan öz orqanizmində xarici mühitin şərtlərinə müvafiq olaraq bədən temperaturunu tənzim edən qoruyucu mexanizmlər formalaşdırmağa məcburdur. Heç şübhəsiz ki, balıqların sudan quruya keçdiyi vaxt təsadüfi mutasiyalar nəticəsində yuxarıda adıçəkilən sistemlərə malik olması iddiasını irəli sürmək ən azı sadəlövhlükdür.

3.Sudan istifadə edilməsi:
Bütün canlılar üçün həyatın vacib qaynaqlarından olan su quruda olduqca məhdud miqdardadır. Bu səbəbdən heyvan sudan, hətta havanın rütubət səviyyəsindən çox qənaətlə istifadə etməlidir. Beləliklə, məsələn, dəri nəmliyin (rütubətin) itirilməsinə və buxarlanmasına mane olan sistemlərə malik olmalıdır. Heyvan orqanizmin daxilində tənzimlənən susuzluq hissini duymalıdır. Eyni zamanda suda yaşayan canlılar susuzluq hissinə bələd deyillər və onların dərisi su olmayan mühitə uyğun deyil.
4. Böyrəklər :
Suda yaşayan canlı orqanizmlər suyun bol olması sayəsində bədəndə yığılmış ammonyak və s. kimi kimyəvi maddələrin qalıqlarını süzüb təmizlənə bilirlər. Quraqlıqda yaşayan heyvanlar isə sudan qənaətlə istifadə etməyə məcburdur, amma orqanizmin şlaklardan (qalıqlardan) təmizlənməsi üçün onlarda yaxşı inkişaf etmiş böyrək sistemi var. Böyrəklərin funksiyası sahəsində ammonyak öz şəklini dəyişib sidik kisəsinə toplanır və beləliklə, şlakların orqanizmdən çıxarılması üçün suyun minimum miqdarından istifadə olunur. Bundan əlavə, böyrəklərin işləməsi üçün tamamilə yeni fizioloji mexanizmlərin olması labüddür.
Yuxarıda deyilənləri yekunlaşdıraraq nəticə belə çıxaraq: böyrəkləri olmayan suda yaşayan heyvan sudan kənar həyata başlamaq üçün o saat orqanizmində şlaklardan təmizləyən böyrək sistemini inkişaf etdirməlidir.
5. Tənəffüs sistemi:
balıqlar suda həll olmuş oksigeni qəlsəmələr vasitəsilə alırlar. Buna görə quruya keçəndən sonra boğulmamaq üçün balıqlar orqanizmlərində ani surətdə ağ ciyərlər vasitəsilə gerçəkləşən mükəmməl tənəffüs sistemini işləyib hazırlamalıdır.
Əlbəttə, tamamilə aydındır ki, bir heyvanın orqanizmində yuxarıda sadalanan bütün fizioloji dəyişikliklərin dərhal və təsadüfən əmələ gəlməsi qətiyyən mümkün deyil

Quşların və Məməli Heyvanların Xəyali Təkamülü

Quşların və Məməli Heyvanların Xəyali Təkamülü

Quşlarda Ağ Ciyərlərin Xüsusi Quruluşu
Quşlar "əcdadları" adlandırılan sürünənlərdən anatomik quruluşu etibarilə çox fərqlənir. Məsələn, quşların ağ ciyəri quruda yaşayan canlılarda olduğu kimi nəfəsalma və nəfəsvermə proseslərini bir nəfəs borusu vasitəsilə gerçəkləşdirmir. Quşlarda bu proses daha mürəkkəbdir. Quşların ağ ciyərində havanın hərəkəti yalnız bir istiqamətə yönəlib ki, bu da ağ ciyərin qabaq və arxa divarcıqlarında yerləşən xüsusi hava torbacıqları vasitəsilə həyata keçir. Bu sistemin sayəsində ağ ciyərlərə sorulan oksigenin miqdarı xüsusilə uçuş zamanı bir neçə dəfə artır. Tənəffüs sisteminin bu quruluşu uçuş zamanı quşun böyük miqdarda oksigenə olan tələbatını tamamilə təmin edir. Bu sistemin sürünən heyvanların ağ ciyərlərindən təkamül nəticəsində əmələ gəlməsi mümkün deyil, çünki ağ ciyərlərin hansısa bir keçid formasının köməyi ilə tənəffüs əsla mümkün deyil.
 onurğalı ağciyəri, quş ağciyəri
Təkamül nəzəriyyəsinə görə, həyat suda təkamül etmiş və amfibiyalar vasitəsilə quruya keçmişdir. Həmin nəzəriyyəyə görə, amfibiyaların bir hissəsi yalnız quruda yaşayan sürünən heyvanlara çevrilmişdi. Fiziologiya və anatomiya qanunlarına əsasən bu keçid qeyri-mümkündür. Məsələn, suda yaşayan amfibiyanın yumurtalarının quruda yaşayan sürünənin yumurtalarına təkamül etməsinin mümkünlüyünü təkzib edən çoxsaylı sübutlar var. Skelet qalıqlarına görə, belə çevrilmələr olmayıb, amfibiyalarla sürünən heyvanlar arasında heç bir əlaqə yoxdur, onlar ortaq "əcdadları" olmadan əmələ gəlmişlər. Onurğasızların paleontologiyası sahəsində nüfuz qazanan təkamülçü Robert Kerrol "ən qədim sürünən heyvanların bütün amfibiyalardan çox fərqləndiyini, onların əcdadlarının isə təyin olunmadığını" etiraf etmək məcburiyyətində qaldı.37
Lakin təkamül nağılının qeyri-mümkün ssenariləri bununla bitmir. İndi isə quruya çıxan bu canlı orqanizmləri "uçmağa" məcbur etmək lazımdır. Təkamülçülər quşların təkamül nəticəsində əmələ gəldiyinə inanaraq onların sürünən heyvanlardan törədiyini iddia edirlər.
 qanad
Quş lələklərini müfəssəl şəkildə öyrəndikdə bir-birilə mikroskopik qarmaqcıqlarla bağlanan minlərlə kiçik lələklər görmək olar. Quş lələyinin bu təkraredilməz zərif, eyni zamanda çox möhkəm layihəsi quşlara üstün aerodinamik xüsusiyyətlər qazandırır.
Ancaq quru sakinlərinin orqanizmindən tamamilə fərqlənən quş orqanizminin heç bir mexanizmini təkamülün çoxpilləli modeli ilə izah etmək olmaz. Quşu quş edən başlıca xüsusiyyət, yəni qanadlar təkamülçüləri çıxılmaz vəziyyətdə qoyur. Türk təkamülçüsü Engin Korur qanadların təkamülünün qeyri-mümkünlüyünü belə etiraf edir:
"Gözlərin və qanadların ümumi xassələri ondan ibarətdir ki, onların fəaliyyət göstərməsi yalnız bütün xüsusiyyətlərin kompleks inkişaf etməsi nəticəsində mümkündür. Başqa sözlə, tam dəyərə malik olmayan gözlərlə görmək və bir qanadın köməyi ilə uçmaq mümkün deyil. Bu orqanların əmələ gəlməsi isə təbiətin izah olunmayan sirri olaraq qalır".38
Bəs belə mükəmməl struktura malik qanadlar təsadüfi mutasiyalar nəticəsində necə yaranmışdır? Bu sual cavabsız qalır. Sürünənlərin ön ətraflarının gen strukturunun dəyişməsini, yəni mutasiyalar nəticəsində qanadlara necə çevrilməsini izah etmək mümkün deyil.
Bundan əlavə, yerüstü heyvanların quşlara çevrilməsi üçün təkcə qanadların olması kifayət etmir. Sürünənlər quşların quruluşuna xas olan və uçuş zamanı istifadə edilən başqa mexanizmlərə də malik deyil. Məsələn, quşların sümükləri sürünənlərin sümüklərindən çox yüngüldür. Ağ ciyərlər tamamilə başqa struktura malikdir və başqa cür fəaliyyət göstərirlər. Onların əzələ sistemi və skeleti də fərqlənir, özünəməxsus ürək-damar sistemi də mövcuddur. Bu mexanizmlər tədricən yığılaraq əmələ gələ bilməzlər. Bu səbəblə sürünənlərin quşlara çevrilməsi nəzəriyyəsi cəfəngiyyatdan başqa bir şey deyil.
Bütün deyilənlərdən sonra ortaya istər-istəməz belə bir sual çıxır: əgər elmi təsdiqi olmayan bu hekayələri reallıq kimi  qəbul etsək, onda "təkqanadlılar"ın və "yarımqanadlılar"ın qalıqları haradadır?

Əfsanəvi keçid forma - arxeopteriks

"Yarımqanadlılar" və "təkqanadlılar"ın qalıqları niyə tapılmayıb? Bu suala cavab olaraq təkamülçülər bir canlı məxluqu misal gətirirlər. Bu indiyədək qorunan, bir neçə "keçid formalarından" biri olan arxeopteriks quşunun qalıqlarıdır.
archeopterixyTəkamülçülərin mülahizələrinə görə, arxeopteriks 150 milyon il əvvəl mövcud olub və bugünkü quşların əcdadıdır. Nəzəriyyəyə müvafiq olaraq kiçik dinozavrların bəziləri Velociraptor və ya Dromeosaur təkamül nəticəsində qanadlanaraq uçmağa başlayıblar. Arxeopteriks əcdadlarından birinci olaraq ayrılmış və uçmuşdu. Bu uydurma hekayə demək olar ki, bütün təkamülçü nəşrlərdə çap olunur.
Halbuki arxeopteriksin qalıqları üzərində aparılan müasir tədqiqatlar göstərmişdir ki, bu quş keçid forması yox, müasir quşların xüsusiyyətlərindən fərqli xüsusiyyətlərə malik olan nəsli kəsilmiş quşdur. Arxeopteriks yaxın zamanlara qədər təkamülçülər tərəfindən əməli cəhətdən uçmağa qadir olmayan yarıquş kimi təqdim olunurdu. Bu quşda döş sümüyünün olmaması bundan xəbər verir, çünki döş sümüyünə uçuş üçün gərəkli olan əzələlər bərkidilmiş olur. Bu döş sümüyü uça bilib-bilməməyindən asılı olmayaraq bütün müasir quşlarda və hətta məsələn, yarasalar kimi başqa fəsiləyə aid heyvanlarda da var.
Lakin 1992-ci ildə tapılan arxeopteriksin sayca yeddinci  skelet qalıqları təkamülçüləri heyrətləndirmişdir. Çünki bu nümunədə mövcudluğu təkzib olunan döş sümüyü aşkar edilmişdi. Bu yeni tapıntı "Nature" jurnalında belə təsvir edilirdi:
"Arxeopteriksin axırıncı, yeddinci qalıqları mövcudluğu şübhə altına salınan, ancaq sübut olunmayan düzbucaqlı döş sümüyünün olmasını təsdiq edir. Böyük məsafələrə uçma qabiliyyəti indiyədək mübahisəli məsələ olaraq qalır, amma bu sümüyün olması uçuşu təmin edən güclü əzələlərin olmasından xəbər verir. Bu tapıntı arxeopteriksin "yarıquş" yəni, "uça bilməyən" quş surətini tamamilə yox etdi".39
Digər tərəfdən, uçmağa qadir olmağın başlıca sübutlarından biri arxeopteriks lələklərinin quruluşu olmuşdur. Müasir quşların lələk strukturundan heç nə ilə fərqlənməyən arxeopteriks lələklərinin assimetrik strukturu onun üstün uçuş qabiliyyətindən xəbər verir. Məşhur paleontoloq Karl O.Dünbar bu barədə belə yazır: "Bu məxluq lələklərin sayəsində quşların bütün xüsusiyyətlərini özündə daşıyır".40 Arxeopteriksdə lələklərin olması həmçinin başqa bir həqiqəti üzə çıxarmışdı: bu canlı istiqanlı olmuşdur. Məlum olduğu kimi, sürünənlər və dinozavrlar soyuqqanlı canlılardır, yəni onların bədəni istilik vermir, bədənlərinin hərarəti isə  ətraf mühitdən asılıdır. Quşların lələkləri vacib funksiyalardan birini - bədənin hərarətini saxlamaq funksiyasını yerinə yetirir. Lələklərin olması dinozavrların əksinə olaraq arxeopteriksin istiqanlı olduğuna dəlalət edir, yəni bu quş bədən hərarətinin qorunmasına möhtac olan əsl quşdur.
Təkamül Tərəfindən Izah Olunmayan Konstruksiya: Quşların Lələkləri
Quşların sürünənlərdən törəməsinin mərhələli təkamülü haqqında iddia irəli sürən təkamül nəzəriyyəsi canlı orqanizmlərin bu növləri arasındakı mühüm fərqləri izah etmək iqtidarında deyil. Quşlar sürünənlərdən bəzi təkrarolunmaz xüsusiyyətləri ilə fərqlənir: qismən oyuq boruşəkilli sümüklərdən ibarət olan skelet, ağ ciyərlərin və tənəffüs sisteminin spesifik quruluşu, yalnız istiqanlı orqanizmlərə xas olan maddələr mübadiləsi. Yalnız quşlara xas olan lələk kimi struktur sürünənlərlə quşlar arasında olan dəfedilməz səddir.
Sürünənlərin bədəninin pulcuqlarla örtülməsinin əksinə olaraq quşların bədəni lələklərlə örtülmüşdür. Sürünənləri quşların əcdadı hesab edən təkamülçülər lələklərin pulcuqdan təkamül yolu ilə yaranmasını onların arasında heç bir oxşarlıq olmasa da hər hansı bir başqa yolla izah etmək məcburiyyətindədir. Quş lələklərinin ətraflı öyrənilməsi zamanı bir-birinə mikroskopik qarmaqcıqlarla bağlanan minlərlə kiçik lələklər görmək olar. Bu təkrarolunmaz konstruksiya lələklərə üstün aerodinamik xüsusiyyətlər verir.
Konnektikut Universitetində (ABŞ) fiziologiya və neyrobiologiya professoru olan A.H.Braş təkamülçü görüşlərə malik olsa da bu faktı belə etiraf edir: "Lələklər və pulcuqlar genetik strukturdan inkişafa qədər, morfologiyadan toxumaların strukturuna qədər hər şeydə tamamilə fərqlənirlər".1
Professor Braşın fikrincə, "tüklü quşların zülal strukturu olduqca özünəməxsusdur və başqa onurğalıların zülal strukturuna bənzəmir".2 Üstəlik, lələklərin pulcuqdan əmələ gəlməsini sübut edən heç bir qalıq mövcud deyil. Əksinə, professor Braşın dediyinə görə, "qazıntı halında tapılan qalıqlar göstərir ki, lələklər birdən və yalnız quşlara xas olan xüsusiyyət kimi əmələ gəliblər".3 Sürünənlərdə isə quş lələklərinin təməli ola bilən "epidermis (heyvan dərisinin üst qatı) törəmələri aşkar olunmamışdır".4
1997-ci ildə aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 1996-cı ildə kütləvi informasiya vasitələrinin aktiv şəkildə təbliğ etdiyi Çində tapılmış "lələkli dinozavr"la bağlı olan fərziyyələrin əslində heç bir elmi əsası yoxdur, çünki yuxarıda adıçəkilən sinosauropteriksin qalıqlarında lələklərə oxşar törəmələr tapılmayıb.5
Digər tərəfdən, quş lələklərinin konstruksiyası o qədər mürəkkəb və nizamlıdır ki, onu hər hansı bir təkamül prosesi ilə izah etmək mümkün deyil. Məşhur ornitoloq Alan Feduççi belə deyir: "Lələklərin hər bir hissəsi onlara aerodinamik keyfiyyətlər verir. Onlar yüngüldür, elastikdir və nəhəng qaldırıcı qüvvəyə malikdir". Feduççi təkamül nəzəriyyəsinin çıxılmaz vəziyyətdə olduğunu belə etiraf edir: "Mən başa düşə bilmirəm ki, belə üstün şəkildə layihələnmiş orqanlar necə başqa məqsədlər üçün əmələ gələ bilərdilər".6
Quş lələklərinin konstruksiyası hətta Çarlz Darvinin özünü də dərin şübhəyə salmışdı və onun sözlərinə görə, tovuzquşu lələkləri öz mükəmməlliyi ilə onun ağlını başından alırdı. Darvin 1860-cı il aprelin 3-də yaxın dostu A.Qreyyə məktubunda yazır:
"Göz haqqında düşüncələr məni çox vaxt nəzəriyyəmdən soyudurdu. Ancaq vaxt keçdikcə mən bununla barışdım". Darvin sözlərinə belə davam edir: "Lakin hazırda təbiətdə mövcud olan aşkar törəmələr məni çox ciddi narahat edir. Məsələn, tovuz quşunun lələklərini görəndə mən az qala ağlımı itirirəm".7

1 A. H. Brush, "On the Origin of Feathers", Journal of Evolutionary Biology, Vol. 9, 1996, s. 132.
2 A. H. Brush, "On the Origin of Feathers", s. 131.
3 A. H. Brush, "On the Origin of Feathers", s. 133.
4 A. H. Brush, "On the Origin of Feathers", s. 131.
5"Plucking the Feathered Dinosaur", Science, Cilt 278, 14 Kasım 1997, s. 1229.
6 Douglas Palmer, "Learning to Fly", (Review of The Origin of and Evolution of Birds by Alan Feduccia, Yale University Press, 1996), New Scientist, Cilt 153, 1 Mart 1997, s. 44.
7 Norman Macbeth, Darwin Retried: An Appeal to Reason. Boston: Gambit, 1971, s. 101.

Təkamülçülərin əsassız iddiaları: arxeopteriksin dişləri və caynaqları

Arxeopteriksi keçid forması kimi təqdim edən təkamülçülər əsasən iki məsələyə - onun diş və caynaqlarına arxalanırdı. Arxeopteriksdə dişlərin və caynaqların olması doğrudur, ancaq bu fakt sürünənlərlə hər hansı əlaqədən xəbər vermir. Çünki müasir dövrdə Taouraco və Hoatzin adlı iki növ quş var ki, onların caynaqları var. Caynaqlar onlara budaqlardan yapışmaq üçün lazımdır. Bu canlı məxluqlar sürünənlərlə ortaq heç nəyi olmayan həqiqi quşlardır. Nəticə etibarilə arxeopteriksdə caynaqların olması onun keçid forması olduğundan irəli gəlmir, yəni bu iddia əsassızdır.
archaeopteryx, qalıq
Archaeopteryx tam bir kuş özelliği göstermektedir:
1. Tüklər Bu qalığın isti qanlı və uçan bir canlıya aid olduğunu göstərir.
2. Günümüz quşlarında olduğu kimi sümüklərinin içi boş
3. Dişlərinin olması sürünənlərdən türediğinin bir dəlili ola bilməz. Keçmişdə dişi olan bir çox quş növü yaşamışdır.
4. Bu gündə qanadlarında bənzəri pəncələri olan quş növləri yaşayır.
5. Yeni tapılan yeddinci Archæopteryx qalığında sinə sümüyünün olduğu görüldü. Sinə sümüyünün varlığı günümüz quşları kimi güclü uçuş əzələlərinin varlığını göstərir.
Deməli, arxeopteriksdə dişlərin olması da onu keçid forması edə bilməz. Təkamülçülər bu dişlərin sürünən heyvanlara xas olan xüsusiyyət olmasını iddia edərək bilərəkdən yalan danışırlar. Çünki dişlər yalnız sürünənlərə xas olan xüsusiyyət deyil. Hal-hazırda həm dişli, həm də dişsiz sürünən növləri var. Ancaq müasir dövrdə dişli quşlar mövcud olmasa da qalıqlar onların arxeopterikslə eyni vaxtda, ondan sonra və hətta bizim zamana yaxın olan dövrdə yaşadığını göstərir. Ən əsası odur ki, arxeopteriksin və başqa quşların diş quruluşu onların əcdadları zənn edilən dinozavrların diş quruluşundan tamamilə fərqlənir. Martin, Stüart və Uetstoun  kimi məşhur ornitoloqların apardığı tədqiqatlar göstərir ki, quşlarda dişlərin səthi yastıdır, köklər isə enlidir, bunun əksinə olaraq quşların "əcdadları" olduğu iddia edilən Theropod dinozavrlarında dişlərin səthi konus formasındadır, köklər isə ensizdir.41 Həmin tədqiqatçılar arxeopteriksin və dinozavrların bilək sümüklərini müqayisə edərək belə nəticəyə gəlmişdilər ki, onların arasında heç bir oxşarlıq yoxdur.42 Con Ostrom tərəfindən irəli sürülən arxeopteriks və dinozavrlar arasında olan "oxşarlıqlara" gəldikdə isə onlar sonradan Tarsitano, Xetç və Uolker kimi anatomların tədqiqatları nəticəsində təkzib olundu.43
Bunların hamısı arxeopteriksin keçid forması yox, "dişli quşlar" adlandırıla bilən ayrıca sinfə mənsub quş olmasından xəbər verir.

Arxeopteriks və digər qədim quşların qalıqları

onfuciosornis, quş fosili
Arxeopterikslə eyni yaşda olan conficilus ornis quşunun daşlaşmış qalıqları.
Təkamülçülər arxeopteriksi onilliklər boyunca quşların təkamülünün əsas sübutu kimi təqdim edirdilər. Lakin son zamanlarda tapılan bəzi qalıqlar bu nəzəriyyəni daha bir nöqteyi-nəzərdən təkzib etdilər.
1995-ci ildə paleontoloqlar Lianhai Hou və Zonqhe Zhou Çindəki Onurğalılar Paleontologiyası İnstitutunda tədqiqatlar apararaq conficinsornis adlandırılan quşun yeni qalıqlarını aşkar etmişdilər. Bu quş arxeopterikslə bir dövrdə yaşamış (təxminən 140 milyon il), dişsiz olmuşdu, dimdik və lələkləri isə müasir quşlarda olduğu kimi idi. Skeletinin də müasir quşların skeleti ilə oxşarlığı vardı, qanadlarda isə arxeopteriksdə olduğu kimi caynaqlar var idi.
Təbii ki, bu fakt təkamülçülərin arxeopteriksin bütün quşların qədim əcdadı olmasına dair bütün iddialarını təkzib etmişdi.44
1996-cı ilin noyabr ayında Çində tapılan qalıqlar isə hadisələri daha da dolaşığa saldı. Yaşı 130 milyon il təşkil edən lianoningornis adlanan bu quşun mövcud olması barədə "Science" curnalında Hyu Martin və Alan Feduççe tərəfindən xəbər verilmişdi. Bu quşun skeletində uçuş üçün zəruri olan əzələlərin bərkidildiyi döş sümüyü aşkar olunmuşdu. Başqa orqanlar da müasir quşların quruluşundan fərqlənmirdi. Yeganə fərq dişlərin olması idi. Bu hal göstərdi ki, təkamülçülərin iddia etdikləri kimi, dişli quşlar heç də primitiv orqanizmə malik olmamışlar.45"Discover" jurnalına verdiyi şərhlərində Alan Feduççi qeyd etmişdi ki, liaoningornis quşların dinozavrlardan törəməsi ideyasını təkzib etdi.46
Təkamülçülərin arxeopteriksə aid olan iddialarını darmadağın edən daha bir qalıq eoalulavis-dir. 120 milyon il (yəni arxeopteriksin yaşından 30 milyon il az) yaşı olan bu quş bəzi müasir uçan quşlarda rast gəlinən qanad strukturuna malik idi. Bu da onu sübut edir ki, 120 milyon il bundan əvvəl göydə müasir quşlarla çox oxşarlıqları olan quşlar uçmuşdur.
Beləliklə, arxeopteriksin və o zaman mövcud olan digər quşların keçid formasının olmaması bütünlüklə sübut olunmuşdur. Qalıqlar müxtəlif növ quşların bir-birindən təkamül yolu ilə yaranması haqqında xəbər vermir. Əksinə, onlar bəzi qədim quş növlərinin müasir quşlarla eyni zamanda yaşamasını sübut edir. Bu quşların bir hissəsi, məsələn, archaeopterpyx və ya conficiusornis bir hissəsinin nəsli kəsilmiş, bəzi növlər isə nəsillərini saxlayaraq bizim günlərə gəlib çatmışdır.47
Bir sözlə, arxeopteriksə xas olan bəzi xüsusiyyətlər onun "keçid forması" olması demək deyil. Təkamül nəzəriyyəsinin bizim zamanda tanınmış tərəfdarları olan Harvard paleontoloqları Stefan Cey Qould və Nils Eldric etiraf etdilər ki, arxeopteriks özünə xas olan nadir xüsusiyyətləri ilə keçid forması, aralıq mərhələ yox, "mozaik" məxluqdur.48

Quşla dinozavr arasındakı mifik bağlılıq

alan feduccia, xəyali quş
Prof. Alan Feduccia
Bir qədər əvvəl qeyd etdiyimiz kimi, təkamülçülər quşların dinozavrlardan törədiyini iddia edir və uydurma keçid formaları təqdim etməyə çalışırlar. Bununla belə, dünyanın qabaqcıl ornitoloqlarından biri, Şimali Karolina Universitetinin (ABŞ) professoru Alan Feduççi təkamülçü olmasına baxmayaraq quşlarla dinozavrlar arasında olması iddia edilən qohumluq əlaqələrini qəti surətdə rədd edərək deyir:
"Mən 25 il ərzində quşların kəllələrini tədqiq etdim, amma dinozavrlarla heç bir oxşarlıq görmədim. Quşların dördayaqlı heyvanlardan törəməsi nəzəriyyəsi XX əsrin paleontologiya sahəsində ən böyük rüsvayçılıq olacaq".49
ABŞ-ın Kanzas Universitetinin qədim quşlar üzrə mütəxəssisi Larri Martin də quşların və dinozavrların eyni əcdaddan törəməsi nəzəriyyəsinin əleyhinə çıxmışdır. Təkamülün qarşılaşdığı ziddiyyətlərdən söz düşəndə Martin belə etiraf edir:
"Əgər açıq danışsam, hər dəfə mən quşların və dinozavrların eyni bir əcdaddan əmələ gəlmə ideyasını müdafiə etməli olsaydım utanardım".50
Bir sözlə, təkamülçülərin arxeopteriksin timsalında əsaslandırmağa cəhd etdikləri quşların təkamül ssenarisi onların uydurmalarının və təxəyyülünün nəticəsindən başqa bir şey deyil.

Məməli heyvanların mənşəyi

 yarasa qalığı, qalıq
Təkamülçülər iddia edir ki, məməli heyvanların bütün növləri eyni əcdaddan törəyiplər,hərçənd ki bu cənlı məxluglar sinfinin ayrı-ayrı növləri arasında, məsələn,ayı, balinaadi siçan ve yarasa arasında olduğu kimi çox mühüm ferqler müşahidə olunur.Həmçinin bu həyvanlardan hər biri xüsusi layihelenmiş sistemlərə maliktir.Məsələn, yarasalar qaranlıqta olduqları yerin səmtini sərbəst müəyyən etmək üçün olduqca həssas ultrasəsli lokasiye sistemi ile xelq olunmuştur.Müasir texnologiaların yanlız uzaqdan bənzətməyə cəhd etdikləri halda bu mürəkkəp sistemin təsadüfən əmələ gəlmesi mümkün deyil.Bundan əlavə qazıntı halında tapılan qalıqlar yarasaların ani surətdə, müasir qüsursuz görkəmdə və hər hansı bir təkamül olmadan əmələ gəldiyini göstərir.
Yaşı 50 milyon il təşkil edən ve müasır fərddən həç nə ilə fərqlənməyən yarasanın qalıqları ("Science", n-154)
Artıq qeyd olunduğu kimi, təkamül nəzəriyyəsi iddia edir ki, dənizdən çıxan bəzi canlı orqanizmlər sürünən heyvanlara çevrilmiş, sürünən heyvanlar isə öz növbəsində quşlara təkamül etmişlər. Həmin ssenariyə görə, sürünən heyvanlar təkcə quşların yox, həm də məməli heyvanların əcdadlarıdır. Ancaq bədəni pulcuqlarla örtülü, soyuqqanlı, yumurtlayan sürünən heyvanlarla bədəni lələklərlə və ya tüklərlə örtülü diri bala doğan məməli heyvanlar arasında böyük fərqlər var.
Onların arasında olan fərqlərdən biri də çənə quruluşudur. Məməli heyvanlarda aşağı çənə üzərində dişlər yerləşən bütöv bir sümükdən ibarətdir. Sürünən heyvanlarda isə aşağı çənədə hər iki tərəfdən üç sümük yerləşir.
Digər əsas fərq ondan ibarətdir ki, sürünən heyvanlarda orta qulaqda yalnız bir sümük olduğu halda məməli heyvanların orta qulağında üç xırda sümük (zindan, üzəngi sütunu və toxmaqcıq) yerləşir. Təkamülçülər iddia edir ki, sürünən heyvanlarda çənə sümüyü və qulaq zaman keçdikcə, tədricən məməli heyvanların çənə-qulaq quruluşunu və görkəmini almışdır. "Bu necə baş verib" sualına biz əlbəttə ki, cavab almayacağıq. Bir sümükdən ibarət qulaq necə üç sümükdən ibarət olan qulağa çevrilmişdir və baş vermiş dəyişikliklərə baxmayaraq necə fəaliyyət göstərməyə davam edir? Bu sual həmişəlik cavabsız qalacaq.
Eyni qayda ilə sürünən heyvanlarla məməli heyvanları birləşdirən bir dənə də olsun keçid forması tapılmamışdır. Buna görə də təkamülçü paleontoloq Rocer Levin belə etiraf etməyə məcbur olmuşdu: "İlk məməli heyvana keçidin necə baş verməsi indiyədək sirr olaraq qalır".51
XX əsrin tanınmış təkamülçülərindən biri, neodarvinizm nəzəriyyəsinin banisi Corc Geylord Simpson təkamülçülərin nöqteyi-nəzərindən inanılmaz olan bu faktı belə ifadə edir:
"Mezozoy erasında sürünən heyvanlar dövründən məməli heyvanlar dövrünə olan birdən-baş verən keçid hər şeydən çox heyrətamizdir. Sanki baş rolu sürünən heyvanlar oynayan səhnənin pərdəsi ani surətdə endi. Pərdə qaldırılanda isə səhnədə məməli heyvanlar var idi. Öncəki vaxtdan onlardan əsər-əlamət qalmamışdır".52
Həmçinin bir-birinə oxşamayan yarasa, at, siçovul və balina kimi məməlilər eyni geoloji dövrdə əmələ gəlmişlər. Hətta ən güclü təxəyyül və fantaziya ilə onların arasında təkamül əlaqəsini təyin etmək mümkün deyil. Təkamülçü zooloq Erik Lombard "Evolution" jurnalında yazır:
"Məməli heyvanlar sinfinin içərisində filogenetik (qohumluq) əlaqələrini təyin etmək istəyən hər kəsin ümidləri boşa çıxacaq".53
Bütün bunlar canlı məxluqların bir vaxtda mükəmməl şəkildə yaranmasından və təkamül proseslərinə heç vaxt məruz qalmamasından xəbər verir. Məhz bu fakt yaradılışın konkret isbatıdır. Təkamülçülər isə canlı məxluqların mərhələli şəkildə əmələ gəlməsindən onların təkamül etməsinin sübutu kimi istifadə etməyə cəhd göstərir. Təkamülün artıq yalan olduğu bilindikdən sonra demək olar ki, məxluqların mərhələli yaranışı "yaradılma ardıcıllığından" başqa bir şey deyil. Qalıqlar göstərir ki, yer üzündə əvvəlcə suda yaşayan canlılır, sonra quru sakinləri yaradılmışdır. Sonra isə insan xəlq olunmuşdur. Kütləvi informasiya vasitələri ilə cəmiyyətə təlqin edilən "meymunabənzər insan" nağılının tam əksinə olaraq insanın yer üzündəki həyatı ani surətdə və mükəmməl olaraq başlamışdır.
Milçəklər Haradan Və Necə Əmələ Gəliblər?
Təkamülçülər dinozavrların quşlara çevrilməsini izah edərkən belə fərziyyə irəli sürdülər ki, onlardan bəziləri milçək tutmaq istəyərkən adətən ön ətraflarını aktiv surətdə çırpmış və beləliklə vaxt keçdikcə, uzun sürən çırpmalardan sonra qanadlanıb göyə qalxmışlar.
dinazavr, ağcaqanad
Elmi əsası olmayan bu cəfəng, mənasız rəvayət özündə ən bəsit məntiqə qarşı olan ziddiyyətləri daşıyır, çünki təkamülçülərin nümunə gətirdiyi milçək dinozavrların "qanadlanması" anında artıq uçmaq qabiliyyətinə malik idi.

İnsan əlləri ilə saniyədə hətta 10 dəfə bu hərəkətləri edə bilmədiyi halda milçək saniyədə 500 dəfəyə qədər sinxron olaraq qanad çalmağa qadirdir. Əgər qanadların titrəyişləri arasında ən cüzi gerilik müşahidə olunsaydı, milçək tarazlığını itirər və uça bilməzdi. Amma bu, heç vaxt baş vermir.

Təkamülçülər milçəklərin maraq doğuran uçmaq qabiliyyətini izah etmək əvəzinə milçəyi sürünən heyvanlar kimi yöndəmsiz canlıların "qanadlanmasının" səbəbi kimi təqdim edən ssenarilər uydururlar. Bununla belə, milçəklərin təkcə uçuş aparatının quruluşu təkamül nəzəriyyəsinin iddialarını qəti şəkildə təkzib etmək üçün kifayətdir. İngilis bioloqu Vulton Robin "Milçək qanadlarının mexaniki konstruksiyası" adlı məqaləsində yazır:
"Milçək qanadlarının quruluşunu dərindən öyrəndikcə bu layihənin nə qədər həssas və mükəmməl olduğunu başa düşürük. Havadan maksimal dərəcədə istifadə etmək üçün fövqəladə dərəcədə elastik qanadlar müəyyən axınlara qarşı heyrətamiz elastiklik böyük həssaslıqla layihələnib və etiraf etmək lazımdır ki, insanlarda milçəyin qanadları ilə müqayisə oluna biləcək texnoloji konstruksiyalar yoxdur".1
Digər tərəfdən, milçəklərin uydurulmuş təkamülünü təsdiq edən heç bir tapıntı yoxdur. Məşhur fransız təkamülçü zooloqu Pyer Qrasse etiraf edir ki, "həşəratların əmələ gəlməsi məsələsi bizim üçün qeyri-müəyyən qalır".2

1 J. Robin Wootton, "The Mechanical Design of Insect Wings", Scientific American, Cilt 263, Kasım 1990, s. 120.
2 Pierre-P Grassé, Evolution of Living Organisms, New York: Academic Press, 1977, s. 30.
Atın Təkamülü Ssenarisi
gözəl at, at arageçiş forması
Dünya üzərində fərqli böyüklükdə at cinsləri yaşayır. "Atın təkamülü" sxemi, bu fərqli cinslərə və bəzi digər məməlilər aid qalıqların art arda sıralanmasından başqa bir şey deyil.
Yaxın bir zamana qədər, təkamül nəzəriyyəsinə dəlil olaraq göstərilən qalıq ardıcıllığın ən başında, atın sözdə təkamülünə aid olduğu qarşıya qoyulan xəyali bir sıralama gəlməkdə idi. Halbuki bu gün bir çox təkamülçü atın təkamülü ssenarisinin etibarsızlığını açıqca qəbul edir. Noyabr 1980-ci ildə Chicago Təbiət Tarixi Muzeyində 150 ​​təkamülçünün iştirak etdiyi dörd gün davam edən və mərhələli təkamül nəzəriyyəsinin problemlərinin müzakirə edildiyi bir yığıncaqda söz alan təkamülçü Boys Rensberger, atın təkamülü ssenarisinin fosil qeydlərində heç bir əsası olmadığını və atın pilləli təkamülləşməsi kimi bir müddətin heç yaşanmadığını belə izah etmişdir:
Təxminən 50 milyon il əvvəl yaşamış dörd dırnaqlı, tülkü böyüklüyündəki canlılardan bu günün daha böyük tək dırnaqlı atına bir dizi pilləli dəyişmə olduğunu qarşıya qoyan məşhur atın təkamülü nümunəsinin etibarsız olduğu uzun zamandan bəri məlumdur. Pilləli dəyişmə yerinə, hər növün fosilləri tamamilə fərqli olaraq ortaya çıxmaqda, dəyişmədən qalmaqda, sonra da soyu tükenmektedir. Axtar formalar bilinmemektedir.1
Rensberger, dürüst bir tutumla atın təkamülü senaryosundaki bu əhəmiyyətli açmazı dilə gətirərkən əslində bütün nəzəriyyənin qalıq qeydlərindəki ən böyük çıkmazını, "ara-keçid formaları çıxmazı" nı gündəmə gətirmişdir.
Atın təkamülü sxemlərinin sərgiləndiyi "İngiltərə Təbiət Tarixi Muzeyi" nin idarəçilərindən məşhur təkamülçü paleontoloq Colin Patterson da, hələ muzeyin alt qatında dayanan bu sərgi haqqında bunları söyləyir:
Patterson da, hələ muzeyin alt qatında dayanan bu sərgi haqqında bunları söyləyir:
Həyatın təbiəti haqqında hər biri bir-birindən xəyali bir çox pis hekayə vardır. Bunun ən məşhur örneğiyse, bəlkə 50 il əvvəl hazırlanmış və hələ də alt qatda dayanan atın təkamülü sərgisidir. Atın təkamülü, bir-birini izləyən yüzlərlə elmi qaynaq tərəfindən böyük bir gerçək kimi təqdim edilmişdir. Ancaq indi, bu tip iddiaları ortaya atan kəslərin etdikləri təxminlərin, yalnız fərziyyə olduqlarını düşünüyorum.2
Yaxşı "atın təkamülü" ssenarisinin dayağı nədir? Bu ssenari, Hindistan, Cənubi Amerika, Şimali Amerika və Avropada müxtəlif zamanlarda yaşamış, fərqli cür canlılara aid qalıqların təkamülçülərin xəyal gücləri istiqamətində kiçikdən böyüyə doğru dizilmesiyle yaradılan saxta səmalarla ortaya atılmışdır. Müxtəlif tədqiqatçıların ortaya qoyduqları 20-dən çox müxtəlif atın təkamülü sxemi var. Hamısı da bir-birindən fərqli olan bu soy ağacları haqqında təkamülçülər arasında da fikir birliyi yoxdur. Bu sıralamalardaki tək ortaq nöqtə, 55 milyon il əvvəlki Eosen Dövründə yaşamış "Eohippus" (Hyracotherium) adlı it bənzəri bir canlının atın ilk atası olduğuna inanılmasıdır. Halbuki atın milyonlarla il əvvəl yox olmuş atası kimi təqdim edilən Eohippus, hələ də Afrikada yaşayan və atla heç bir əlaqəsi və bənzərliyi olmayan "Hyrax" adlı heyvanın aynısıdır.3
Atın təkamülü iddiasının tutarsızlığı, hər keçən gün ortaya çıxan yeni fosil tapıntıları daha açıq olaraq aydın olmaqdadır. Eohippus ilə eyni layda, dövrümüzdə yaşayan at cinslərinin də (Equus Nevadensis və Equus Occidentalis) qalıqlarının tapıldığı təsbit edilmiştir.4 Bu, müasir at ilə onun sözdə atasının eyni zamanda yaşadığını göstərir ki, atın təkamülü deyə bir prosesin heç bir zaman yaşanmadığının ən açıq dəlilidir.
at, muzey
Bir muzeydə olan bu at ardıcıllığı digərləri kimi müxtəlif dövrlərdə müxtəlif coğrafiyalarda yaşamış müxtəlif heyvanların tərəfli bir dünyagörüşüylə, özbaşına olaraq bir-birinin ardınca dizilmesiyle yaradılır. Atın təkamülü ssenarisinin qalıq qeydlərində heç bir əsası yoxdur.
Təkamülçü yazıçı Qordon R. Taylor, Darvinizmin açıqlaya bilmədiyi mövzuları ələ alan The Great Evolution Mystery adlı kitabında at silsilələri hekayəsinin əslini belə izah edir:
Darvinizmin bəlkə də ən ciddi zəifliyi, paleontoloqların, böyük təkamül dəyişiklikləri göstərəcək olan qohumluq əlaqələrini və canlı sıralamalarını ortaya koyamamalarıdır ... At ardıcıllığı ümumiyyətlə bu mövzuda həll qovuşdurulmuş olan yeganə nümunə kimi göstərilir. Amma gerçək budur ki, Eohippusdan Equus'a qədər uzanan sıralama çox əsassızdır. Bu sıralamanın, gedərək artan bir bədən böyüklüyünü göstərdiyi iddia edilir, amma əslində sıralamanın irəlidəki mərhələlərinə qoyulan canlıların bəziləri (sıralamanın ən başında iştirak edən) Eohippusdan daha böyük deyil, daha kiçikdir. Fərqli qaynaqlardan gələn növlərin bir araya gətirilib razı salıcı bir görünüşə sahib olan bir sıralamada ard-arda düzülmək mümkündür, amma tarixdə həqiqətən bu sıralama Çində bir-birlərinə izlədiklərini göstərən heç bir dəlil yoktur.5
Bütün bu gerçəklər, təkamülün ən möhkəm dəlillərindən biri kimi təqdim edilən atın təkamülü sxemlərinin, heç bir etibarlılığı sahib olmayan xəyali sıralamalar olduqlarını ortaya qoymuşdur. Bu vəziyyət, təkamül nəzəriyyəsinin nə dərəcə əllə tutular, ciddiyə alınacaq bir nəzəriyyə olduğunu göstərməsi və müdafiəçilərinin məqsəd və üsullarını gözlər önünə sərməsi baxımından olduqca əhəmiyyətlidir.

1 Boyce Rensberger, Houston Chronicle, November 5, 1980, p.15
2 Harper's Magazine, February, 1985, s. 60
3 Francis Hitching, The Neck of the Giraffe: Where Darwin Went Wrong, New York: Ticknor and Fields, 1982, ss. 30-31.
4 Francis Hitching, The Neck of the Giraffe, ss. 30-31.
5 Gordon Rattray Taylor, The Great Evolution Mystery, London: Sphere Books, 1984, s. 230